Bütün ölkə ictimaiyyətinə məlumdur ki, həftə içi Prezident İlham Əliyev növbədən kənar prezident seçkilərinin keçirilməsi ilə bağlı sərəncam verib və Yeni Azərbaycan Partiyası İlham Əliyevin namizədliyini rəsmi şəkildə elan edib. İlham Əliyevin fevralın 8-də Heydər Əliyev Mərkəzində keçirilən YAP-ın VI Qurultayındakı çıxışı Aztv-də yayımlanan “Bizim Planet” verilişinin müzakirə mövzusu olub. Həftə boyu ictimaiyyətinin əsas diqqət mərkəzində olan həmin qurultayda qeyd olunan vacib məsələlər “Bizim Planet” verilişində ətraflı müzakirə edilib. Yenə də həftənin şənbə günü Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzinin sədri, politoloq Rufiz Qonaqovun təqdimatında öz tamaşaçıları qarşısına çıxan "Bizim Planet" in bu dəfəki qonaqları Milli Məclisin Komitə sədri, YAP icra katibinin müavini Siyavuş Novruzov və Milli Məclisin Komitə sədri AŞPA-da Azərbaycan Parlament nümayəndə heyyətinin rəhbəri Səməd Seyidov olub.
"Bizim Planet" verilişində Prezident İlham Əliyevin YAP-ın VI Qurultayındakı çıxışı ətrafında müzakirəyə başlamazdan əvvəl mövzu ilə bağlı tədbirdən fraqment təqdim edilib. Fraqmentdə Prezidentin qurultay iştirakçıları qarşısında YAP-ın iyirmi beş illik səlnaməsi, Azərbaycanın getdikcə güclənən beynəlxalq münasibətləri, beynəlxalq arenada öz mövqeyini tutması, qonuşu dövlətlərlə əməkdaşlığın inkişaf etdirləməsi kimi məsələlər təqdim edilib.
“Bizim Planet” verilişi vasitəsilə həftənin ən mühüm hadisələri ətrafında müzakirələr aparan BMAM-nin rəhbəri Rufiz Qonaqov Prezidentin qurultaydakı geniş çıxışını təhlil edib. Prezidentin qurultay iştirakçıları qarşısında Azərbaycanın daxili və xarici siyasəti, qarşıda duran mühüm vəzifələr, ölkənin ən böyük paritiyası olan YAP-ın 25 illik qələbələr səlnaməsinin ətraflı şəkildə təhlili, Heydər Əliyevin hakimiyyətə gəlməsi ilə Azərbaycanda gedən inkişaf prosesləri və bu kimi vacib məsələr ətrafında müzakirələr aparıb.
Diskursiyaya YAP-ın seçkiyə hazırlıq prosesi, regionlarda da keçirilən konfanslarda əsasən İlham Əliyevin namizədliyinin xalqın qərarı ilə verildiyini vurğulamaqla başlayan YAP icra katibinin müavini Siyavuş Novruzov İlham Əliyevin yeniden prezidetliyə namizəd seçilməsini onun əsaslı siyasənin nəticəsi kimi qiymətləndirib. Azərbaycanın heç vaxt bu qədər güclü və nüfuzlu bir dövlət olmadığını, ən əsası ölkədəki siyasi və ictimai sabitliyin mövcudluğunu diqqətə çəkərək xalq iqtidar biriliyi faktorunu vurğulayıb.
AŞPA-da Azərbaycan Parlament nümayəndə heyyətinin rəhbəri Səməd Seyidov "Bizim Planet" dəki fikir mübadiləsində ümummilli liderin əsasını qoyduğu daxili və xarici siyasətin bir-birini tamamladığını önə çəkib. Səməd Seyidov milli maraqları əsas tutan siyasətin nəticəsini bu gün Azərbaycanın nəyinki BMT və digər mühüm beynəlxalq təşkilatların üzvü olması hətta bu təşkilatlarda öz sözünü deyən ölkəyə çevrilməsi əsaslarla diqqətə çəkib.
Politoloq Rufiz Qonaqov xüsusi ilə ölkədə müxtəlif azadlıqların (siyasi, ictimai, söz, mətbuat, iqtisadi və s.) mövcud olmasını Azərbaycanın bütün sahələrdə inkişaf edən bir dövlətə çevrilməsinin əsas səbəblərindən biri kimi dəyərləndirib. Siyasi və iqtisadi azadlıqların birgə fəaliyyət göstərib inkişaf etdirilməsini vurğulayan deputat Siyavuş Novruzov Azərbaycanın bu gün nə qədər inkişaf etməsini Heydər Əliyev irsinin layiqincə yerinə yetirilməsi kimi qiymətləndirib.
Qurultaydakı çıxışında İlham Əliyev dünyanın müxtəlif regionlarında gedən siyasi gərginliklər, etnik separatçılıqlara baxmayaraq Azərbaycanda siyasi sabitliyin hər zaman öndə olmasını xüsusi qeyd etmişdir ki, bu da "Bizim Planet" verilişində müzakirədən kənarda qalmayıb. BMAM-nin sədri Rufiz Qonaqov prezidentin sözü gedən bu nitqini ətraflı təhlil edərək siyasi-ictimai sabitliyin çox mühüm amil olduğunu bir daha diqqətə çəkib. Milli Məclisin Komitə sədri Səməd Seyidov bildirib ki, Azərbaycanda gedən demokratik və inkişaf proseslərin qarşısını almağa çalışan qüvvələr var. Bunun əksinə cənab Prezident bir daha qeyd etdi ki, "biz milli maraqlarımız çərçivəsində xarici siyasətə təsir göstərərək öz müstəqilliyimizi qoruyacağıq." Səməd Seyidov bu gün Azərbaycanın dünya inteqrasiyasını inkişaf etdirərək xarici əlaqələrin genişləndirilməsi, Şərqlə Qərb arasında möhkəm təməlli körpü yaratması reallığına nəzər yetirib.
Politoloq Rufiz Qonaqov öz diskursiyasında Prezidentin Dağlıq Qarabağ məsələsinə toxunması, tarixi torpaqlarımız olan Zəngəzur və Göyçə mahallarının da unudulmaması, eləcə də Azərbaycanın beynəlxalq arenadakı iqtisadi inkişafı ilə bağlı çıxışını xüsusi qeyd edib. Rufiz Qonaqov Aprel döyüşləri zamanı Azərbaycan ordusunun göstərmiş olduğu rəşadəti ölkənin hərbi qüdrətinin güclü inkişafı kimi qiymətləndirib.
Mövzularla bağlı müzakirədə Milli Məclisin Komitə sədri Siyavuş Novruzov bildirib ki, o vaxt neft kontraktları imzalanan zaman bunu əfsanə adlandıranlarla yanaşı, qeyri-real baxanlar da var idi. Lakin zamanından bu günə kimi uğurla həyata keçirilən layihələr sübut etdi ki, Azərbaycan siyasəti və iqtisadiyyatı, eləcə də sahib olduğu enerji ehtiyatları nələrə qadirdir. Millət vəkili Səməd Seyidov mübarizə aparmaq və milli maraqları qorumaqla öz sözünü deməyi bacaran dövlət siyasətinin daxili və xarici uğurlarından danışıb.
“Bizim Planet” analitik verilişində son olaraq Ermənistan-Azərbaycan münaqişəsinin həlli ilə bağlı Prezidentin çıxışına nəzər salınaraq o qənaətə gəlinib ki, necə ki çətin bir dövrdə müstəqillik əldə edib, ölkəni acınacaqlı vəziyyətdən xilas etməyi bacaran Heydər Əliyev liderliyi və siyasəti ilə dirçələn Azərbaycan bundan sonra da öz rəhbəri ilə qarşıya qoyduğu bütün vəzifələrin öhtəsindən layiqlincə gələcəkdir. Azərbaycanda həyata keçirilən mühüm beynəlxalq tədbirlər, Bakı-Tibilisi-Qars dəmir yolunun istifadəyə verilməsi, beynəlxalq tiribunalarda Azərbaycan həqiqətlərinin səsləndirilməsi, beynəlxalq əhəmiyyətli müxtəlif yarşıların analoqu olmadan ölkəmizdə keçirilməsi kimi hadisələr göstərir ki, Ermənistan-Azərbaycan münaqişəsinin həlli də tezliklə reallaşdırılacaqdır.
Strategiya.az
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM