Sevinc Babayevanın oğlu Ayxan Məmmədovun oğurluq hekayəsi

09:20 / 28.06.2014

Əməkdaşımız hadisə yeri olan “Favorit” marketdə oldu, Sevinc Babayevanın oğlunun oğurluğunu araşdırdı; “Boş bir kassaya yaxınlaşıb, aldıqlarını torbaya yığıb, sonra çıxıb siqaret çəkib...”

İyunun 25-dən etibarən gündəmin əsas mövzularından biri də heç şübhəsiz ki, mərhum Sevinc Babayevanın oğlu Ayxan Məmmədovun həbsidir. “Favorit” marketin 4-cü mikrorayondakı (Binəqədi rayonu, Mir Cəlal küçəsi 59 k, “Tərlan” şadlıq sarayının yaxınlığında) filialından ətir oğurladığı üçün həbs edildiyi iddia olunan A.Məmmədov 3,5 il müddətinə azadlıqdan məhrum edilib. Mediada dolaşan versiyalardan biri bu həbsin siyasi sifariş olması, “ətir oğurluğu” faktından isə bu işdə sadəcə bəhanə kimi istifadə edilməsidir. Bu versiyanın detalları ilə bağlı “Yeni Müsavat”ın ötən sayında, habelə budəfəki sayında ABU-nun sabiq rektoru Elşad Abdullayevin müsahibəsində tanış olmaq mümkündür.


“Yeni Müsavat”ın müxbiri isə baş vermiş oğurluq hadisəsinin təfərrüatlarını öyrənmək üçün sözügedən marketdə olub. Marketin filial rəhbəri (təəssüf ki, özünü təqdim etməyə və adının mediada hallandırılmasına etiraz etdi -S.T.) əməkdaşımızla söhbətində bildirdi ki, adlarının bu məsələdə “sifarişi icra edənlər” kimi hallandırılmasından narazıdılar. Təmsilçinin sözlərinə görə, burada söhbət xırda, kiçik ətir oğurluğundan getmir. Belə ki, A.Məmmədovun oğurluğu böyük miqdarda olub: “O adam marketdən külli miqdarda alver edib. Şirniyyatdan tutmuş kolbasaya, ətə, içkiyə qədər hər şey alıb. Ətir də olub aldıqlarının arasında. Hamısının tam məbləğini bilmirəm, amma polis bunu hesablayıb. Sonra isə yaxınlaşıb boş kassaya. 


Günün müəyyən saatında kassalardan biri boş olur, əməkdaşlar növbə ilə yeməyə gedirlər. Həmin boş kassaya yaxınlaşıb, özü yavaş-yavaş aldıqlarını oradakı torbalara yerləşdirib. Torbaları qoyub yerə, gedib bayırda siqaret çəkməyə. İz itirmək üçün belə edib. Sonra isə qayıdıb torbaları götürüb. Bu məqam təhlükəsizlik kamerasına nəzarət edən əməkdaşları onun hərəkətlərindən şübhələndirib və onlar Ayxanı mağazanın qapısında yaxaladılar”. 

Market təmsilçisi bildirdi ki, A.Məmmədov yaxalanan kimi “siz bilirsiz mən kiməm”, tipli etirazlar edib. Bundan sonra market rəhbərliyi sahə müvəkkilinə baş vermiş hadisə ilə bağlı məlumat verib. Oğurluğun araşdırılması daha sonra məhkəmə instansiyasında davam edib. Mart ayında baş vermiş oğurluq hadisəsinin məhkəmə istintaqı da bir müddət çəkib. 
 
Təəssüf ki, “Yeni Müsavat” mağazanın gizli kamera görüntülərini əldə edə bilmədi. Marketdən bununla bağlı rəhbərliyin icazəsi lazım gəldiyini bildirdilər. 
 
 
Xatırladaq ki, Cinayət Məcəlləsinin 177.2.2-ci (təkrar oğurluq) maddəsi ilə ittiham olunan Ayxan Babayevin barəsində ibtidai istintaq və məhkəmə dövründə həbslə bağlı olmayan qətimkan tədbiri seçilib və o, bu müddətdə azadlıqda olub. Onun barəsindəki cinayət işi üzrə məhkəmə prosesi 25 iyunda yekunlaşıb. Məhkəmənin qərarı ilə A.Məmmədov  zaldaca həbs edilib və 1 saylı istintaq təcridxanasına aparılıb. 

Qanunvericilik bu hadisə ilə bağlı nə deyir? 
 
Cinayət Məcəlləsinin 177.2.2. (təkrar oğurluq) maddəsinə görə, üç min manatdan beş min manatadək miqdarda cərimə və ya əmlakı müsadirə olunmaqla və ya olunmamaqla üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulur. 
Halbuki 177.1-ci maddə (oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama) yüz manatdan yeddi yüz manatadək miqdarda cərimə və ya yüz səksən saatdan iki yüz qırx saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzasını nəzərdə tutur.

Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM