Ermənistanın beynəlxalq nəqliyyat sahəsində yaşadığı problemlər iqtisadi və ticari sahələrə birbaşa mənfi təsir edir. Bu problem davam etdiyi müddətdə iqtisadiyyatın canlanması, ticarət dövriyəsinin artması mümkün görünmür. Ermənistanın Rusiya ilə nəqliyyat yolu Gürcüstandan keçməklə Rusiya ilə sərhəd bölgəsində yerləşən Yuxarı Lars yolu ilə tamamlanır. Amma Yuxarı Lars yolu dağlıq ərazidən keçir, qış mövsümündə qar və uçqunlar, yaz mövsümündə isə dağ çaylarının daşması bu yolu uzun müddət bağlayır. Təbii ki, bu zaman Ermənistandan Rusiyaya ixrac malları daşıyan maşınlar bir həftə, on gün, bəzən də daha artıq yolların açılmasını gözləyir ki, bu da həm həm nəqliyyat xərcini artırır, həm də tez xarab olan malların keyfiyyətini aşağı salır. Qısacası, Yuxarı Lars yolunun mövsüm şərtlərinə görə bağlı olması Ermənistan üçün ciddi problemdir.
Alternativ yollar varmı?
Alternativ yollar əlbəttə var. Sovetler dövründən qalan Abxaziya və Cənubi Osetiyadan keçən dəmir yolunun açılması Ermənistanın beynəlxalq nəqliyyat yolu problemini kökündən həll edər. İkinci ən qısa və ucuz başa gələn yol isə Azərbaycandan keçən və Ermənistanı Rusiya ilə birləşdirən dəmir yolu xəttidir. Amma Ermənistanın bu alternativ yolların açılması və istifadə etməsi üçün gərəkli addımları atmağa heç bər təsir mexanizmi yoxdur. Gürcüstan Abxaziya və Cənubi Osetiya problemini özünün ərazi bütövlüyü çərçivəsində həll edilmədiyi təqdirdə bu ərazilərdən keçən dəmir yolunun açılmasında maraqlı deyil. Ermənistan Azərbaycan torpaqlarının təxminən 20 faizini işğal etdiyi üçün təbii ki, Azərbaycandan keçərək Rusiyaya birləşən dəmir yolu xəttindən də istifadə edə bilmir. Yəni Ermənistanın nəqliyyat problemi "qısır döngü'' içərisindədir və əsasən hava şəraitinin ümidinə qalıb.
Müzakirələr nə deyir?
2008-ci ildə Rusiyanın Gürcüstana hərbi müdaxiləsi baş verməsəydi, Ermənistan Rusiya ilə birlikdə Abxaziya və Cənubi Osetiya yolundan istifadə etmək üçün Gürcüstan hökumətindən hansısa formada razılıq ala bilərdi. Amma 2008-ci ildə Rusiyanın Abxaziya və Cənubi Osetiyanı özünə birləşdirməsindən sonra bu məsələ belə demək mümkündürsə, "ərəb saçı'' kimi qarmaşıq hal aldı.
2008-ci il Rusiya-Gürcüstan arasında yaşanan siyasi və hərbi ixtilafın nəticələri hələ də davam edir. Tərəflər arasındakı bəzi problemlər qarşılıqlı müzakirələr nəticəsində həll edilsə də, "sümükləşən'' problem olaraq bilinən məsələlərdən biri də Rusiyanın Gürcüstanın ərazi bütövlüyünü tanımaması, Abxaziya və Cənubi Osetiyanı dəstəkləməsidir.
2011-ci ildə Gürcüstanla Rusiya arasında yükdaşımaların tənzimlənməsi haqqında müqavilə imzalamaq haqqında razılıq əldə edilmişdi. Bu razılaşmaya görə İsveçrənin SGS şirkəti vasitəçi olaraq imzalanacaq müqavilənin şərtlərinin həyata keçirilməsinə nəzarət edəcəkdi. Tərəflərin 7 ildir müzakirə etdikləri məsələ barəsində hələ də ciddi razılaşma əldə edilməyib. Bir ay əvvəl Gürcüstan hökuməti İsveçrənin SGS şirkəti ilə müqavilə imzalasa da, Rusiya tərəfi hələ tələsmir.
Gürcüstan hökuməti müzakirələrdə ərazi bütövlüyünün Rusiya tərəfindən tanınmasını tələb etdiyi halda, son zamanlarda Rusiyanın Abxaziya və Cənubi Osetiya ilə sərhəddə gömrük terminalları quraşdırması Gürcüstanı narahat edir.
Məsələ ilə bağlı Rusiya XİN müavini Qriqoriy Karasinə jurnalistin "Ermənistan bu razılaşmanın əsas benefisiarı olacaq, doğrumu anladım?'' sualına "Ermənistan həqiqətən bəzi xahişlər etmişdi, amma burada əsas məsələ Rusiya-Gürcüstan razılaşmasıdır və üçüncü tərəfə – Abxaziya və Cənubi Osetiya qarşısında heç bir öhdəlik götürülmür'' deyə cavab vermişdir.[i]
Rusiya və Gürcüstan bu razılaşmanı imzalayacaqları müqavilə ilə həyata keçməsində maraqlıdır. Ancaq burada əsas məsələ tərəflərin siyasi maraqlarının ortaq məxrəcə gətirilməsidir ki, Abxaziya və Cənubi Osetiya problemləri Gürcüstanın ərazi bütövlüyü çərçivəsində həll edilmədiyi müddətdə bu olduqca çətin bir məsələdir. Gürcüstan hüquqi bir təminat almadan Rusiya ilə müqaviləni imzalayar və həyata keçirərsə, Abxaziya və Cənubi Osetiyanın iqtisadi müstəqilliyini qəbul etmiş olaur.
Ermənistan maraqla Rusiya və Gürcüstan arasında müzakirələrin yekunlaşmasını və müqavilənin imzalanmasını gözləyir və bunu bir şəkildə nəqliyyat problemlərinin həll edilməsində vasitə olaraq görür. Amma bu müqavilə İsveçrənin SGS şirkətinin vasitəçiyi ilə Rusiya və Gürcüstan arasında imzalanıb və Karasinin dediyi kimi üçüncü ölkə qarşısında heç bir öhdəlikləri yoxdur.
Hatəm Cabbarlı,
siyasi elmlər doktoru
[i] Арам Саргсян, Армения попросила, Карасин и назвал цену альтернативы Ларсу http://ru.1in.am/1213038.html, 2018-01-31
Strategiya.az
Bakıda yeni dələduz peyda oldu: bu qadın görün nələr edib – VİDEO
TƏHLÜKƏ: Şagirdlər qapısı açıq avtobusdan sallanaraq gedir - VİDEO
Cahangir Hacıyevin arvadınadan 21 milyon dollarlıq xəbər - VİDEO
Bakıda DƏHŞƏT: Sahibsiz itlər azyaşlılara hücum çəkdi - VİDEO
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM