Məzun günü!
Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının (AƏSMA) akt zalı yenidən bayramsayagı bəzənmişdi. 2014- cü ilin məzunlarını yola salmaq üçün Akademiyanın müəllim və tələbə heyəti, tələbə-məzunlar və valideynlər bir araya gəlmişdi. Təntənəli bayram tədbirini Akademiyanın rektoru, professor Hüseyn Qaraşov açaraq, son illərdə Azərbaycanda təhsil sahəsində aparılan islahatlardan danışdı və bu istiqamətdə AƏSMA-da həyata keçirilən ugurlu tədbirlərin mənzərəsini içtirakcılara çatdırdı.
O, məzunlara AHİK-in sədri, millət vəkili, Rusiya Federasiyası Sosial Elmlər Akademiyasının akademiki, professor Səttar Mehbalıyevin təbrikini çatdırdı. Daha sonra dedi: “Əziz məzunlar! Xatırlayırsınızsa, 2010-cu ildə sizinlə ilk görüşümüzdə mən bildirdim ki, Səttar müəllimin bizim pedaqoji kollektivdən başlıca tələbi tələbələrin biliyinin qiymətləndirilməsində obyektivliyin və şəffaflığın təmin edilməsidir.
Əziz məzunlar! Siz Akademiyaya qəbul olarkən 143 nəfər idiniz. Ancaq bu gun 119 nəfər məzun olur. Çox təəssüf ki, sizinlə burada olmayan yoldaşlarınızdan 24 tələbə Akademiyanı bitirə bilməyib. Yəqin ki bu gənclərimizin valideynləri Akademiyamızın kollektivindən narazı qalmazlar və övladlarının daha yaxşı təhsil almaları üçün bizim göstərdiyimiz səyi xoş qarşılayarlar.
Əziz məzunlar və valideynlər! Sizin də bildiyiniz kimi, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev respublikaya rəhbərlik etdiyi dövrdə gənclərin tərbiyə və təhsilinə həmişə xüsusi diqqət və qayğı ilə yanaşmış, bu sahədəki zərərli vərdişlərə qarşı mübarizə aparmışdır. Respublikamızda gənclər siyasətinin tam hüquqi bazasını yaratmış və çox böyük işlər görmüşdür. Bu işlər bu gün də respublikamızın möhtərəm prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Bu diqqət və qayğıdan bəhrələnən Azərbaycan gəncləri dunyada bütün sahələr üzrə respublikamızı layiqincə təmsil edirlər.
Əziz məzunlar! Mən inanıram ki, Akademiyanı bitirdikdən sonra da, gələcək həyatınızda həmişə xoş sədalarınızı eşidəcəyik. Bunun üçün birinci növbədə vaxtdan, zamandan səmərəli istifadə etməlisiniz. Elə edin ki, vaxtınız hədər getməsin, davamlı və planlı çalışın və məqsədinizə doğru inamla irəliləyin.
Ən böyük arzumuz odur ki, harada olursunuzsa olun, akademiyada gördüyünüz ən ali insani həyat prinsipləri olan hallalıq prinsipinə sadiq olun”.
Daha sonra məzun valideynlərinin adından “İqtisadiyyat və inzibati idarəetmə” fakültəsində təhsil alan Əlizadə Kəmalənin valideyni Əlizadə Zemfiraya söz verildi. O, öz çıxışında qeyd etdi ki, “Mən qürur hissi keçirirəm ki, qızım obyektivlik hökm sürən belə bir ali məktəbdə təhsil alır. Bu akademiya doğrudan da rektor Hüseyn müəllimin simasında Azərbaycanımız üçün layiqli gənclər yetiştirən təhsil müəssisəsidir. Akademiyanın bütün pedaqoji kollektivinə çox sağ olun deyirəm və qarşınızda baş əyirəm. Burada fəaliyyət göstərəm professor-müəllim heyəti, savadlı olmaqla yanaşı, həm də insani dəyərlər baxımından müsbət mənada fərqlənirlər. Gənclərin formalaşma mərhələsində Akademiya kollektivinin valideynlərlə sıx əməkdaşlıq yaratmasına da şahid olmuşduq. Bir valideyin olaraq, bir daha hamınıza çox ağolun deyirəm”.
Tədbirdə daha bir neçə valideyinin çıxışı dinlənildikdən sonra, çıxış üçün söz, Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının keçmiş məzunlarından olan Cəbiyev Nicata verildi. O, məzunu olduğu Akademiynın professor-müəllim heyəti qarşısında çıxış edərək bildirdi ki, “Bu tədbirdə iştirakımdan şərəf duyuram və doğma müəllimlərimi salamlayıram. Əziz məzunlar! Bu gün Azərbaycanın ən şəffaf təhsil müəssisələrindən birini bitirməyiniz münasibətilə sizi təbrik edirəm. Mən düşünürəm ki, Akademiya rəhbərliyi indiyəcən məzun olmuş gənclərin işlədikləri müəssisələrdən hər zaman xoş xəbərlər eşidib. Arzu edirəm ki, builki məzunlarımız da bu ənənəni davam etdirsinlər, ölkəmizə və valideyinlərinə faydalı övladlar olsunlar.
Çıxışlardan sonra tədbir maraqlı konsert proqramı ilə davam edib. Şən musiqi sədaları altında məzun uniforması geyinərək səhnəni bölüşən bu ilin məzunları da maraqlı cıxışlar etdilər, xatirələrini danışdılar, ürək sözlərini çatdırdılar. Daha sonra Azərbaycanın tanınmış müğənnilərindən Zaur Əmiraslanov, Eldəniz, Coşqun Viləş, Zarina, Dana, Ramilə, Meyxanaçı Samirə, Aşıq Natiq, və “Dostlar” qrupu öz məlahətli səsi ilə qəlbləri oxşadı.
Beləliklə, ali təhsil ocağında son dəqiqələrini yaşayan AƏSMA-nın tələbələri “Məzun” gününü təntənəli şəkildə qeyd etdi. Bəziləri kədərlənir, bəziləri isə öz sevincini yoldaşları ilə bölüşür və bu xoşbəxt günlərini qeyd edirdi. Onlar qayğısız illəri arxada qoyub yeni həyata qədəm qoyurdular.
Ən sonunda, təntənəli mərasim münasibətilə Akademiyanın tədris korpusunun qarşısındakı ərazidə ənənəvi papaq atma mərasimi keçirildi və burada da gözəl musiqi sədaları altında rəqs edən gənclər istədikləri kimi əylənib, həyatlarının ən xoş günlərini kədər və sevinc hissi ilə qeyd etdilər.
Azərbaycan Əmək və Sosial
Münasibətlər Akademiyasının
müəllimi Xaqani Hüseyn oğlu Məmmədov
Strategiya.az
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM