Elmar Məmmədyarov: Avropa İttifaqı ilə əməkdaşlıq Bakının Moskva ilə münasibətlərinə təsir göstərməyəcək

15:05 / 14.02.2018

Xarici işlər naziri Elmar Məmmədyarov Azərbaycan və Avropa İttifaqı arasında yeni strateji tərəfdaşlıq sazişi üzərində aparılan iş, bu sazişin qonşular və ilk növbədə Rusiya ilə münasibətlərə mümkün təsiri barədə “RİA Novosti” agentliyinin suallarını cavablandırıb. AZƏRTAC müsahibəni təqdim edir.

-Cənab nazir, siz Azərbaycan ilə Avropa İttifaqı arasında strateji tərəfdaşlıq haqqında yeni sazişin hazırlanmasında irəliləyişi necə qiymətləndirirsiniz? Hansı maneələr var, danışıqlar prosesində ən mürəkkəb məqam nədən ibarətdir?

-Saziş layihəsinə dair danışıqlar konstruktiv məcrada və qarşılıqlı anlaşma əsasında davam edir. Sənədin hazırlanması prosesində ciddi maneə yoxdur.

Ticarət məsələlərinə dair baxışlarda müəyyən fikir ayrılıqları var. Azərbaycan Dünya Ticarət Təşkilatının üzvü olmadığına görə tariflər və subsidiyalar məsələsində bəzi fikir ayrılıqları mövcuddur. Lakin müzakirələr prosesində biz qarşılıqlı anlaşma əsasında ortaq nöqtələri tapmağa çalışırıq.

-Bu sazişə dair danışıqların növbəti raundu nə vaxt gözlənilir? Müddətlər barədə proqnozlar necədir, bu müqavilənin tamamlanması, paraflanması və qüvvəyə minməsi müddətləri məlumdurmu?

-Danışıqların növbəti raundu 2018-ci ilin birinci rübünün sonuna və ya ikinci rübün əvvəlinə planlaşdırılır.

-Bakının bu sazişdə təsbit etməyə çalışdığı ən mühüm elementlər hansılardır?

-Sazişin bütün elementləri eyni dərəcədə əhəmiyyətlidir. Biz hesab edirik ki, bu sənəd Avropa İttifaqı ilə Azərbaycan arasında münasibətlərin hərtərəfli inkişafı üçün mühüm çərçivə sənədi rolu oynayacaq. Sənəddə siyasi, iqtisadi, ticari, energetika, nəqliyyat və humanitar sahələrdə əməkdaşlığın perspektivləri nəzərdə tutulur.

-Ölkənizlə və Avropa İttifaqı arasında yeni saziş Bakı ilə Moskvanın münasibətlərinə təsir göstərə bilərmi?

-Azərbaycan öz tərəfdaşları ilə, xüsusən Rusiya ilə strateji tərəfdaşlıq münasibətlərinin inkişafına böyük əhəmiyyət verir. Siyasi, iqtisadi, ticari münasibətlər, humanitar və digər sahələrdə Rusiya ilə əməkdaşlığın inkişafında əldə edilmiş sanballı nəticələr bütövlükdə bizi qane edir.

Azərbaycan ilə Avropa İttifaqı arasında tərəfdaşlıq da qarşılıqlı faydalı əməkdaşlıq və qarşılıqlı hörmət əsasında inkişaf edir. Avropa İttifaqı ilə münasibətlərin inkişafına böyük diqqət yetirilir. Azərbaycan-Rusiya və Azərbaycan-Avropa İttifaqı münasibətlərinin müxtəlif müstəvilərdə inkişaf etməsinə baxmayaraq, bu münasibətlər ilk növbədə xalqlarımızın rifahına xidmət göstərir.

-Siz bu fikirlə razısınızmı ki, “Şərq tərəfdaşlığı” Aİ ilə Rusiya arasında ayırıcı amilə çevrilməməlidir. İndiki vaxtda bunun üçün ilkin şərait varmı?

-Biz əməkdaşlıq layihələrində öz iştirakımızı eksklüziv deyil, inklüziv tərkib hissə kimi görürük. Yəni hər hansı tərəfdaşlıq layihəsində bizim iştirakımız başqa tərəfdaşların maraqlarına zidd ola bilməz, bizim belə məqsədimiz və ya niyyətimiz yoxdur.

Azərbaycan ilə Rusiya arasında strateji tərəfdaşlıq Aİ ilə Azərbaycanın münasibətlərinə təsir göstərmədiyi kimi, Avropa İttifaqı ilə bizim münasibətlərimiz də strateji tərkib hissəsinə malik olan Azərbaycan-Rusiya dostluq münasibətlərinə təsir göstərməyəcək.

-Cənab nazir, sizin fikrinizcə, Şengen zonası ilə Azərbaycan arasında vizasız rejim mümkündürmü? Sizcə, bu məsələ hansı zaman perspektivində həll edilə bilər?

-Hazırda Azərbaycan ilə Avropa İttifaqı arasında bu məsələ sadələşdirilmiş viza rejimi və readmissiya barədə sazişlə tənzimlənir. Hesab edirik ki, bu saziş çərçivəsində əldə edilmiş nailiyyətlər viza rejiminin liberallaşdırılması işində əməkdaşlıq üçün imkanlar yaradacaq.

-Dağlıq Qarabağ məsələsinə dair üçtərəfli formatda, yəni RF, Azərbaycan və Ermənistan XİN rəhbərləri arasında görüşlər gözlənilirmi?

-Hələlik bu formatda üçtərəfli görüşün təşkil edilməsi planlaşdırılmır.


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM