Avtonəqliyyat vasitəsi sahibləri sığorta şirkətləri ilə bağladıqları icbari sığorta müqavilələri üzrə ödəməli olduqları sığorta haqlarını müstəqil şəkildə hesablaya bilərlər.
İcbari Sığorta Bürosundan verilən məlumata görə, bundan ötrü büronun sürücülər üçün yaratdığı və hesabla.isb.az veb-saytında təqdim olunan müvafiq onlayn xidmətindən istifadə etmək mümkündür.
Qeyd edilən sayta daxil olaraq orada avtonəqliyyat vasitəsinin növünü və özünün Bonus-Malus əmsalını daxil etməklə avtomobil sahibi bağladığı icbari sığorta müqaviləsi üzrə ödənilməli olan sığorta haqqını öyrənə bilər. Bonus-Malus əmsalını öyrənmək üçün sürücülər öz sığorta şirkətinə müraciət edərək müvafiq məlumatı əldə edə bilərlər.
Sözügedən saytda icbari sığorta haqqının hesablanma qaydası barədə ətraflı məlumatlarla da tanış olmaq mümkündür. İlk növbədə bilmək lazımdır ki, icbari sığorta haqqı məbləğləri dövlət tərəfindən müəyyən edildiyindən, bütün sığorta şirkətləri üzrə eynidir və bir şirkətdən digərinə fərqlənə bilməz. İcbari sığorta müqaviləsi üzrə ödənilməli olan sığorta haqqı sadə bir düsturun köməyi ilə formalaşır. Buna görə bütün avtonəqliyyat vasitələri üçün 50 manat məbləğində müəyyən edilmiş baza sığorta haqqını, avtonəqliyyat vasitəsinin növünə görə əmsalı və sığortalının Bonus-Malus sinfinə görə əmsalını bir-birinə vurmaq lazımdır, nəticədə alınan məbləğ məhz ödənilməli olan icbari sığorta haqqını təşkil edəcək.
Avtonəqliyyat vasitələrinin növlərinə görə əmsallar İcbari Sığorta Bürosunun veb-saytında yerləşdirilmiş “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta haqqı məbləğlərinin hesablanması” Qaydaları ilə müəyyən olunur.
İcbari sığorta haqqının necə formalaşdığını əyani misalda növbəti qaydada təsvir etmək olar: tutaq ki, vətəndaş özünün 2000 kubsantimetr mühərrik həcmi olan minik avtomobilini icbari qaydada sığortalamaq istəyir. Qaydalara əsasən, bu mühərrik həcmi üzrə avtonəqliyyat vasitəsinin əmsalı 1,50 rəqəminə bərabərdir. Son illər ərzində həmin şəxs minik avtomobili ilə yollarda bir neçə qəzaya səbəb olmuş, bu üzdən də onun Bonus-Malus əmsalı pisləşərək 1,60 səviyyəsində qərarlaşıb. Avtomobilinin növbəti icbari sığorta müqaviləsi üzrə ödəyəcəyi sığorta haqqını hesablamaq üçün vətəndaş 50 manatlıq baza sığorta haqqını, avtomobilinin mühərrik həcminə görə əmsalı (1,50 rəqəmini) və özünün Bonus-Malus əmsalını (1,60 rəqəmini) bir-birinə vurmalıdır. Alınan 120 manatlıq məbləğ onun növbəti icbari sığorta müqaviləsi üzrə ödəyəcəyi sığorta haqqını təşkil edir. Burada qeyd etmək lazımdır ki, vətəndaşın bu dəfə belə yüksək sığorta haqqı ödəməli olmasına baxmayaraq, növbəti illərdə o, qəzasız avtomobil idarə edərsə, onun Bonus-Malus əmsalı ildən ilə yaxşılaşacaq və nəticədə gələcək müqavilələri üzrə o daha az sığorta haqqı ödəyə biləcək.
Hər bir sığortalının Bonus-Malus sinfinə görə əmsalı ildə bir dəfə, yanvarın 15-nə müəyyənləşir və növbəti il yanvar 15-dək qüvvədə olur.
Strategiya.az
KOBİA və Qlobal Sahibkarlar Şəbəkəsi arasında əməkdaşlıq genişlənir
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM