Ermənistan KİV-ləri: Əgər biz belə davam etsək, İlham Əliyev nəinki İrəvanı qaytaracaq, hətta hər birimizin evinə daxil olacaq

20:11 / 12.02.2018

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VI qurultayında çıxışı Ermənistanda ciddi narahatlığa səbəb olub. Azərbaycan dövlətinin başçısının dediyi “Bizim tarixi torpaqlarımız İrəvan xanlığıdır, Zəngəzur, Göyçə mahallarıdır... İrəvan bizim tarixi torpağımızdır və biz azərbaycanlılar bu tarixi torpaqlara qayıtmalıyıq. Bu, bizim siyasi və strateji hədəfimizdir” sözləri işğalçı ölkənin mediasında fəal şərh edilir.

Ermənistanın bir sıra KİV-ləri ölkənin hakimiyyət orqanlarını emosional və qeyri-adekvat şəkildə münasibət bildirməkdən çəkinməyə, Azərbaycan Prezidentinin çıxışını ayıq-sayıq şəkildə təhlil etməyə çağırıblar.

Ermənistan rəhbərliyinin siyasətinin fiaskosu

Ermənistanın 1in.am informasiya portalı yazır: “Bizim hakimiyyət bir məsələni təkidlə inkar edir ki, Əliyevin özünə güvənməsinin mənbəyi, yumşaq desək, bizim dövlətimizin biabırçı vəziyyətdə olması, dağıdıcı mühacirətdir... Əgər biz belə davam etsək, İlham Əliyev nəinki İrəvanı qaytaracaq, hətta hər birimizin evinə daxil olacaq. Əliyevin çıxışının həyəcan doğuran tonu bizim hakimiyyətin nümayəndələrinin qulağına nə qədər xoş gəlməsə də, praqmatik siyasi əsasa malikdir. Bu, boşalan Ermənistan dövlətinin institusional və perspektiv iflasa uğramasıdır. Ermənistanın hakimiyyət orqanlarının nümayəndələri bir aşkar faktı – özlərinin siyasətinin açıq-aydın fiaskosunu gizlətmək məqsədilə dünəndən başlayaraq qılınclarını yellədirlər”.

Portalda daha sonra qeyd edilir ki, Ermənistan dövlətinin davamlı tənəzzülü milli gündəliyin və idealların olmamasına dəlalət edir. 1in.am portalı vurğulayır: “Bizim vəzifəmiz Azərbaycan Prezidentinin kölgəsini qılınclamaq deyil, inkişaf strategiyası və gələcək barədə təsəvvür formalaşdırmaqdır”.

Ən pis demoqrafik göstəricilər

Azərbaycan Prezidentinin çıxışı Ermənistan mediasını dərin iqtisadi böhran və hər hansı perspektivlərin olmaması nəticəsində ölkədə yaranmış kədərli demoqrafik vəziyyətə yenidən nəzər salmağa məcbur edib. Elə həmin xəbər portalı Ermənistan Milli Statistika Xidmətinin 2017-ci il üçün məlumatlarını göstərir. Bu məlumata görə, ötən il ərzində ölkə əhalisinin sayı 13,2 min nəfər azalıb. Demoqraf Artak Markosyan bu məlumatları şərh edərək deyib: “Əgər belə davam etsə, tədricən 90-cı illərdəki indekslərə malik olacağıq”.

Həmin demoqrafın müşahidələrinə görə, 2017-ci ildə Ermənistanda əhalinin təbii artım göstəricisi 1991-ci ildən sonra ikinci ən pis göstəricidir. O vurğulayıb ki, Serj Sarkisyanın 2040-cı ildə Ermənistan əhalisinin sayının 4 milyon olacağı barədə bəyanatları “fantastika sahəsindən” olan “qeyri-ciddi” bəyanatlardır. KİV-lər A.Markosyanın bu sözlərini sitat gətirir: “Ona görə ki, Ermənistanın daxili həyatında heç bir irəliləyiş yoxdur, xaricdə yaşayan həmvətənlərimizi vətənə qayıtmağa məcbur edə biləcək islahatlar aparılmır. Bütün əlamətlər onu göstərir ki, tənəzzül davam edə bilər, bunun əksini iddia etmək üçün isə heç bir əsas yoxdur”.

Təcrid olunma kabusu

Azərbaycan Prezidenti bəyan edib ki, Ermənistan öz işğalçı siyasətini davam etdirdikcə, bu ölkə bütün regional layihələrdən kənarda qalacaq. Bu bəyanat Ermənistanda əsl vahimə doğurub. Birinci erməni portalında dərc edilmiş “Ermənistanın təcrid olunması kabusu: Azərbaycan-İran dəmir yolu işə salınıb” sərlövhəli analitik məqalənin adı buna sübutdur. Həmin məqalədə deyilir: “Fevralın 8-də Rusiyadan oduncaq və XDF (xırda dispersiyalı fraksiya - AZƏRTAC) yüklənmiş altı vaqondan ibarət birinci sınaq qatarı Azərbaycan və İran dəmir yollarını birləşdirən və inteqrasiya edən Astara (Azərbaycan) – Astara (İran) dəmir yolu ilə Rusiyadan İrana çatıb. Cari ilin mart ayında dəmir yolunun tam istifadəyə verilməsi gözlənilir. Astara (Azərbaycan) – Astara (İran) dəmir yolu cari ilin mart ayında rəsmən açılacaq. Açılış mərasimində İranın və Azərbaycanın rəsmi şəxsləri iştirak edəcəklər... Beləliklə, regionda Azərbaycanın, İranın və Rusiyanın iştirakı ilə yeni perspektivli əməkdaşlıq platforması yaranır. Üç ölkənin prezidentlərinin vaxtaşırı keçirilən sammitləri bu prosesi daha da sürətləndirir. Azərbaycanın mərkəzi rol oynadığı bu layihə Ermənistanın siyasi və iqtisadi cəhətdən təcrid olunmasını daha çox vurğulayır”.

Təhqiramiz yarımdövlət statusu

Məqalədə vurğulanır ki, bu cür qlobal proqramlar Ermənistanın İran üçün əhəmiyyətini tədricən heçə endirir. İran Avropa və Rusiya bazarlarına çıxışın təmin edilməsi üçün faktiki olaraq məhz Azərbaycan ərazisində alternativ variantlar tapır. Məqalədə deyilir: “Ermənistanın alçaldıcı statusu – Rusiyanın altdövləti adı dönməz şəkildə təsbit olunur. Bunun nəticəsində ölkəmiz özünün subyektliyini itirir və demək olar ki, bütün regional inteqrasiya layihələrində iştirak etməkdən kənarlaşır”.

Müəllifin fikrincə, Ermənistan üçün yaranmış pat vəziyyəti, onun düyünə düşməsi Ermənistanın Qarabağ siyasətinin əsassız olmasını üzə çıxarır. Müəllif yazır: “Status-kvonun saxlanmasına əsaslanan siyasət əslində səmərəli deyil, çünki status-kvo təkcə hərbi müstəvidə formalaşmış tarazlıq deyil, həm də Ermənistanın və Azərbaycanın iqtisadi inkişaf göstəricilərinin müqayisəsi deməkdir”.

Məqalədə vurğulanır ki, Ermənistanın hakimiyyət orqanlarının siyasətinin səmərəlilik göstəricisi danışıqlar prosesinin ləngidilməsi deyil, bu münaqişənin rasional kompromislər əsasında tezliklə nizamlanması olmalıdır”.


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM