İranda etiraz aksiyaları: üç təhlükəli geosiyasi ssenari

12:36 / 15.02.2018

Yaxın Şərqdə bir çox dövlətlərin münaqişələrə və ixtilaflara cəlb olunması səbəbindən bütövlükdə dünya siyasəti təhdidlərlə üzləşməkdədir. Təəssüf ki, bu proses nəinki zəifləyir, hətta yeni məzmun çalarları da alır. İranda baş qaldıran etiraz aksiyaları bu baxımdan ekspertlərin diqqətini daha çox çəkir. Prosesin geosiyasi aspekti xeyli dərəcədə düşündürücüdür. Siyasətçilər baş verənlərə öz münasibətini bildiriblər. Burada iki düşərgə formalaşmaqdadır. Bir qrup dövlətlər İranda etirazçıları dəstəkləyir, onlara yardım edirlər. Digər qrup ölkələr isə İranın daxili işlərinə qarışmağın düzgün olmadığını qeyd edirlər. BMT məsələyə öz münasibətini bildirərək, Tehranı aksiyalarda iştirak edənlərə qarşı korrekt davranmağa çağırıb. Bütövlükdə kifayət qədər mürəkkəb vəziyyət yaranıb və proseslərin mümkün inkişaf ssenarilərinin geosiyasi analizi aktuallıq kəsb edir.

Küçələrdə toqquşma: barrikadanın hər iki tərəfinə eyni baxış

Ekspertlər İranda daxili vəziyyətin gərginləşə biləcəyi haqqında xeyli zamandır proqnozlar verirdilər. Başlıca arqument kimi Amerikanın orada qarışıqlıq yaratmaq istəyi və İsrailin İranı əsas rəqib görməsini gətirirdilər. Artıq İranda daxili vəziyyətin gərginləşməsi bir fakt olaraq qəbul olunur. Maraqlıdır ki, Tehran bu məsələdə açıqca İsrail və ABŞ-ı ittiham edir. Donald Tramp da çəkinmədən İrandakı etiraz aksiyalarını dəstəklədiyini bəyan edir. Hətta o, "böyük İran xalqı oyandı" kimi ifadələr işlədir.

İran rəhbərliyi buna kəskin reaksiya verib. Ali rəhbər Əli Xamneyi xalqa müraciətində düşmənin təxribatlarına uymamağa çağırıb. Eyni fikri Prezident Həsən Ruhani də ifadə edib. Belə görünür ki, İranla ABŞ və İsrail arasında siyasi-diplomatik savaş yeni səviyyəyə yüksəlməkdədir. Ekspertlər hadisələrdə Səudiyyə Ərəbistanının da əlinin olduğundan yazırlar. Bunun regionda nə kimi geosiyasi nəticələrə səbəb ola biləcəyi düşündürücüdür.

Lakin İranda insanların etiraz aksiyalarına başlaması səbəbləri də maraqlıdır. Yayılan rəsmi informasiyalara görə, Məşhəd şəhərində yumurtanın qiymətinin iki dəfə bahalaşmasına insanlar etiraz etməyə başlayıblar. Onlar, ümumiyyətlə, həyatın bahalaşması ilə razılaşmırlar. Bu faktorun iğtişaşların əsas səbəbi olması ilə razılaşmayanlar da vardır. Sosial-iqtisadi problemlər və inflyasiya İranda mövcuddur. Lakin etirazların əsasən indiki iqtidara səs verən kəsimdən gəlməsi diqqəti çəkir. Onlar yoxsul təbəqəyə aiddirlər. Belə anlaşılır ki, İranda həyat doğrudan da ağırlaşıb və insanlar artıq sözə deyil, konkret əmələ inanırlar. O da maraqlıdır ki, Prezident H.Ruhani Məşhəd hadisələrində etirazçıların haqlı olduğunu bildirmişdi. Lakin sonradan proseslər böyüdükdə və bir sıra radikal hərəkətlər olduqda dövlət başçısı xarici təsirdən danışdı.

Digər narahatlıq doğuran məsələ küçələrdə kütlənin ziyan verməsi və bəzi qrupların silah əldə etmək üçün polis bölmələrinə, ordu bazalarına hücum etməsi olub. Bu hadisələr zamanı 20-dən çox insan həlak olub. Ölənlər arasında hüquq-mühafizə orqanlarının əməkdaşları da var. Bununla da etiraz aksiyalarında qan tökülüb və onun ictimai vəziyyətə təsiri ola bilər.

Yaranmış mənzərənin ümumi siyasi və geosiyasi səciyyəsinə gəldikdə, hər şeydən öncə qeyd etmək lazımdır ki, İranı Yaxın Şərq proseslərinin yeni mərhələsinə daha çox bağlamaq planı vardır. Tehranın İraq, Suriya, Yəmən və Livanda həyata keçirdiyi planlara qarşı İsrail-ABŞ cütlüyü hərəkətə keçib. Təl-Əviv bir neçə dəfə bəyan etmişdi ki, Tehran Yaxın Şərqdə qarışıqlıq yaradır, terrorçulara dəstək verir. İran xüsusi təyinatlılarının komandanı general Qasım Süleymaninin sistemli olaraq Yaxın Şərqdə hərbi əməliyyatlar keçirdiyindən bəhs edilir. Bəzi məlumatlara görə, İran bu əməliyyatlarda 10 minə yaxın itki verib. Yəni söhbət genişmiqyaslı planlardan gedir.

Məhz bu kimi planların nəticəsidir ki, Amerika Suriyada bir sıra hədəflərinə çata bilməyib və İran müəyyən dərəcədə hərbi-geosiyasi dividend əldə edib. Üstəlik, D.Tramp iddia edir ki, İran embarqonun aradan qaldırılmasından sonra əldə etdiyi maliyyə ilə Yaxın Şərqdə terrorçulara yardım göstərib. Nəticədə, həm İran xalqının sosial-iqtisadi vəziyyəti daha da ağırlaşıb, həm də regionda İsrail-ABŞ cütlüyünün maraqlarına ziyan dəyib.

Fərqli məqsədlər: iki düşərgə və üç ssenari

Təbii ki, Tehran situasiyanı tamamilə fərqli izah edir. İran rəhbərliyi düşmənlərin əsas məqsədinin dövlətçiliyi zəiflətməkdən və ölkədə qarşıdurma yaratmaqdan ibarət olduğunu bildirir. Qonşu Türkiyənin bu aspektdə İran hadisələrinə münasibəti maraq doğurur. Ankara İranda xalq etirazının kütlə iğtişaşlarına çevrilməsinin, güc yolu ilə İranda hakimiyyət dəyişikliyinin yolverilməz olduğunu vurğulayıb. Bütövlükdə Türkiyə İranda silahlı toqquşmaların başlamasını, küçələrdə vandalizmin törədilməsini qəti şəkildə pisləyib. Prezident Rəcəb Tayyib Ərdoğan həmkarı Həsən Ruhaniyə telefon edərək fikir mübadiləsi aparıb. Belə görünür ki, Türkiyə region dövlətlərinin maraqlarına üstünlük verməkdə davam edir, hər bir ölkənin suverenliyinin təmin edilməsinin tərəfdarıdır və bu məsələdə İran dövləti ilə ziddiyyət təşkil etmir. Onu da deyək ki, Türkiyədə terror yayılanda İran hakimiyyətindəki bəzi dairələr anti-Türkiyə məzmunlu bəyanatlar verdilər və bu ölkənin "yerlə-yeksan olacağı" haqqında hədyanlar danışdılar. İndi Ankara həmin dairələrə əsl qonşuluq dərsi verməkdədir ki, bu da bir daha onu sübut edir ki, bütövlükdə türk dövlətçiliyi təmkinli, hər şeyi ölçüb-biçəndir və qonşu dövlətlərin yaxşılığını arzulayır.

Təbii ki, Azərbaycan da İranda sabitliyi, ərazi bütövlüyünü və dövlətçiliyi fəal surətdə dəstəkləyir. Bakı dəfələrlə bu kimi məsələlərdə beynəlxalq hüquq normalarının yanında olduğunu bəyan edib və hərəkətləri ilə bunu nümayiş etdirib. Moskva da İrana kənar müdaxilənin yolverilməz olduğunu xüsusi vurğulayıb. Rusiya Yaxın Şərqdə müttəfiqlərindən olan İranın qarışdırılmasına qəti etirazını bildirib. Təəccüblüdür ki, bir zamanlar İranın həyat yolu olduğu Ermənistandan səs çıxmır. Ermənilər, görünür, indi də Qərbin köləsi olmağı daha "şərəfli" missiya hesab edirlər. Kölənin isə öz mövqeyi olmaz!

Bu cür vəziyyət onu göstərir ki, İranın daxili durumunun rəvac verdiyi proseslər yalnız bu ölkənin sərhədləri ilə məhdudlaşmır. Regionda geosiyasi proseslərin istiqaməti və məzmunu dəyişə bilər. Faktiki olaraq indi iki tendensiya üz-üzədir. Birincisi, İranda sabitliyin pozulmasında maraqlı olan qüvvələr hərəkət edirlər. İkincisi, İran da daxil olmaqla, ümumən regionda geosiyasi sabitliyin təmin edilməsinə çalışan qüvvələr də fəaliyyətdədirlər. Bu iki tendensiyadan hansının qalib gəlməsindən regionun gələcək taleyi çox asılıdır. Çünki İran ənənəvi olaraq Yaxın Şərqin "açar" ölkələrindəndir. İndi onun böyük hərbi potensialı, siyasi təşkilatlanması, 80 milyonluq əhalisi vardır.

İran faktorunu daha həssas edən məqamlar sırasında burada müxtəlif etnik qruplara məxsus insanların yaşaması xüsusi yer tutur. Onlar arasında ziddiyyətlərin yaradılması bütün regionu silkələyə bilər. Tarixi təcrübə göstərir ki, bu məsələ olduqca həssas faktordur və uzağa gedən nəticələr verə bilər. Görünür, yuxarıda vurğuladığımız qarşı-qarşıya duran qüvvələr həmin amildən maksimum yararlanmağa çalışacaqlar.

İranın hərbi potensialının da nəzərə alınması gərəkdir. Bu ölkə hərbi cəhətdən regionun ən güclüləri sırasındadır. Əgər geniş miqyasda qarşıdurma olsa, yaxud kənar silahlı müdaxilə baş versə, Tehran öz imkanlarından istifadə etmək məcburiyyətində qala bilər. Bu da avtomatik olaraq regional miqyasda müharibəni meydana gətirə bilər. Kənar qüvvələrin əsas məqsədlərindən birinin bundan ibarət olması istisna deyil. Bunu birinci ssenari adlandırmaq olar.

Eyni zamanda, başqa bir ssenarini də diqqətə almaq lazımdır. Biz, Qüdslə bağlı yaranmış vəziyyəti nəzərdə tuturuq. Ekspertlərin rəyinə görə, İranda iğtişaşların törədilməsi Qüdslə əlaqəlidir. Çünki bu yolla müsəlman dünyasının diqqətini Qüds problemindən yayındırmağa çalışırlar. İranda sabitliyin pozulması fonunda doğrudan da, Fələstin məsələsi bir qədər kölgəyə düşə bilər. Diqqəti Qüdsdən tədricən yayındırmaqla da hansısa ölkələrin səfirliklərinin oraya daşımasına nail olmaq mümkün olar.

Bunlarla yanaşı, nəhayət, üçüncü bir proqnoza görə, İran hadisələri xaosu Cənubi Qafqaza, Rusiyaya, Mərkəzi Asiyaya və Çinə yaymaqda bir platsdarm rolunu oynaya bilər. Bu halda geniş bir məkanda geosiyasi mənzərə ciddi təhlükələrlə üz-üzə qalmış ola bilər.

Deməli, İranda etiraz aksiyaları qısa bir zamanda sona çatmaya bilər. Proses uzansa və genişlənsə, bir çox ölkələr təhlükə altına düşmüş olacaq. Bundan isə əsasən region xalqlarının zərər görəcəyinə şübhə yoxdur. Təhlükəli oyuna başlanılıb.

Newtimes.az


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM