AŞPA-dakı Azərbaycan daimi nümayəndə heyətinin üzvü Rafael Hüseynovun hazırladığı həmin sənəddə təcavüzkar Ermənistanın son dövrlərdə atəşkəs rejimini intensiv şəkildə pozması və işğal ərazilərini genişləndirmək istəklərini də gizlətmədiyi göstərilir. Sənədin müəllifi Rafael Hüseynov Avropa Şurasını Ermənistana qarşı təcili tədbirlər görməyə çağırır və təcavüzkara qarşı dərhal sərt münasibət göstərilməməsinin, cəzasızlıq sindromunun yaranmasının yeni faciələrin törənməsinə təkan verməsini vurğulayaraq deyir: “İstənilən arzuolunmaz hadisənin baş verməməsinin qarşısının alınması üçün əsas şərt vaxtında atılan addımdır. Zəruri addım gərək olan ilk andaca atılmayanda fəsadlar baş verir, proseslər dərininə inkişaf edir. Bəzən isə belə ləngimə və biganəlikdən yaranan bir presedent daha dəhşətli olan zəncirvari reaksiyaya səbəb olur, yeni-yeni oxşar hadisələr törəyir.
1980-ci illərin sonlarında Dağlıq Qarabağda separatizm dalğası qalxanda, 1990-cı illərin başlanğıcında Ermənistan Azərbaycan ərazilərini işğal edəndə beynəlxalq birlik buna qarşı qətiyyətli əməli mövqedə dursaydı, 2000-ci illərin əvvəllərində Avropa Şurası işğalçı ölkəni öz sıralarına qəbul edərkən daha sərt şərtlər qoyaraq ən qısa zamanda münaqişənin həlli tələbini kəskinliklə irəli sürsəydi, bəlkə də biz bu gün davam edən münaqişədən deyil, tarixin arxada qalmış və örtülmüş bir səhifəsindən bəhs edərdik.
Separatizm və işğalçılığın bu bariz nümunəsinə vaxtında göstərilməyən əks reaksiya, təcavüzkara qarşı ən sərt sanksiyaların tətbiq edilməməsi acı nəticələrini verdi. Bir pis nümunə digər ölkələrdə də yeni-yeni münaqişə ocaqları, separatizm halları, təcavüz faktları doğurdu və heç kəs deyə bilməz bu, sondur. Ona görə də biz acı təcrübələrdən mütləq dərs almalıyıq.
Son həftələrdə Ermənistan-Azərbaycan sərhədlərində, Tovuz-Qazax, Naxçıvan istiqamətlərində baş verən narahatedici hadisələr də məhz indi təcili addımların atılmasını zəruriləşdirir. Tovuz, Qazax rayonları səmtində, Azərbaycanın Ermənistan tərəfindən son 25 il ərzində tam blokada şəraitində saxlanan Naxçıvan bölgəsində işğalçı ölkənin silahlı qüvvələri ardıcıl olaraq atəşkəs rejimini pozmağa başlayıb. Xüsusilə Sədərək, Culfa, Şahbuz səmtlərində Ermənistan tərəfin müxtəlif növ silahlardan istifadə olunmaqla təşkil etdiyi həmlələr hərbi əməliyyatların miqyasının genişlənməsi təhlükəsini yaradır. Nəzərə alsaq ki, Ermənistan Azərbaycanın Naxçıvan bölgəsi ilə bağlı ərazi iddialarını və işğal niyyətlərini heç vaxt gizlətməyib, bu gün də həmin istiqamətdə fəaliyyətlərini davam etdirməkdədir, onda vəziyyətin nə qədər kritik olduğu bir az da aydınlaşar.
Avropa Şurası bu məsələyə təcili olaraq münasibət bildirməli, bu quruma qəbul olunarkən münaqişəni dərinləşdirəcəyini, işğal ərazilərini artıracağını deyil, məsələni diplomatik vasitələrlə həll edəcəyini əsas öhdəliklərindən biri kimi götürmüş Ermənistana ciddi təzyiq göstərməlidir. İş ondadır ki, Ermənistanın təbliğat şəbəkəsində Naxçıvana qarşı ərazi iddiaları ilə bağlı yer alan materiallar, təcavüzkar tərəfindən Azərbaycanın bu bölgəsinə son həmlələr real olaraq hərbi münaqişənin beynəlxalq müstəvidə genişlənməsi qorxusunu vəd edir. Çünki 1921-ci ildə Türkiyə və Cənubi Qafqaz respublikaları arasında bağlanmış Qars müqaviləsi Naxçıvana qarşı hər hansı təhlükələrin ortaya çıxacağı təqdirdə Türkiyənin dərhal məsələyə müdaxilə etməsinə qanuni imkan verir.
Beləliklə, müxtəlif xarici qüvvələrin yardımı ilə Azərbaycan ərazilərinin 20 faizini işğal etmiş Ermənistan təcavüzkar siyasətini davam etdirməkdə israrlıdır. Avropa Şurası Ermənistanın Azərbaycanın Qazax-Tovuz, Naxçıvan və digər bölgələrinə son dövrdə intensivləşmiş hərbi həmlələrinə qəti münasibətini bildirməli, həddini aşan Ermənistanı cilovlamağın bütün qanuni yollarından istifadə etməlidir. İkili standartların tətbiqində ittiham olunmaq istəmirsinizsə, Rusiyaya qarşı operativliklə həyata keçirilən sanksiyaları işğalçı Ermənistandan da əsirgəməyək. Bu gün Azərbaycanın sərhədlərində Ermənistanın açdığı atəşlərin səsini Strasburqda eşitmək və tədbir görmək vacibdir. Heç olmasa bu addımı vaxtında ataq. Sabah gec ola bilər!”./AzərTAc /
Strategiya.az
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM