Fevralın 15-də Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin dördüncü toplantısının keçirilməsi və Azərbaycan Prezidenti İlham Əliyevin bu təşəbbüsünün Avropa dövlətləri tərəfindən qeyd-şərtsiz dəstəklənməsi Ermənistanda növbəti narahatlıq dalğası yaradıb.
Regionda həyata keçirilən bütün beynəlxalq əhəmiyyətli iqtisadi layihələrdən kənarda qalan Ermənistan yeni ideyalar irəli sürərək düşdüyü təcrid vəziyyətindən çıxmağa çalışır.
Bakıda keçirilən tədbirdən sonra Ermənistanın enerji və təbii ehtiyatlar nazirinin müavini Ayk Arutunyan bildirib ki, rəsmi Yerevan İran qazının Ermənistan ərazisindən Gürcüstana, oradan isə Qara dənizlə Avropaya ixrac etməsini müzakirə etməyə hazırdır. Lakin Azərbaycanın iqtisadi qüdrəti qarşısında rəsmi Yerevanın ideyaları nə qədər realdır?
İran ilə yanaşı, Azərbaycan da neft ixrac edən ölkədir və bazardakı qiymətlərin dəyişməsi onun iqtisadiyyatına təsir edir. Azərbaycan 1994-cü ildə ümummilli lider Heydər Əliyevin səyi nəticəsində Qərbin iri neft şirkətləri ilə “Əsrin müqaviləsi”ni imzaladıqdan sonra karbohidrogen ehtiyatlarının nəqli üçün geniş infrastruktur yaradıb. Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri bu gün Azərbaycan neftinin və qazının Avropaya daşınmasında əhəmiyyətli rol oynayır. Bundan başqa, Trans-Anadolu (TANAP) və TAP qaz kəmərinin çəkilməsi işləri də sürətlə həyata keçirilir. Avropa İttifaqı və ABŞ tərəfindən dəstəklənən bu kəmərlə 2019-cu ilin ortalarından başlayaraq Azərbaycan Avropaya 16 milyon kubmetr qaz ixrac edəcək.
Azərbaycanın bu cür infrastruktura malik olması və son dövrlər rəsmi Bakı ilə Tehran arasındakı əlaqələrin yüksələn xətlə inkişafı post sanksiya dövründə iki dost dövlətin daha yaxından əməkdaşlığını zərurətə çevirir. Bu əməkdaşlığı şərtləndirən əsas amil ondan ibarətdir ki, Azərbaycan rəsmi Tehrana neft və qazını Avropaya ixrac etməsi üçün öz infrastrukturundan istifadə etməyi təklif edir. İlk dəfə bu təklifi Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlətlərarası Müştərək Komissiyanın həmsədri, Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev 2015-ci ilin avqustunda Tehrana səfəri zamanı İranın neft naziri Bijən Zəncənə ilə görüşdə irəli sürmüşdü. Həmin il Vyanada İrana qarşı tətbiq edilmiş sanksiyaların aradan qaldırılması istiqamətində danışıqların aparıldığı zaman İran qazının Avropaya ixracı məsələsi aktuallaşmışdı və bu məsələ müzakirə mövzusuna çevrilmişdi. İranın Qaz İxracatı Şirkətinin beynəlxalq əlaqələr şöbəsinin müdiri Əzizullah Ramazani İran qazının TANAP və TAP vasitəsilə Avropaya nəql edilə biləcəyi ehtimalını irəli sürmüşdü. Həmin şirkətin rəhbəri Əlirza Kamali isə bəyan etmişdi ki, qazın Avropaya nəqli üçün min kilometrlərlə kəmər çəkmək iqtisadi baxımdan sərfəli deyil. Əgər İranın indiki iqtisadi vəziyyətinə və perspektivlərinə baxsaq, Ə.Kamalinin haqlı olduğunu görərik. Hazırda iqtisadiyyatının əsas hissəsi neftdən asılı olan İranın “qara qızıl”ın qiymətinin düşməsi ilə əlaqədar vəziyyəti o qədər də qənaətbəxş deyil. Uzun müddət ədalətli olmayan beynəlxalq sanksiyalar altında yaşayan İranın neft-qaz sahəsinə yeni texnologiyalar və sərmayələr lazımdır. Digər tərəfdən, yeni kəmərin keçəcəyi ehtimal edilən regionlardakı siyasi kataklizmlər və silahlı münaqişələr İranı ciddi düşünməyə vadar edir. Rəsmi Tehranın münaqişələrin səngiməsini və neftin qiymətinin nə vaxtsa yüksələcəyini gözləməyə vaxtı yoxdur. Odur ki, İran üçün ən real variant karbohidrogen ehtiyatlarını Azərbaycanın yaratdığı infrastrukturla Avropaya nəql etməkdir.
Bu variant hər iki ölkənin iqtisadi maraqlarına cavab verir. Əvvəla, İran yeni kəmərin inşası üçün beynəlxalq maliyyə qurumlarından yüksək faizlə kredit almaqdan, ikincisi, kəsirlə icra olunan dövlət büdcəsindən bu layihə üçün milyardlarla dollar ayırmaqdan, üçüncüsü isə ehtiyatların Avropaya çatdırılmasındakı təhlükələrdən xilas olur. Azərbaycan isə tranzitdən gəlir əldə edir.
Göründüyü kimi, qarşılıqlı faydalı əməkdaşlıq dövlətlərin milli maraqlarına xidmət edir. İqtisadi əlaqələrin yaxınlığının ardınca isə siyasi münasibətlərin inkişafı mərhələsi başlayır. Bu gün regionda yaranmış gərgin vəziyyətə diqqət yetirdikdə, aydın şəkildə görürük ki, dini və milli ayrı-seçkilik salmaqla müsəlmanları biri-birinə qarşı qoyub bölgədə söz sahibi olmaq istəyirlər. Böyük qüvvələrin bu geosiyasi planını pozmağın yolu faydalı əməkdaşlıqdan və münasibətlərin səmimiliyindən keçir. Azərbaycan İran ilə mehriban qonşuluq və dostluq şəraitində yaşamağı üstün tutur. Hər iki ölkə prezidentlərinin siyasi iradə nümayiş etdirərək münasibətləri yaxınlaşdırması əlaqələrin gələcək inkişafından xəbər verir.
Cari ilin martında İran Prezidentinin Azərbaycana səfəri gözlənilir. Səfər çərçivəsində Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin əsasını təşkil edən Astara (İran) – Astara (Azərbaycan) dəmir yolunun rəsmi açılışının da olacağı barəsində məlumatlar var. Lakin İran ilə Azərbaycanın iqtisadi əməkdaşlığı bununla yekunlaşmır. Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin dördüncü toplantısının keçirilməsi bu beynəlxalq əhəmiyyətli layihənin artıq reallıq olduğunu sübut etdi. Odur ki, prezidentlər arasında İran qazının Avropaya Azərbaycanın yaratdığı infrastrukturla ixrac edilməsi məsələsinə toxunulacağını da istisna etmək olmaz.
Ermənistana və onun irəli sürdüyü ideyaya gəlincə, qeyd etmək lazımdır ki, bu, irəli sürülən birinci ideya deyil. Hələ 2008-ci ildə Ermənistan prezidenti Serj Sarkisyan tərəfindən irəli sürülən İran-Ermənistan dəmir yolunun çəkilişi də ideya olaraq qalır. Ötən 9 ildə bu istiqamətdə heç bir addım atılmadı. Astara (Azərbaycan) - Astara (İran) dəmir yolu körpüsünün tikintisindən sonra S.Sarkisyanın ideyası “dəfn edildi”.
İran-Ermənistan qaz kəmərinin çəkilməsi ideyası da 2007-ci ildən ortaya atılıb. Ötən 10 ildə bu istiqamətdə də heç bir əməli addım atılmayıb.
Beləliklə yuxarıda göstərilən faktlar onu deməyə əsas verir ki, Ermənistandan keçməklə enerji dəhlizinin yaradılması ideyası da, şübhəsiz, zamanla “dəfn ediləcək”. Ermənistan öz işğalçılıq siyasətinin nəticəsində regionda həyata keçirilən qlobal iqtisadi layihələrdən necə kənarda qalıbsa, elə kənarda qalmaqda da davam edəcək.
Rabil Kətanov
Strategiya.az
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM