Bişkekdəki “Turar” nəşriyyatında Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovun “Xocalı soyqırımı” kitabı qırğız və rus dillərində çap olunub.
AZƏRTAC xəbər verir ki, kitabı qırğız dilinə Bekten Dıykanbay tərcümə edib. Dünyanın müxtəlif dillərində nəşr edilmiş kitabda son iki əsrdə azərbaycanlılara qarşı erməni millətçiləri tərəfindən məqsədyönlü şəkildə həyata keçirilən etnik təmizləmə, soyqırımı və təcavüzkarlıq siyasəti təhlil olunur. Nəşrdə XX əsrin 80-ci illərinin ikinci yarısından başlayaraq Ermənistanın Azərbaycana qarşı əsassız ərazi iddiaları və işğalçılıq siyasəti, o cümlədən 1988-1993-cü illərdə azərbaycanlılara qarşı etnik təmizləmə və soyqırımı siyasəti elmi mənbələr əsasında araşdırılır. Xüsusilə XX əsrin sonlarında ermənilərin Xocalıda törətdikləri soyqırımı aktı bütün insanlığa və bəşəriyyətə qarşı yönəldilmiş ən ağır cinayətlərdən biri kimi səciyyələndirilir.
Müəllif 1992-ci il fevralın 26-da Ermənistan silahlı qüvvələri tərəfindən Xocalı şəhərin işğalı zamanı həyata keçirilən cinayətləri, xüsusilə dinc əhaliyə qarşı törədilən vandalizm aktlarını xarici mənbələrə əsasən geniş təhlil edir. Xocalı soyqırımının dünyaya çatdırılması, ona siyasi-hüquqi qiymətin verilməsi istiqamətində görülən işlər, eləcə də Xocalı faciəsinin beynəlxalq aləmdə soyqırımı aktı kimi tanınması məsələləri geniş tədqiq olunur. Kitabda Xocalı soyqırımının tanınması ilə bağlı qəbul edilən sənədlər müxtəlif dillərdə verilib. Kitab xarici siyasət məsələləri ilə məşğul olan mütəxəssislər, geniş oxucu auditoriyası üçün nəzərdə tutulub.
“Tarixdə görünməmiş müsibət” adlı “Ön söz”də Azərbaycanın Qırğızıstandakı səfiri Hidayət Orucov qeyd edir ki, uzun müddət ictimai-siyasi fəaliyyətlə məşğul olan elmlər doktoru, professor Əli Həsənov siyasət, geosiyasət və beynəlxalq münasibətlərə həsr olunan müxtəlif əsərlərin müəllifidir. Bu kitab Dağlıq Qarabağ münaqişənin ən qanlı soyqırımlarından birinə həsr olunub. Xocalı soyqırımı XX əsrin digər dəhşətli faciələri - Xatın, Xirosima, Naqasaki və Sonqmi kimi faciələrlə bir sırada dayanır.
“Ön söz”də deyilir ki, ermənilərin Azərbaycanın tarixi ərazilərinə qarşı iddiaları hələ 1918-1920-ci illərdən başlayıb, İrəvan xanlığı və Zəngəzurda yaşayan azərbaycanlılara qarşı soyqırımları törədilib. Ermənilərin Azərbaycana qarşı ərazi iddialarının yeni mərhələsi 1988-ci ilin fevral ayından başlayıb. Onlar Azərbaycanın Qarabağ bölgəsinin dağlıq hissəsinin Ermənistana birləşdirilməsi ilə bağlı qeyri-qanuni tələblərlə çıxış edib, bu tələblər Ermənistan SSRİ-nin rəhbərliyi tərəfindən açıq-aşkar dəstəklənib. 1988-1989-ci illərdə azərbaycanlılara qarşı törədilən deportasiya nəticəsində 214 nəfər soydaşımız öldürülüb.
Bildirilir ki, 1992-1993-cü illərdə Dağlıq Qarabağ və ona bitişik olan yeddi rayon, yəni Azərbaycan ərazisinin 20 faizi işğal olunub. Bunun nəticəsində bir milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşüb.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə “Xocalıya ədalət!” kampaniyası cinayətkarları məsuliyyətə cəlb etmək üçün dünyanın bütün qüvvələrini səfərbər edir. Qeyd olunur ki, hadisələrdən 26 il keçməsinə baxmayaraq, Xocalıda soyqırımı törədənlər hələ də məsuliyyətə cəlb olunmayıblar. Bu cür cəzasızlıq regionda sülhün əldə edilməsi və ədalətin bərpası üçün ciddi maneədir. Hazırda da Ermənistanın hərbi qüvvələri atəşkəs rejimini hər gün pozaraq, Azərbaycanın dinc əhalisini və mülki obyektləri atəşə tutur, bu da insanların ölümünə səbəb olur.
Kitab müəllifinin əsas məqsədi soyqırımın dəhşətlərini dünya ictimaiyyətinə çatdırmaq və bütün bəşəriyyəti zorakılığa qarşı mübarizədə birləşdirərək, cinayət törədənləri məsuliyyətə cəlb edilməsidir.
Nəşrin fotoalbom hissəsinə Xocalı soyqırımının dəhşətlərini əks etdirən fotoşəkillər, Ermənistan tərəfindən işğal edilmiş ərazilərimizin xəritərləri daxil edilib.
Strategiya.az
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM