“Azərbaycan gənclərinin müasir, inkişaf etmiş, yüksək intellektli aparıcı qüvvə kimi formalaşmasında, birmənalı olaraq, dövlətimizin apardığı gənclər siyasətinin mühüm rolu var. Bu siyasətin banisi isə xalqımızın ümummilli lideri Heydər Əliyevdir. O, həmişə gənclərimizə böyük ümidlər bəsləyib, onları Azərbaycanın gələcəyi adlandırıb və dəfələrlə qeyd edib ki, Azərbaycanın gələcəyi etibarlı əllərdədir”.
APA-nın məlumatına görə, bunu Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənovun “İrəli” İctimai Birliyinin IV hesabat-seçki konfransındakı çıxışında deyib.
Ə. Həsənov bildirib ki, H. Əliyev sağlam düşüncəli gənc nəslin yetişdirilməsini dövlət və cəmiyyətin mühüm vəzifəsi hesab edirdi, bu məqsədlə müstəqil Azərbaycanda gənclər siyasətini həyata keçirmək üçün 1994-cü il iyulun 26-da Gənclər və İdman Nazirliyini yaradıb.
1996-cı il fevralın 2-də Azərbaycan gənclərinin I forumunun keçirilməsini ölkədə müstəsna əhəmiyyətə malik hadisə kimi dəyərləndirən şöbə müdiri 1997-ci il fevralın 1-də ilk forumun ildönümü münasibətilə fəal gənclərin bir qrupunu qəbul edən H. Əliyevin fevralın 2-ni Azərbaycan Gənclər Günü elan etdiyini xatırladıb.
Heydər Əliyevin müəyyənləşdirdiyi gənclər siyasətinin bu gün Azərbaycan prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini diqqətə çatdıran şöbə müdiri müasir dövrdə gənclər siyasətinin yeni mərhələyə qədəm qoyduğunu deyib: “Bu gün Azərbaycan dövləti sürətli inkişaf dövrünü yaşayır və bu inkişaf təbii ki, gənclər üçün yeni imkanlar açır. Azərbaycanın maliyyə-iqtisadi potensialı artdıqca, bütün sahələrin inkişafına kapital qoyulur və bu, çox müsbət nəticələr verir. Təbii ki, gənc nəsil bu prosesdən kənarda qalmayıb və yüksək intellektli, vətənpərvər gəncliyin yetişməsi üçün çox əhəmiyyətli layihələr həyata keçirilir”.
Ə. Həsənov İ. Əliyevin rəhbərliyi ilə ölkədə həyata keçirilən siyasətin başlıca istiqamətlərindən birinin gənclərə dövlət dəstəyinin gücləndirilməsi, onlara hərtərəfli diqqət göstərilməsi olduğunu vurğulayıb: “Son illər respublikamızda həyata keçirilən tədbirlər gənclərin hərtərəfli inkişafının təmin olunması üçün siyasi, sosial-iqtisadi, təşkilati - hüquqi şərait və təminatların yaradılmasını sürətləndirib, onların ictimai-siyasi fəallığının artmasına kömək edib. Ölkəmizdə gənclər siyasəti dövlət siyasətinin mühüm tərkib hissəsinə çevrilib. Azərbaycan gəncliyi ictimai həyatın bütün bölmələrində aktiv fəaliyyəti ilə seçilir, siyasi, iqtisadi, humanitar, sosial tədbirlərin həyata keçirilməsində mühüm rol oynayırlar.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən gənclərlə birbaşa bağlı olan "Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı (2007-2015-ci illər)" və “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramı təsdiq olunub ki, onların icrası nəticəsində dövlət gənclər siyasətinin prioritet sahələrində müsbət dəyişikliklər baş verib və ciddi uğurlar əldə olunub. Gənclərin vətənpərvərlik tərbiyəsi sahəsində davamlı iş aparılıb, istedadlı və yaradıcı gənclərə dövlət qayğısı genişləndirilib, ölkənin ictimai-siyasi həyatında gənclərin yaxından iştirakı üçün lazımi şərait yaradılıb və bu sahədə irəliləyişlərə nail olunub, dövlətin qayğısı sayəsində gənclər təşkilatlarının gənclər siyasətində iştirakını təmin edən hüquqları genişləndirilib, onların layihə və proqramlarına mütəmadi dəstək verilib.
2007-ci ilin “Gənclər ili” elan edilməsi, 2011-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun yaradılması, respublikanın 20-dən artıq şəhər və rayonunda gənclər mərkəzlərinin inşası, 2013-cü ildə “Gənclər üçün Prezident Mükafatı”nın təsis edilməsi ölkə başçısının gənclərə diqqət və qayğısının əməli nəticəsidir.
Gənclər Fondu gənc nəslin sosial, fiziki, intellektual və mənəvi inkişafının təmin edilməsinə, vətənpərvərlik ruhunda tərbiyə olunmasına, ictimai fəallığının artırılmasına, innovativ ideyalarının və yaradıcı təşəbbüslərinin reallaşdırılmasına yaxından kömək edir. Bu günə qədər 5 qrant müsabiqəsinə yekun vurmuş Fond, ümumilikdə 1457 layihə maliyyələşdirib. Azərbaycan prezidentinin müvafiq sərəncamları ilə Fonda 2 dəfə Prezidentin ehtiyat fondundan, 1 dəfə dövlət büdcəsindən 5 milyon manat vəsait ayrılıb.
Cənab İlham Əliyev həmişə çıxışlarında bildirib ki, Azərbaycan gəncləri bilikli, savadlı, Vətənə bağlı olmalı və ölkəmizin gələcək inkişafına töhfələrini verməlidirlər.
Müstəqil dövlətimizin verdiyi imkanların nəticəsi olaraq, Azərbaycan gəncliyi öz sözünü deməyə və müstəqil layihələri ilə dünya arenasında təmsil olunmağa qadirdir. Belə ki, Azərbaycan dəyərlərinin, ictimai-siyasi hadisələrin dünya ictimaiyyətinə çatdırılmasında gəncliyin öz yeri və xidməti var. Xalqlar arasında dostluğun, etimadın və qarşılıqlı anlaşmanın möhkəmlənməsinə önəm verən gənclik xalqımıza məxsus olan ali dəyərləri qoruyub saxlayır, onun təbliğinə bütün gücünü və iradəsini sərf edir. Heydər Əliyev Fondunun vitse-prezidenti, Rusiyalı Azərbaycanlı Gənclər təşkilatının - AMOR-un sədri, IDEA kampaniyasının rəhbəri Leyla Əliyevanın bir gənc olaraq Azərbaycanın səsinin yayılmasında xüsusi yeri və rolu var. Onun rəhbəri olduğu AMOR Rusiyanın bütün regionlarını əhatə edən və ölkələrimizin gələcəyi üçün çox böyük əhəmiyyətə malik olan mühüm gənclər qurumlarından birinə çevrilib.
Leyla Əliyevanın təşəbbüsü ilə 2008-ci ildə irəli sürülən "Xocalıya Ədalət" beynəlxalq məlumatlandırma kampaniyası Xocalı soyqırımı və Qarabağ münaqişəsi barədə həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində səmərəli fəaliyyət göstərir. Bununla yanaşı o, Ətraf Mühitin Mühafizəsi üzrə Beynəlxalq Dialoq Təşəbbüsü - IDEA-nın da əsasını qoyub. Əsas məqsəd ətraf mühitin mühafizəsi, planetimizin üzləşdiyi ekoloji təhlükə haqda gənclərin məlumatlandırılmasıdır. İDEA müasir dövrün çağırışlarına cavab təşəbbüsüdür.
Yuxarıda göstərilənlərdən belə qənaətə gəlmək mümkündür ki, Leyla Əliyeva şaxəli fəaliyyəti, məqsədli əməlləri ilə bugünkü Azərbaycan gəncliyinə nümunədir. Gənclər görülən bu işlərə dəstək verməlidirlər.
Gənclər təşkilatları sırasında özünəməxsus yeri olan qurumlardan biri də “İrəli” İctimai Birliyidir. Birlik 26 avqust 2005-ci ildə ümumrespublika gənclər hərəkatı kimi fəaliyyətə başlayıb. Əsas məqsədi Azərbaycanın parlaq gələcəyini düşünən, onu irəliyə aparan Prezident İlham Əliyevin yürütdüyü siyasət ətrafında sıx birləşməkdən və daima onu dəstəkləməkdən ibarət olan Hərəkat, 3 il fəaliyyət göstərdikdən sonra fəaliyyətini dayandıraraq, 24 dekabr 2008-ci ildə "İrəli" İctimai Birliyinə çevrilib. Azərbaycanda insan kapitalının inkişafına dəstək olmağı əsas missiyası müəyyən etmiş “İrəli”, yarandığı gündən yüzlərlə gənci öz ətrafına toplamış və maraqlı təşəbbüslərlə çıxış edib.
Bu gün “İrəli” İctimai Birliyinin növbəti hesabat-seçki konfransıdır. Bu o deməkdir ki, Birlik ötən 2 illik dövrə yekun vurmaq və onu qiymətləndirməklə yanaşı, eyni zamanda rəhbər strukturlarını yeniləyir. İctimai birlikdə belə bir ənənənin qorunub saxlanması, daima yenilənmənin aparılması müsbət haldır”.
Ə. Həsənov təşkilat rəhbərliyinə bəzi iradlarını da bildirib. O, təşkilata xalqla əlaqəni kəsməməyi tövsiyə edib: “Ayağınızın biri irəlidə, biri isə arxada olmalıdır. Xalqla əlaqəni kəsməyin. Xalqla əlaqənizi kəsəndə, başqa şəbəkələr sizdən istifadə etməyə çalışacaq”.
Ə. Həsənov “İrəli” İctimai Birliyinin rəhbər şəxslərinin və üzvlərinin çıxışlarında Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin adının çəkilmədiyini də qeyd edib: “Azərbaycan dövlətinin əsasları ümummilli lider Heydər Əliyev tərəfindən qoyulub. Onun ideyaları Azərbaycanın maraqlarına cavab verir və gələcək uğurlarımızın əsasını qoyub. Digər tərəfdən, bu gün burada Azərbaycanda gənclər siyasətinin həyata keçirilməsinə əsas rol oynayan Gənclər Fondunun, Gənclər və İdman Nazirliyinin adları çəkilməli idi, çəkilmədi. İnanıram ki, bu tövsiyələrimi İrəli Gənclər Təşkilatının yeni rəhbərliyi nəzərə alacaq, yeni rəhbər heyət dövlət orqanları, YAP-la əlaqələri gücləndirəcək, təşkilatın üzvü olan minlərlə gəncin həyatında xüsusi rol oynayacaq”.
“İrəli” İctimai Birliyinin sədri Rauf Mərdiyev iradlarla razılaşdığını bildirib: “Sizin tövsiyələrinizdən nümunə götürürük. Unudulan məqamları da ən qısa müddətdə aradan qaldıracağıq, üzr istəyirik. Bizim özümüzü ölkəmizin layiqli vətəndaşı hiss etməyimiz Heydər Əliyevin uzaqgörən siyasəti ilə bağlıdır. Onun həyata keçirdiyi siyasət Azərbaycanın uğurlu gələcəyini təmin etdi. Sevinirik ki, Heydər Əliyev tərəfindən əsası qoyulan siyasəti davam etdirən prezident İlham Əliyev var. Bu prosesə kiçik də olsa, dəstək göstərmişiksə, bu bizim üçün böyük uğurdur".
Strategiya.az
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM