Bəzi xarici mətbuat orqanları və demək olar ki, bütün erməni mediası Ermənistan hökumətinin yeni yaranmış "Geokosmos" QSC-yə 625 min dollar ayırması barədə xəbər yayıb. Bu məbləğ əvvəllər haqqında heç kimin eşitmədiyi "qəbul stansiyasının proqram-texniki kompleksinin modernləşdirilməsi və işlək vəziyyətə gətiriləsi" üçün ayrılıb.
Strategiya.az Sputnik Azərbaycan-a istinadən bildirir ki, Tərəqqiyə Yardım Amerika-Azərbaycan Fondunun baş eksperti Aleksey Sinitsınla müsahibəni təqdim edir:
- Bu gözlənilməz informasiya sızdırılmasının arxasında nə dayanır?
- Bu adi dezinformasiyadır. Həm də elə savadsızcasına hazırlanıb ki, onu ifşa etmək də problem deyil. Gəlin, əvvəlcə özümüzə sual verək - nə vaxt və harada hərbçilər kəşfiyyat bölməsini mülki şirkət kimi "işlədəndə" bu barədə bütün dünyaya xəbər veriblər? Bizim halda söhbət "Geokosmos" QSC-dən gedir.
ARAYIŞ: Erməniyönümlü REGNUM informasiya agentliyinin bir müddət əvvəl yaydığı xəbərə görə, "bəzi müşahidəçilərin fikrincə, Ermənistan silahlı qüvvələri yalnız Rusiya və KTMT üzvü olan ölkələrin deyil, başqa dövlətlərə məxsus peyklərdən də məlumat ala biləcəklər ".
Niyə Ermənistana simpatiyasını gizlətməyən REGNUM İA ümumiyyətlə Ermənistan silahlı qüvvələri tərəfindən kosmosdan informasiya alınmasının texnologiyasını açıqlayır? Agentlik Azərbaycan ordusuna hərbçilərin sözü ilə desək "hərbi texnika və sursatın kosmik kəşfiyyatdan şəhər, bitki və qrunt fonunda görünməmək üçün maskalanmağı" məsləhət görür? Bu ki absurddur.
Yeri gəlmişkən, niyə necə deyərlər erməni dili kultunun olduğu bir ölkədə yeni müəssisəyə "Geokosmos" adı verilib? Niyə ermənicə "kosmos" mənasını verən "taratsutyun" sözündən istifadə edilmir? Cavab yalnız bir ola bilər - müəssisə yalnız əcnəbi mülki təyinatlı şirkətlərlə əməkdaşlıq edəcək. Güman edirəm ki, "Geokosmos"un qəbuledici stansiyasının modernləşdirilməsi üçün 625 min dollar hansısa əcnəbi bankdan götürüləcək.
- Bəs Ermənistanda qəbuledici kosmik stansiya haradan əmələ gəlib?
- Güman etmək olar ki, bu Rusiyanın keçən il bağlanmış "Geokosmos" şirkətinin qalığıdır. Onu 1993-cü ildə rusiyalı biznesmen Sergey Melnikov yaradıb. Onun "Geokosmos"u əvvəlcə ABŞ-ın GeoEye şirkəti ilə hansısa işgüzar əlaqələrə malik idi. Bu şirkətin özünün GeoEye-1 peyki var idi. Yeri gəlmişkən, onun aparatları heç cür hərbi peyklər standartına uyğun gəlmirdi. Lakin amerikalılar rəqabətə davam gətirməyərək DigitalGlobe şirkəti tərəfindən sıradan çıxarıldılar. Bu şirkətlə isə Melnikovun əməkdaşlığı alınmadı.
2012-ci ildən "Geokosmos" peyk monitorinqi bazarından gedib, sonra isə ümumiyyətlə fəaliyyətini dayandırıb. İstənilən halda əgər qəbuledici stansiyanın bərpasına yarım milyon dollardan çox vəsait tələb olunursa, demək o tamamilə dağılmış vəziyyətdədir.
- Lakin tutaq ki, erməni mütəxəssislər qəbuledici stansiyanı normal hala gətirə bildilər. Onda onlar Rusiya Hərbi-Kosmik Qüvvələrindən və ya Qərb ölkələrindən görüntülər ala biləcəklər?
- Əlbəttə, yox. Nə KTMT-nin sənədlərində, nə də Ermənistanın hansısa ölkə ilə hökumətlərarası sazişlərində kosmik kəşfiyyat sahəsində əməkdaşlığa dair söz belə yoxdur. Başqa sözlərlə, bu əməkdaşlıq üçün hüquqi baza yoxdur.
Həm də tək qəbuledici stansiya ilə kosmik kəşfiyyat olmur. Məsələn, İraq müharibəsində sadəcə iki zirehli texnika kolonnasının aşkar edilməsi üçün üç "Kixoul-11" və 3 "Lakross" peykindən istifadə olunub. Onların orbitləri elə seçilib ki, hər 2-3 saatdan bir onlardan biri İraq ərazisinin üzərindən keçərək məlumatı yerdəki 20-dək qəbuledici stansiyaya ötürüb.
İndi texniki tərəqqi daha da irəliləyib, məxfilik rejimləri isə daha ciddi olub. Bu mənada Rusiyanın kosmik kəşfiyyatı ən məxfiləşdirilmiş strukturdur. Yeri gəlmişkən, indi Sergey Şoyqunun sözlərinə görə, "Liana" yeni nəsil kosmik kəşfiyyat sistemi işə salınıb. Onun əsas elementləri "Lotos-S" və "Pion-NKS" peyklər şəbəkəsidir. Bu sistem artıq Suriyada sınaqdan çıxarılıb.
Lakin bilirsiniz hərbi peyklər mülki təyinatlılardan nə ilə fərqlənir? Yalnız texniki imkanları ilə yox. Hərbi peyklərdən məlumat yerə şifrələnmiş şəkildə ötürülür. Yəni, ruslar və ya amerikalılar öz şifrə açan aparatlarını Ermənistanın "Geokosmos"una verəcəklər? Ermənilər həmin dəqiqə rusların məlumatını amerikalılara, amerikalıların məlumatını isə ruslara ötürərlər.
- Lakin o halda bu "Geokosmos" QSC və onun qəbuledici stansiyası Ermənistanın nəyinə lazımdır?
- Əgər stansiya həqiqətən işləsə, nəzəri olaraq ermənilər "Yerin məsafədən izlənməsi" problematikası üzrə "Rusiya kosmik sistemləri" SC və ABŞ-ın Planet Labs və SkyBox şirkətləri ilə əməkdaşlıq edə biləcəklər. Onda qiymətli sifarişlər də ala bilərlər.
Lakin heç bir mülki şirkət hər hansı bir dövlətin lehinə onun qonşusuna qarşı casusluq etməz. Onların həm bunun üçün texniki imkanları yoxdur, həm də reputasiya riskləri böyükdür. Çünki belə əməkdaşlığı çox gizlətmək olmaz.
ARAYIŞ: Ermənistan müdafiə nazirinin mətbuat katibi Artsrun Ovannisyan bu günlərdə jurnalistlərə bəyan edib ki, "Geokosmos" QSC ilə əməkdaşlıq barədə qərar ölkənin kosmik texnologiyalar vasitəsilə kəşfiyyat imkanlarını genişləndirəcək.
Ona görə də "Ermənistanın kosmik kəşfiyyatının yaradılması" barədə bütün bəyanatları mən erməni hərbçiləri tərəfindən pis hazırlanmış dezinformasiya hesab edirəm. Lakin erməni "Geokosmos"u ilə bağlı əhvalat daxili auditoriya üçün nəzərdə tutulmuş adi təbliğat oyunu ola bilər.
Strategiya.az
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Bayden ABŞ Məxfi Xidmətinin direktorunun istefa verdiyini açıqlayıb
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM