Aİ-nin xüsusi nümayəndəsi: Dağlıq Qarabağ münaqişəsi Cənubi Qafqaza bütün potensialını reallaşdırmağa imkan vermir (MÜSAHİBƏ)

08:17 / 19.02.2018

Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz və Gürcüstan üzrə xüsusi nümayəndəsi Toivo Klaarın Bakıya səfəri ərəfəsində Trend-ə müsahibəsi

- Bakıda aparacağınız danışıqların əsas mövzuları hansı olacaq? Azərbaycanla bağlı və sizin daha çox diqqət yönəldəcəyiniz konkret sahələr var?

- Bu mənim ötən ilin noyabr ayında vəzifəmin icrasına başladığım dövrdən etibarən Azərbaycana ikinci səfərimdir. Dekabrın əvvəlində Bakıya ilk və tanışlıq səfərimi etdim. Səfər zamanı Prezident İlham Əliyev və yüksək vəzifəli rəsmilərlə görüşlərim oldu. Qarşıdakı səfərim çərçivəsində Azərbaycan rəhbərliyi ilə görüşlər nəzərdə tutulub. Mənə verilən mandatın əhatə etdiyi məsələləri müzakirə etməyi planlaşdırıram.

Bildiyiniz kimi, mandat regiondakı münaqişələri, o cümlədən, Dağlıq Qarabağ münaqişəsini əhatə edir, lakin daha çox regional təhlükəsizlik və əməkdaşlıq məsələlərinə aiddir. Şübhəsiz ki, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması prosesi üzrə hazırkı mərhələdə mənim üçün rəhbərliyin fikirlərini öyrənmək çox maraqlıdır. Əminəm ki, bu səfər hazırda pozitiv bir mərhələdə olan Azərbaycanla ikitərəfli əməkdaşlığımıza dair məsələləri, o cümlədən Brüsseldə keçirilmiş Avropa İttifaqı-Azərbaycan Əməkdaşlıq Şurasının 15-ci iclası ilə bağlı məsələləri müzakirə etmək imkanı verəcək.

- Münaqişənin bütün bölgəyə yaratdığı təhdidləri nəzərə alaraq, Aİ-nin Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə səylərin artırılmasında rolu nədən ibarət ola bilər? Danışıqlar prosesində irəliləyiş barədə nə düşünürsünüz?

- Bu münaqişənin regional miqyasını qeyd etməkdə haqlısınız. Danışıqlar zamanı vurğulamaq istəyirəm ki, Dağlıq Qarabağ məsələsinin həll olunmaması münaqişə zonasından çox kənarlarda da hiss olunur. Dağlıq Qarabağ münaqişəsi çox zəngin bir region olan Cənubi Qafqaza həm iqtisadi, həm də sosial və mədəni sahədə öz potensialından tam istifadə etməyə imkan vermir. Aİ-nin mövqeyi olduqca aydındır: biz insanların və cəmiyyətlərin öz potensialını tam həyata keçirə biləcək dinc və firavan Cənubi Qafqaz istəyirik. Bunun üçün Dağlıq Qarabağ münaqişəsinin tez bir zamanda həlli vacibdir. Status-kvo bir çox cəhətdən dayanıqsız və olduqca kövrəkdir. Minsk qrupu və onun həmsədrləri münaqişə tərəflərinin dəstəklədiyi problemin həlli üzrə beynəlxalq səviyyədə razılaşdırılmış formata malikdir və Aİ həmsədrlərin həll yolunu tapmağa yönəlmiş səylərini və təkliflərini tam dəstəkləyir. Vurğulamaq vacibdir ki, əsas məsuliyyəti tərəflər daşıyırlar, tərəflərin razılığı olmadan münaqişənin həlli mümkün deyil. Əlbəttə ki, bu, çətin ola bilər və Aİ bu cəhdlərdə Minsk qrupunun həmsədrlərini və tərəfləri dəstəkləməyə hazırdır.

Bu, regionda keçirilən yüksək səviyyəli görüşlərdə münaqişənin həlli məsələsini müzakirə etməkdə israrlı olmağımızın səbəblərindən biridir. Biz münaqişənin sülh yolu ilə həllində irəliləyişə dair intensiv siqnallar göndəririk, eyni zamanda, tərəflərə deyirik ki, Minsk qrupunun həmsədrlərinin iştirakı ilə keçirilən danışıqlar vaxtı, eləcə də daha sonra həm sülh prosesini dəstəkləmək, həm də, məsələn, qarşılıqlı əlaqəli iqtisadiyyatların və cəmiyyətlərin qurulması və ya yenidən qurulması üçün buradayıq. Aİ-nin xüsusi nümayəndəsi kimi, mən Minsk qrupunun həmsədrləri ilə, eləcə də ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi ilə sıx işgüzar əlaqələr qururam ki, bizim fəaliyyətimizin onların rəhbərlik etdiyi prosesi dəstəklədiyinə əmin olaq. Bundan əlavə, aramızda qarşılıqlı anlaşma olması üçün Brüsseldə bizim rəhbərliyi, həmçinin üzv dövlətləri davam edən sülh prosesinin müxtəlif aspektləri barədə məlumatlandırmaq vacibdir.

Lakin Aİ yalnız siyasi fəaliyyətlə məhdudlaşmır. Biz hesab edirik ki, münaqişələrin səmərəli həlli üçün cəmiyyətlər də prosesə cəlb olunmalıdır. Digər münaqişələrin timsalında görmüşük ki, əgər cəmiyyətlər əvvəldən prosesə qoşulmayıbsa, sülh sazişləri reallaşmır. Mən düşünmürəm ki, Cənubi Qafqaz istisnadır. Buna görə də Aİ üçün rəsmi sülh prosesinin dəstəklənməsinin mühüm elementlərindən biri də cəmiyyətlərlə işləməkdir. Bu, mandatımın bir hissəsini təşkil edən və Gürcüstanda gördüyümüz işdir. Biz Dağlıq Qarabağ münaqişəsi kontekstində vətəndaş cəmiyyətinə arxalanaraq etimadın möhkəmləndirilməsi üzrə tədbirləri, eləcə də Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli üçün Avropa tərəfdaşlığı adlanan təşəbbüs vasitəsilə insanlar arasında təmasları dəstəkləyirik. Bu, bir neçə çox təcrübəli qeyri-hökumət təşkilatının iştirakı ilə unikal təşəbbüsdür. Biz, əlbəttə, çətinlikləri lazımi qədər qiymətləndiririk: bu münaqişədə çox güclü emosiyalar və kəskin polyarizasiya var və belə bir mühitdə sülhün bərqərar olması istiqamətində fəaliyyət çətinliklərlə üzləşə bilər. Faktiki olaraq, insanlar arasında əlaqə və sülh səyləri iki tərəf arasında qarşılıqlı maraqların mövcud olduğunu göstərə bilər və münaqişəyə "bir tərəfin qazanması üçün digər tərəf məğlub olmalıdır" məntiqinə uyğun baxılmalı deyil. Əgər, məsələn, iqtisadi sahədə, söhbət insan təhlükəsizliyi və ətraf mühit kimi ümumi problemlərin həllindən gedirsə və ya ümumi mədəni irsə məsuliyyətlə yanaşmaq sahəsində əməkdaşlıq və qarşılıqlı fayda üstünlük təşkil edirsə, mən əminəm ki, bu, sülh prosesinin irəliləməsinə kömək edə bilər.

- Ümumilikdə atəşkəs həssas olaraq qalır, Azərbaycanın mülki əhalisi isə atəşkəs rejiminin pozulmasından əziyyət çəkir. Sizi regiondakı vəziyyətlə bağlı ən çox nə narahat edir? Münaqişə zamanı mülki şəxslər arasında qurbanların olmasının qarşısını necə almaq olar?

- Aİ və şəxsən özüm istənilən insan tələfatına görə təəssüflənirik. Biz tərəfdən hər il müşahidə olunan Dağlıq Qarabağ münaqişəsi zonasında ölənlərin sayı və onların çoxunun cavan olması çox məyus edir. Bunun ildən-ilə davam etməsi üçün heç bir əsas yoxdur. Mən münaqişənin toxunduğu rayonlara tezliklə səfər etməyi planlaşdırıram ki, münaqişənin humanitar ölçüsünün araşdırılmasına öz töhfəmi verim. Bilirəm ki, məndən qabaq Herbert Salber eyni şeyi edib. Təəssüf ki, atəşkəsin pozulması təmas xəttinin və dövlətlərarası sərhədlərin yaxınlığında yaşayan insanların gündəlik həyatın bir hissəsidir. Baxmayaraq ki, insidentlərin sayı göstərilənə görə ötən illə müqayisədə azalıb, dəhşətli hadisələr yenə də baş verməyə davam edir. Sırf humanitar baxımdan bu dayandırılmalıdır. Bu, həmçinin danışıqların səmərəliliyinə ziyan vurur. Aİ daim tərəfləri atəşkəs rejiminə ciddi əməl etməyə və təmkinlik göstərməyə çağırır. Biz tərəfləri Cenevrədə keçirilmiş görüşdə prezidentlər arasında əldə olunmuş, danışıqların aktivləşdirilməsinə əlavə olaraq yerlərdə gərginliyin azaldılması üzrə tədbirləri nəzərdə tutan razılaşmaların yerinə yetirilməsinə israrla çağırırıq. ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin ofisinin genişləndirilməsi haqqında saziş bağlamağın zamanı gəlib. Danılmazdır ki, yerlərdə gərginliyin azaldılması mülki əhali arasında qurbanların azalmasına gətirib çıxaracaq. Bu da qarşılıqlı məqbul razılaşmanın əldə olunmasını asanlaşdıracaq və mövcud status-kvonu "betonlaşdırmayacaq" .

- Sizin fikrinizcə, azərbaycanlı girovlar Dilqəm Əsgərov və Şahbaz Quliyevin azad edilməsi üçün hansı addımlar atılmalıdır?

- Biz, əlbəttə, onların tutulduğu vaxtdan, 2014-ci ilin iyunundan bu məsələni izləyirik. Aİ Minsk qrupunun həmsədrləri ilə birgə BQXK-nın səylərini tam dəstəkləyir. Fikrimcə, bu məsələyə də daha geniş kontekstdə baxmaq lazımdır. Tərəflər humanitar məsələlərin həllində bacarıq nümayiş etdirsəydi, məsələn, bir neçə girovun azad edilməsinə razı olsaydılar, bu, çox faydalı olardı və etimadın möhkəmlənməsinə kömək edərdi. Bu, cəmiyyətlərə və bütün münaqişənin toxunduğu insanlara münaqişə ilə bağlı əsas mövqelərdə kompromisə getmək məcburiyyəti olmadan danışıqlarda iştiraka hazırlığın və irəliləyişin olduğunu göstərərdi. Gürcüstana gəldikdə isə son iki il ərzində bir neçə saxlanılan şəxs azad edilib və bu, heç bir tərəf üçün neqativ nəticələnməyib, əksinə, gələcəkdə etimadın daha da möhkəmləndirilməsinə əsas ola bilər. Ola bilsin ki, bu, Dağlıq Qarabağa münasibətdə də baş versin.


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM