Dələduzluqda təqsirli bilinərək həbs edilən Balakən rayon sakini, 1989-cu il təvəllüdlü Təbriz Abdullayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Təbriz Аbdullаyev 2016-cı ilin fevralında Balakən rayonunun Xalatala kəndi ərazisində, həmin kənd sakini Hacı Seriyevə məxsus iki baş iribuynuzlu heyvanı idarə etdiyi avtomobillə vurduğunu deyib.
Həmin heyvanın tələf etdiyini yalandan bildirməklə, əvəzini sahibinə qaytarmaq adı ilə pulunu sonradan verəcəyinə vəd verib. O, Hacı Seriyevi aldadaraq, ona məxsus 1000 manat dəyərində iki baş iribuynuzlu heyvanını dələduzluq yоlu ilə ələ keçirib.
Bundan başqa, Təbriz Abdullayev həmin ay həmkəndlisi Hacı Seriyevi təkrar aldatmağı bacarıb. O, Hacı Seriyevi tanışının vasitəsi ilə "Azəryem Sənaye” MMC-yə fəhlə işinə düzəldəcəyinə vəd verib və onun 160 manat məbləğində pulunu alıb.
Qardaşına toy edəcəkdi...
Daha sonra Təbriz Abdullayev 2016-cı ilin sentyabrında Balakən rayonunun Mahamalar kəndi ərazisində özünü yalandan Eşqin adlı şəxs kimi təqdim edib, qardaşı olmadığı halda, Rusiya Federasiyasından gələn qardaşının toyu olacağını, toy üçün heyvan lazım olduğunu bildirib.
Bu yolla o, kənd sakini Məhəmməd Əhmədova pulunu sonradan verəcəyinə vəd verib. Və aldatma yolu ilə Məhəmməd Əhmədova məxsus 700 manat dəyərində bir baş iribuynuzlu inəyi dələduzluq yolu ilə ələ keçirə bilib.
Təbriz Abdullayev növbəti dələduzluq əməlini həmin ilin sentyabrında Balakən rayonunun Tülü kənd sakini İlkin Süleymanova qarşı törədib. O, İlkin Süleymanova dağ ərazisində özünə məxsus 700 baş xırda buynuzlu heyvanı olduğunu yalandan bildirib, ona toy etməsi üçün 7 baş xırdabuynuzlu heyvan verəcəyinə vəd verib. Təbriz Abdullayev aldatma yolu ilə zərərçəkmişdən 700 manat alıb.
Bacısını toyuna necə hazırlıq görüb?
Təbriz Abdullayev daha sonra Balakən rayonunun Gərəkli kəndi ərazisində bacısının toyu 2008-ci ildə olduğu halda, yalandan bacısının toyu olacağını və toy üçün heyvan lazım olduğunu bildirib. O, həmin kənd sakini Rafiq Abdullayevə pulunu sonradan verəcəyinə vəd verib, aldatma yolu ilə 660 manat dəyərində 7 baş xırdabuynuzlu heyvanı ələ keçirə bilib.
Bundan başqa, Təbriz Abdullayev 2016-cı ilin oktyabrında Balakən şəhəri ərazisində İsa Məmətiyevə yalandan qoz-fındıq ləpəsinin satışı ilə məşğul olduğunu bildirib. O, İsa Məmətiyevə qoz ləpəsini sonradan verəcəyinə vəd verib. bu yolla o, İsa Məməyiyevdən 120 manat məbləğində pul alıb.
Təbriz Abdullayev bundan bir neçə gün sonra dələduzluq hərəkətlərinin davamı olaraq İsa Məmətiyevə yalandan arvadının dünyaya ölü uşaq gətirdiyini və əməliyyat üçün pul lazım olduğunu bildirib. O, İsa Məmətiyevdən 400 manat məbləğində yenidən pul alıb.
Təbriz Abdullayev həmçinin bacısının toyu ilə əlaqədar ət almaq üçün pul lazım olduğunu İsa Məmətiyevə bildirib və ondan sonda 40 manat alıb.
Təbriz Abdullayev daha bir dələduzluq əməlini 2016-cı ilin oktyabrında Balakən rayonunun Katex kənd sakini Cuma Qocayevə qarşı törədib. O, özünü yalandan Təbriz Paçalov kimi təqdim edərək, bacısının toyu olacağını və toy üçün heyvan lazım olduğunu Cuma Qocayevə bildirib. Bu adla o, Cuma Qocayevə pulunu sonradan verəcəyinə vəd verərək, sonuncuya məxsus 750 manat dəyərində bir baş iribuynuzlu heyvanı dələduzluq yolu ilə ələ keçirib.
Yol qəzası və dələduzluq
Təbriz Abdullayevin sonuncu dələduzluq əməli 2017-ci ilin mart ayına təsadüf edib. O, Balakən rayonunun Qullar kənd sakini İbrahim Annaqiyevə törətdiyi yol nəqliyyat hadisəsi nəticəsində üç baş xırdabuynuzlu heyvanı idarə etdiyi avtomobillə vuraraq tələf etdiyini yalandan bildirib. O, zərərin ödənilməsini sahibinə bildirib, pulunu sonradan verəcəyinə vəd verib. Təbriz Abdullayev aldatma yolu ilə İbrahim Annaqiyevə məxsus 150 manat dəyərində iki baş xırdabuynuzlu heyvanını dələduzluq yolu ilə ələ keçirib.
Dələduzluq və 3 il 6 ay cəza
Təbriz Abdullayevə Cinayət Məcəlləsinin 178.2.2-ci (təkrar dələduzluq törətmək) maddəsi ilə ittiham elan edilib. Balakən rayon Məhkəməsinin hökmü ilə Təbriz Abdullayev 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib, onun cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi qərara alınıb.
Həmçinin məhkəmə zərərçəkmişlərin təqsirləndirilən şəxsə qarşı mülki iddalarını təmin etməyib. Hökmdə göstərilib ki, zərərçəkmişlərə dəymiş ziyanla bağlı mülki qaydada məhkəməyə müraciət edə bilərlər, Təbriz Abdullayevdən şikayətçi ola bilərlər.
Hökmdən narazı qalan Təbriz Abdullayev apelyasiya şikayəti verərək, işinə yenidən baxılmasını, cəzasını həbs olmayan cəza növü ilə əvəz edilməsini xahiş edib.
Təbriz Abdullayevin şikayəti araşdırılması üçün Şəki Apelyasiya Məhkəməsinə göndərilib. İş hakim Rafail Əliyevin sədrlik etdiyi kollegiyada araşdırılıb.
"Ziyanı ödəyə bilməyib”
Təqsirləndirilən şəxsin vəkili Samir Şərifov bildirib ki, Təbriz Abdullayev maddi imkansızlığı ilə bağlı Balakən rayon Məhkəməsinin 10 avqust 2017-ci il tarixli hökmü qəbul edilənədək zərərçəkmiş şəxslərə vurduğu ziyanı ödəyə bilməyib: "O, işə baxan hakimdən maddi ziyanın ödənilməsinə görə ona vaxt verilməsini xahiş etməsinə baxmayaraq, onun xahişi nəzərə alınmayıb və iş üzrə hökm qəbul edilib. Təbriz Abdullayev buna baxmayaraq, valideynləri vasitəsi ilə iş üzrə zərərçəkmiş şəxsləri tapıb və onlara dəyən maddi ziyanı tam həcmdə ödəyib, o cümlədən, onlarla barışıq əldə edib. Bundan sonra, iş üzrə zərərçəkmiş Hacı Seriyev, Məhəmməd Əhmədov, İlkin Süleymanov, Rafiq Abdullayev, İsa Məmətiyev, Cuma Qocayev və İbrahim Annaqiyev Balakən rayon notariat kontoruna gedərək, onlara dəymiş maddi ziyanın ödənilməsi, təqsirləndirilən şəxslə barışmaları, ondan heç bir şikayətlərinin olmaması və ona cəza təyin edilərkən həmin xüsusatların nəzərə alınması barədə Şəki Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasına ərizə yazıblar. Onlar həmin sənədləri imzalayaraq dəymiş ziyanın ödənilməsini həqiqiliyini təsdiq ediblər”.
"Cəza yüngülləşdirilməlidir”
Vəkil daha sonra qeyd edib ki, Təbriz Abdullayevin zərərçəkmiş şəxslərlə barışması və onlara dəymiş ziyanı tam həcmdə ödəməsi cəzanı yüngülləşdirən hal olmaqla yanaşı, ona təqsirləndirildiyi Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsinin saksiyasında nəzərdə tutulmuş daha yüngül cəzanın, yəni cərimə cəzasının təyin edilməsi üçün əsas yaradıb: "Ona görə də, Balakən rayon Məhkəməsinin 10 avqust 2017-ci il tarixli hökmünü Təbriz Abdullayevə cəza təyin edilməsi hissəsində dəyişdirilməli, ona təqsirli bilindiyi Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə cəzası təyin edilməli və təyin edilmiş cəza Təbriz Abdullayevin həbsdə saxlanıldığı müddətlə əvəz olunmalıdır”.
Təqsirləndirilən şəxs apelyasiya şikayətini onunla əsaslandırıb ki, səhv edib, törətdiyi cinayət əməlindən çox peşman olub, zərərçəkmiş şəxslərin hamısına vurduğu maddi ziyanı ödəyib və onlarla razılıq əldə edib: "Hazırda zərərçəkmiş şəxslərin məndən şikayəti yoxdur. Ona görə də, butün bunları nəzərə alaraq Balakən rayon məhkəməsinin hökmünün dəyişdirilməsini, mənə təyin olunmuş cəzanın yüngülləşdirilməsini, həbslə bağlı olmayan cəza təyin edilməsini məhkəmə kollegiyasından xahiş edirəm”.
Yekin cəza: 3 min manat cərimə
Məhkəmə iclаsındа çıxış edən dövlət ittihаmçısı Surac Salmanov apelyasiya şikayətlərinin dəlillərinin əsassız olduğunu bildirib. O, apelyasiya şikayətlərinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin hökmünün qüvvədə saxlanılmasını tələb edib.
Tərəfləri dinləyən hakim heyəti sonda qərar elan edib. Qərara görə, Təbriz Abdullayev və onun müdafiəçisinin apelyasiya şikayəti təmin edilib. Məhkəmə Təbriz Abdullayevin barəsində olan hökmü dəyişdirilməsi barədə qərar elan edib.
Məhkəmə onu 3 min manat miqdarında cərimə edib. Təbriz Abdullayevin barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilib və o, məhkəmə zalından azadlığa buraxılıb./publika.az
Strategiya.az
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM