Fevralın 8-də Yeni Azərbaycan Partiyasının VI qurultayı keçirildi. Tədbirdə Prezident İlham Əliyev dərin məzmunlu nitq söylədi. Dövlət başçısı çıxışında ölkədə həyata keçirilən islahatlar, əldə edilən nailiyyətlər və qarşıda duran perspektivləri dolğun şəkildə ifadə etdi. Azərbaycanda sosial-iqtisadi və mədəni inkişafın müxtəlif aspektləri üzərində dayandı. Həyata keçirilən proqramların verdiyi dividendlər haqqında bir daha danışıldı. Milli dövlətçiliyin sürətli inkişafının bundan sonra da davam edəcəyi vurğulandı. Bunlarla yanaşı, Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun artması, müxtəlif layihələrdə iştirakının müsbət nəticələri haqqında da dövlət başçısı fikir ifadə etdi. Ekspertlərin diqqətini daha çox çəkən məsələlər sırasında İlham Əliyevin Azərbaycan tarixi, onun öyrənilməsi, gənclərin qarşısında duran vəzifələr, tarixi yaddaşın məzmun çalarları barədə irəli sürdüyü tezislər geniş müzakirə predmetinə çevrilib. Ancaq bir sıra dairələr bu fikirlərdən əməlli-başlı narahat olublar. Onlar həmin fikirləri qərəzli mövqedən analiz etməyə çalışırlar. Həmin məqamlar üzərində daha geniş dayanmaq zərurəti vardır.
Tarix və yaddaş: İlham Əliyevin rasional və ədalətli mövqeyi
Ulu öndər Heydər Əliyevin məşhur kəlamlarının birində deyilir: "Tarix həmişə hər şeyi öz yerinə qoyur"! Ulu öndərin başqa bir fikrində isə ifadə olunub: "Tarix heç nəyi silmir"! Prezident İlham Əliyevin Yeni Azərbaycan Partiyasının (YAP) VI qurultayında söylədiyi dərin məzmunlu və geniş əhatəli nitqi Ulu öndərin yuxarıda vurğulanan fikirlərini bir daha tam təsdiq edib. Çünki cənab Prezident növbəti dəfə tarixlə müasirliyə milli dövlətçilik və ədalət prinsiplərinin qovşağında dolğun nəzər salıb.
Dövlət başçısının qurultayda ifadə etdiyi fikirlər hələ də bir sıra xarici ölkə KİV-lərində, analitik və ekspertlərin diqqət mərkəzindədir. Onlardan bəziləri qərəzli mövqedədirlər. Lakin bu mövqedə belə İlham Əliyevin ifadə etdiyi tezisləri analiz etmək üçün bütün intellektual güclərini işə salmağa çalışırlar. Və təbii ki, bu istiqamətdə zəifliklərini, zavallılıqlarını və aciz olduqlarını bir daha nümayiş etdirirlər.
Düşmənləri Azərbaycan Prezidentinin hansı sözləri daha çox təlaşa salıb? Onlar nədən qorxublar və hay-küy qaldırırlar? Onlar haqdan, tarixdən, ədalətdən, həqiqətdən qorxurlar! İlham Əliyevin tarixin hər şeyi öz yerinə qoyacağı kontekstində söylədiyi təmkinli və strateji xarakterli fikirləri bəzilərinin üzərinə soyuq su çiləyib. Ermənistan siyasi rəhbərliyi isə böyük qorxu və təlaş içində məntiqsiz cümlələrlə münasibət bildirməyə çalışmaqdadır. Bu zaman onların nə qədər gülünc və zavallı bir vəziyyətə düşdüklərini adi gözlə belə sezmək mümkündür!
Azərbaycan Prezidenti hakim partiyanın növbəti qurultayında yüksək tribunadan əminliklə bəyan edib: "Onu da qeyd etməliyəm ki, biz tarixi torpaqlarımızı da unutmamalıyıq və unutmuruq. Bu da gələcək fəaliyyətimiz üçün istiqamət olmalıdır, necə ki, biz bu gün də bu istiqamətdə iş görürük. Bizim tarixi torpaqlarımız İrəvan xanlığıdır, Zəngəzur, Göyçə mahallarıdır. Bunu gənc nəsil də, dünya da bilməlidir. Mən şadam ki, bu məsələ ilə bağlı – bizim əzəli torpaqlarımızın tarixi ilə bağlı indi sanballı elmi əsərlər yaradılır, filmlər çəkilir, sərgilər təşkil olunur. Biz növbəti illərdə bu istiqamətdə daha fəal olmalıyıq və dünyanın müxtəlif yerlərində sərgilər, təqdimatlar keçirilməlidir. Çünki İrəvan bizim tarixi torpağımızdır və biz azərbaycanlılar bu tarixi torpaqlara qayıtmalıyıq. Bu, bizim siyasi və strateji hədəfimizdir və biz tədricən bu hədəfə yaxınlaşmalıyıq" (bax: Bakıda Yeni Azərbaycan Partiyasının VI qurultayı keçirilib / AZƏRTAC, 8 fevral 2018).
Öncə bu qiymətli və tarixi fikirlərin əsl məzmunu üzərində dayanmağa çalışaq. Burada dövlət başçısı həm tarixi, həm də siyasi-strateji aspektlərdə olduqca vacib məqamları gündəmə gətirib. Onlar güclü dövlət və güclü cəmiyyət quruculuğu prosesi baxımından Azərbaycan gəncliyinin həyat manifestidir! Hər bir gənc bilməlidir ki, vətəndaşı olduğu dövlətin və təmsil etdiyi millətin mənəvi, coğrafi, siyasi və mədəni sərhədləri haradan keçir. İrəvanın bu sərhədlər daxilində olduğunu tarixi faktlar sübut edir. O cümlədən İrəvan qalasının tikilməsi tarixçəsi, o dövrdən qalan rəsmlər, sənədlər təsdiq edir. Həm də xoşbəxtlikdən onların əksəriyyəti Rusiya arxivlərindədir ki, bu da qərəzli kəsimlərin azərbaycanlıları və ya türkiyəliləri tərəfkeşlikdə, tarixi saxtalaşdırmaqda əsassız ittihamdan bir növ xilas edir.
Diqqət etsək, aydın görərik ki, İlham Əliyev hansısa ölkəyə hərbi hücumdan söz açmır. Əksinə, dövlət başçısı Ermənistanın hərbi təcavüzünü haqlı olaraq tənqid edir və torpaqlarımızda ikinci bir erməni dövlətinin yaradılmasına imkan verilməyəcəyini bir daha bəyanlayır. Məhz bu kimi tendensiyaların qarşısını almaq üçün Azərbaycan xalqının tarixi həqiqətləri unutmaması və dünya səviyyəsində daha geniş təbliğat aparması zəruriliyini Prezident konkret vurğulayır.
Baxın, indi erməni quldur silahlı birləşmələri əmrləri haradan alırlar? Qədim Azərbaycan şəhəri olan İrəvanda oturmuş, Rusiya tərəfindən süni olaraq yaradılmış Ermənistan adlanan ölkənin rəhbərliyindən! Deməli, şəri tam məğlub etmək üçün bir əsr bundan öncə baş vermiş tarixi səhvi düzəltmək gərəkdir. İrəvanın Azərbaycan şəhəri olduğunu azərbaycanlılar bir an belə unutmamalı və Xankəndində sakitliyin əbədi bərpası üçün İrəvanla bağlı məsələnin də həll edilməsi gərəkliyini anlamalıdırlar.
Bu, hər şeydən əvvəl yaddaş və mənəviyyat, tarixi məsuliyyət və vətəndaşlıq borcudur! Dövlət başçısı məhz bundan bəhs edir. Göstərir ki, indi Dağlıq Qarabağla əlaqədar yaranmış münaqişənin real kökləri daha dərin tarixi məqamlara gedib çıxır. Biz müstəqil dövlət olaraq həmin məqamları gənclərimizə, gələcək nəsillərə elə çatdırmalıyıq ki, onlar XX əsrin əvvəllərində buraxılmış səhvləri təkrar etməsinlər. Buna görə də İrəvanın Azərbaycan şəhəri olması ilə bağlı işlər strateji mahiyyətlidir! Prezidentin bu dəmir məntiqinin alternativi yoxdur!
Deməli, İlham Əliyev YAP-ın VI qurultayında faktiki olaraq cəmiyyət və onun ziyalıları qarşısında çox dəqiq şəkildə tarixi yaddaş məsələsini qoyub. Prezidentin buna çox ciddi əsasları vardır. Məsələ ondan ibarətdir ki, müxtəlif səbəblərdən Azərbaycan tarixi milli dövlətçiliyin strateji aspektləri nəzərə alınmadan işlənib. Yalnız son illər ölkə rəhbərliyinin qətiyyəti sayəsində bu istiqamətdəki boşluqlar sürətlə doldurulmaqdadır. Tarixçilərimiz İrəvan, Zəngəzur, Göyçə, Dərbənd, Borçalı, Təbriz və digər yerlərlə bağlı real faktları sistemli şəkildə ortaya çıxarmaqdadırlar. Bu sırada diqqət əsaslı olaraq daha çox İrəvan məsələsinə yönəldilməkdədir.
Həmin tədqiqatlar azərbaycanlıların tarixi yaddaşına çox qiymətli faktorlar əlavə edir. Xüsusilə gənc nəsil kim olduğunu, əcdadlarının tarixən hansı məkanlarda dövlət qurduqlarını indi daha aydın və konkret dərk etmək imkanına malikdir. Bunları zərgər dəqiqliyi və müdrikliklə reallaşdırmaq qabiliyyətinə malik dövlət başçısının olması böyük xoşbəxtlikdir. Əslində, bu barədə İlham Əliyev dəfələrlə fikir bildirib. Ölkə rəhbəri tarixi ədalətin bərpa olacağına böyük inamını ifadə edib. Qurultayda isə Prezident çox gözəl kontekstdə tezislərini bəyan edib. Yəni bu məqamda da real situasiyada dövlət başçısının ədalətli və yüksək diplomatik peşəkarlıqla davranmasının şahidi oluruq. Görünür, bir sıra dairələri məsələnin məhz bu tərəfi daha çox narahat edir. Çünki onlar əks-arqument kimi elə gülünc şeylərdən yapışırlar ki, ciddi olduqlarına böyük şübhələr yaranır.
Dünyaya verilən mesaj: Azərbaycanın haqlı davası
Bu bağlılıqda İlham Əliyevin dünyaya verdiyi mesajın məzmunu son dərəcə maraqlıdır. Dövlət başçısı bəyan edir ki, dünya İrəvan, Zəngəzur və Göyçənin Azərbaycanın tarixi torpaqları olduğunu bilməlidir və onu da anlamalıdır ki, həmin məsələ müstəqil Azərbaycan dövlətinin siyasi və strateji hədəflərindəndir! Buna kim etiraz edə bilər? Bir ölkə on min kilometrlərlə uzaqda olan müsəlman ölkəsində özünün "təbii maraqlarından" danışır, üstəlik, oranı bombalayır, insanları qətlə yetirir və geri çəkilməyəcəyini bəyan edir. Başqa böyük dövlətlər də buna bənzər hərəkətlər edirlər. Və özlərini tam haqlı sayırlar. Ermənistan kimi forpost dövlətlər də havadarlarının yardımı ilə həm qonşu ölkələrə müxtəlif əsassız iddialarını bildirir, həm də özgə torpaqlarını işğal edirlər. Üstəlik, onlar da, kənardan yardım edənlər də özlərini elə aparırlar ki, guya heç bir işğal faktı olmayıb. Dağlıq Qarabağda erməni quldur dəstələri əbədiyyən mövcud olublar. Lap yaxın keçmişdə – SSRİ dövründə Dağlıq Qarabağ Azərbaycan SSR-in tərkibində deyilmiş (biz hələ əvvəlki dövrləri demirik). Bəlkə də bir qədər kobud səslənir, amma buna siyasi-ideoloji həyasızlıq deyilir! Zatən, tarixən ermənilər həmin ampluada olub, indi də belə qalmaqdadırlar.
Azərbaycan isə tarixi faktlar əsasında göstərir ki, yuxarıda sadalanan ərazilər ona məxsus olub və ədaləti bərpa etməkdə qərarlıdır. Bütün dünyanın bunu belə bilməsi çox vacibdir. Bəs ermənilər və onların havadarları yaranmış bu vəziyyəti necə təqdim etməyə çalışırlar? Əsl məzhəkə bu məqamda başlayır. Onların demək olar ki, bütün yazılarında saxta yanaşma, tarixi faktları təhrif etmə, indiki siyasi reallığı yarımçıqlıqla göstərmə kimi qeyri-peşəkar münasibət vardır. Məsələni gah Dağlıq Qarabağ ilə bağlı aparılan danışıqlara müncər etməyə çalışır, gah olmayan "tarixi faktları" gətirir, gah da ənənəvi erməni yekəxanalığını yeni müstəvidə nümayiş etdirməyə cəhd göstərirlər. Həmişə olduğu kimi, ermənisayağı arqumentlər gətirirlər – "Ermənistan qədim dövlətdir", "onun geniş ərazisi olub", "İrəvanın əsasını ermənilər qoyub", "Azərbaycan təcavüzkarlıq edir" və s.
Guya Azərbaycanın sərt yanaşması sayəsində Dağlıq Qarabağ münaqişəsi indiyə kimi həll edilməyib. Azərbaycanın isə qoyduğu əsas şərt bundan ibarətdir – işğal etdiyin torpaqlardan çəkil! Ermənilər və onların əl buyruqçuları bu faktı qətiyyən dilə gətirmək istəmirlər. Çünki onlar işğal edilmiş torpaqların mövcud olduğunu ört-basdır etməyə çalışırlar. Elə danışırlar ki, guya "dqr" adlanan qondarma qurum həmişə Qarabağda olub və Azərbaycan günlərin birində oraya hücum edib ermənilərin əlindən almaq qərarına gəlib.
Bu kontekstdə Serj Sarkisyanın ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşündə Prezident İlham Əliyevin vurğulanan fikirlərini hansı aspektdə təqdim etməyə çalışması, onun nə dərəcədə qeyri-peşəkar, zəif və məntiqsiz olduğunu bir daha nümayiş etdirməkdədir. Ermənistan prezidenti deyir ki, görürsünüz, Azərbaycan tərəfi İrəvanı arzulayır, biz Dağlıq Qarabağla bağlı onlarla necə danışaq? Onu dinləyən hər bir həmsədr isə nədənsə susur və həqiqəti üzünə demir. Məsələ belədir ki, Ermənistan Dağlıq Qarabağı və ətrafdakı rayonları hərbi yolla işğal edib. Ondan həmin ərazilərdən rədd olmasını tələb edirlər. Burada qeyri-təbii nə var ki? S.Sarkisyan isə alçaqcasına bu barədə susur və sadəlövhcəsinə tələb edir ki, İlham Əliyevi yola gətirsinlər.
Ermənilərin qorxusu və göz yaşları: dəyişmirlər!
Başqa tərəfdən, Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar beynəlxalq təşkilatların konkret qətnamələri vardır. BMT-nin bununla bağlı qəbul etdiyi dörd qətnamə barədə hətta uşaqların belə məlumatı var. Sual belədir: Ermənistan sözdə hörmətlə yanaşdığını bəyanladığı BMT-nin qətnamələrinə niyə əməl etmir, bunun əvəzində Azərbaycan barədə əsassız və arqumentsiz fikirlər ifadə etməyə çalışır? Özü də bu hal illərdir ki, davam edir. Səbəbi də ondan ibarətdir ki, həmsədr ölkələr Ermənistana bu cür şərait yaradıblar. İndi də erməni tərəfi heç bir real məntiqə sığmayan ifadələrlə münaqişənin həllini dalana dirəməkdə davam edir. Ancaq həqiqəti onların və həmsədrlərin üzünə birbaşa deyənlər tapılır və bu, həmişə belə olacaqdır.
Azərbaycan Prezidentinin sözlərinə qarşı nə isə deməyə çalışanlar Ermənistanın hansı yollarla vassal dövlət kimi quraşdırıldığından bəhs etmirlər. Onlar İrəvanın necə süni bir dövlətə paytaxt edildiyinin real tarixi mexanizmlərini gizlədirlər. Nəyə görə İrəvanın 1936-cı ildə "Yerevan" olduğunu demirlər. Çünki tarixi həqiqətləri və həmin dövrdə yeridilən antitürk, antiazərbaycan siyasəti etiraf etməkdən qaçırlar. Bu kontekstdə S.Sarkisyanın söylədiyi bir fikri də xatırlamaq yerinə düşərdi.
Ermənistanın prezidenti bir erməni gəncinin Ağrı dağı ilə bağlı verdiyi suala cavabında demişdi ki, bizim nəsil Dağlıq Qarabağ məsələsini həll etdi, gənc nəsil də Ağrını almalıdır. Yəni Ermənistan dövlətinə rəhbərlik edən bu adam açıq göstəriş verir ki, qonşu dövlətlərin torpaqlarına qarşı təcavüzkar əhval-ruhiyyədə olun. Gücünüz çatan yer qədər onları zəbt edin və Ermənistana qatın. O əmindir ki, Ermənistan adlanan qondarma dövlət başqa ölkələrin torpaqlarını zəbt etməklə yaranıb və bu, belə də davam etməlidir. Hesab edir ki, Qərb və Rusiya daim arxalarında duracaq və onlara türklərin ərazisi hesabına dövlət qurmağa şərait yaradacaqlar.
Təsəvvür edin, başqa ölkələrin ərazisinə açıqca iddia ortaya qoyan bu militarist düşüncəli siyasətçilər Azərbaycanı ittiham etməyə cəsarət göstərirlər! Düşünürlər ki, havadarları həmişə olduğu kimi, indi də onları xilas edəcək. Lakin tarixi rakursda bu kimi yanaşma son dərəcə qeyri-obyektiv görünür.
Əlavə olaraq bir sıra üzdəniraq ekspertlərin İlham Əliyevin daxili auditoriya üçün bu cür fikirlər söylədiyini bildirməklə tamamilə qərəzli olduqlarını təsdiq edirlər. Sadə həqiqət bundan ibarətdir ki, birincisi, dövlət başçısı bu fikirləri çox-çox əvvəl və dəfələrlə bəyan edib. Bu, onun bir lider və dövlət başçısı kimi prinsipial mövqeyidir və bu mənada qətiyyən hər hansı seçki şüarı deyil. İlham Əliyev Azərbaycan dövlətçiliyinin tarixi ilə gələcəyi arasında məntiqi bağlılığı aydın görən və onu dəqiq addımlarla reallaşdırmaq istiqamətində çoxlu sayda proqramlar həyata keçirən praqmatik rəhbərdir. Onun hər hansı qeyri-real şüara ehtiyacı yoxdur.
İlham Əliyevin həyat mövqeyi: şüarçılığa ehtiyacı yoxdur!
İkincisi, hamı bilir ki, Azərbaycanda İlham Əliyevə alternativ ola biləcək siyasətçi yoxdur. Onunla rəqabətə heç kəs tab gətirə bilməz. Azərbaycan Prezidenti həyata keçirdiyi layihələrlə, apardığı islahatlarla əsl gücünü göstərib. Belə olan halda İlham Əliyevin vacib tarixi bir faktdan təbliğat üçün istifadə etməsinə heç bir əsas yoxdur. Həm də Prezidentin nitqinə diqqətlə nəzər salan tam aydın görür ki, İlham Əliyev həmin fikirləri kontekstdə, mətnin məntiqi davamı olaraq söyləyib və olduqca dəqiq mövqe bildirib. Bəlkə də Ermənistanda və ona havadarlıq edən ölkələrdə milli dövlətçilik məsələlərindən təbliğatda istifadə edirlər, lakin Azərbaycanın müstəqil, suveren və milli dövlət kimi gələcəyi İlham Əliyevin siyasi fəaliyyətinin mahiyyəti, əsas məqsədi və idarəetməsinin başlıca qayəsini təşkil edir. Onu keçici təbliğat faktoru kimi təqdim etmək, ən azından və yumşaq deyilsə, naşılıqdır!
Digər tərəfdən, bir sıra üzdəniraq ermənipərəst ekspertlər problemi Azərbaycanın daxili vəziyyəti ilə izah etməyə çalışırlar. Guya Azərbaycanda iqtisadi və maliyyə çətinlikləri mövcuddur. Bu, olduqca gülünc və tam əsassız iddiadır. Azərbaycan dünyanın tək-tək ölkələrindəndir ki, qlobal maliyyə böhranından üzüağ çıxa bildi. Ölkənin gəlirləri stabildir, sərmayə qoyuluşu tam həcmi ilə davam edir, islahatların sürəti azalmayıb. Təsadüfi deyil ki, mötəbər beynəlxalq təşkilatlar Azərbaycanın iqtisadi rəqabətə davamlılığını çox yüksək qiymətləndirirlər və ölkəmiz postsovet məkanında liderdir. Bütövlükdə dünya miqyasında rəqabətə davamlılıqda Azərbaycanın öndə irəlilədiyi rəsmi səviyyədə təsbit edilib. Bunun fonunda Ermənistanda hansı dəyişikliklər baş verib? Ermənistan, ümumiyyətlə, rəqabətədavamlılıq siyahısında haradadır? Onu şahnəzərovlar, atayevlər, tarasovlar və başqa erməni qulbeçələri axtarıb tapsalar, yaxşı olar. Çünki geninə-boluna Ermənistan dövlətçiliyinin ölümünə yas tutarlar!
Ən əsası, həmin dairələr belə gülünc vəziyyətdə olan Ermənistanda idarəetmə üsulunun dəyişməsinin süni əsasları barədə niyə susurlar? Prezident Sarkisyanın baş nazir Sarkisyan olması nəyi dəyişəcək? Hansı "demokratik qayda"nı təsdiq edəcək? Yaxud "qədim dövlət"in "müasirləşməsi"nin hansı aspektlərini meydana çıxaracaq? Bu suallara ermənilərin ən dərin düşünəni belə doğru cavab verə bilməz. Çünki real arqument yoxdur, yalanı haraya qədər müdafiə etmək, sabun köpüyü kimi şişirtmək olar?
Bütün bunlar Azərbaycan Prezidentinin bir tarixi həqiqəti açıq deməsinə bəzi dairələrin verdiyi süni, qeyri-real və ədalətsiz reaksiyanın əsl səbəbi üzərində düşünməyə imkan yaradır. Məsələ ondan ibarətdir ki, onlar müstəqil Azərbaycanın hansı sürətlə gücləndiyini və bu prosesin fonunda qarşısına necə möhtəşəm tarixi-geosiyasi vəzifələr qoyduğunu görürlər. Onlar bundan çox narahatdırlar. Əgər belə olmasaydı, İlham Əliyevin həmin fikirlərini belə geniş şərh etməyə çalışmazdılar.
Bir sıra dairələr hiss edirlər ki, Azərbaycanla Türkiyənin geniş geosiyasi məkanda nüfuzu getdikcə artır. İki qardaş ölkə haqqı, ədaləti, məzlumlara yardımı əsas tutaraq inamla inkişaf edirlər. Onlar sözün həqiqi mənasında dünyaya ədalət dərsi verirlər. Bu iki dövlətin başlıca gücü onların ədalətliliyindədir. Məhz buna görədir ki, Azərbaycan Prezidenti təmkinlə tarixi torpaqlardan danışır, qarşıda duran məsələlərin həll ediləcəyinə əminliyini rahat ifadə edir. Onun qarşısını ala biləcək qüvvə yoxdur!
Məsələnin başqa bir aspekti Azərbaycan Ordusunun getdikcə daha qüdrətli olması ilə əlaqəlidir. Aprel döyüşləri də göstərdi ki, Ordumuz düşmənin zəbt etdiyi torpaqlardan qovulmasına nail olacaq. Məsələ yalnız uyğun geosiyasi şərtlərə bağlıdır. Zamanı gələndə, bunu hər kəs görəcək. Yeni Azərbaycan Partiyasının VI qurultayının möhtəşəmliyi və strateji məsələləri müdriklik və təmkinlə gündəmə gətirməsi bunu bir daha sübut etdi. Bütün dünya gördü ki, Azərbaycanda hakim partiya çox güclüdür, onun kadr potensialı zəngindir və müstəqil dövlət quruculuğunda qarşıya qoyulan istənilən vəzifənin öhdəsindən gəlməkdədir.
Azərbaycan vətəndaşları öz Prezidenti ilə fəxr edirlər. Dövlət başçısının apardığı siyasəti tam dəstəkləyir və onun reallaşdırdığı strategiyaya ürəkdən bağlıdırlar. Düşmənlərin narahatçılığını anlamaq olar, çünki onlarda belə yüksək səviyyəli, uzaqgörən lider yoxdur. Lakin tarixin öz hökmü var. Ədalət həmişə qalib gəlib. Azərbaycan haqlı olaraq tarixi vəzifələrini yerinə yetirməlidir. Buna görə də Azərbaycan xalqı İlham Əliyevlə yeni zirvələri fəth etməkdə qərarlıdır!
Newtimes.az
Strategiya.az
Bakıda yeni dələduz peyda oldu: bu qadın görün nələr edib – VİDEO
TƏHLÜKƏ: Şagirdlər qapısı açıq avtobusdan sallanaraq gedir - VİDEO
Cahangir Hacıyevin arvadınadan 21 milyon dollarlıq xəbər - VİDEO
Bakıda DƏHŞƏT: Sahibsiz itlər azyaşlılara hücum çəkdi - VİDEO
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM