Amerikanın NASA aerokosmik agentliyi Xəzər dənizində "süd qasırğası" adlandırılan anomal prosesin görüntüsünü yayıb.
Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, foto yanvarın 9-da "Terra" kosmik aparatından MODIS spektroradiometri ilə çəkilib.
Məlumata əsasən, külək dənizin suyunu qarışdırır və suyun dibindəki çöküntüləri yuxarı qaldırır. Nəticədə dənizin bir hissəsində süd rəngli çalar əmələ gəlir.