Pakistanlı general: Müxtəlif döyüşlərin şahidi olmuşam, amma Xocalıda törədilmiş vəhşiliklərin oxşarını görməmişəm

20:41 / 21.02.2018

Azərbaycanın Pakistandakı səfirliyi və Pakistan Xarici İşlər Nazirliyinin İslmabad Strateji Tədqiqatlar İnstitutu tərəfindən təşkil olunmuş, “Xocalı Soyqırımının” 26-cı ildönümünə və “31 Mart - Azərbaycanlıların Soyqırımı Günü”nün 100-cü ildönümünə həsr olunmuş “İnsanlığa qarşı cinayətlər-Etnik Təmizləmə və Soyqırımları” mövzusunda seminar İslamabad şəhərində keçirilib.

Səfirlikdən  verilən məlumata görə, Pakistan Baş Nazirinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri, ehtiyyatda olan general-leytenat Nasir Xan Cancuanın ali qonaq qismində iştirak etdiyi tədbirə İslamabad Strateji Tədqiqatlar İnstitutunun direktoru, səfir Xalid Mahmud, Kayde Əzəm Universitetinin beynəlxalq əlaqələr fakültəsinin professoru Zafar Caspal, Türkiyə, Özbəkistan və Tacikistanın Pakistandakı səfirləri, yüksək rütbəli diplomatlar, media mənsubları, tədqiqatçılar və ictimaiyyətin nümayəndələri qatılıblar. Seminarda Soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükütla yad edilib, Xocalı Soyqırımına dair sənədli film nümayiş etdirilmiş, seminarın keçirildiyi zalın foyesində qətliamın nəticələrini əks etdirən foto-stend, eləcə də Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə, Azərbaycan həqiqətlərinə dair müxtəlif məzmunlu kitablar, bukletlər və digər əyani materiallar sərgilənib, iştirakçılar arasında yayılıb və paylanıb.

Seminarı giriş sözü ilə açan İnstitutun direktoru Xalid Mahmud “Böyük Ermənistan” xəyalları ilə yaşayan erməni ekstremistlərinin tarixən Azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti yeritdiyini, 1918-ci ilin mart ayında Azərbaycanlılara qarşı kütləvi qırğınlar törətdiyini, özünün Azərbaycana səfəri zamanı Quba məzarlığında bu qəddarlığın şahidi olduğunu qeyd edib, Ermənistan tərəfindən törədilən, tarixin ən dəhşətli hadisələrindən olan Xocalı Soyqırımının artıq dünya tərəfindən qəbul edilərək tanındığını vurğulanıb.

Kayde Əzəm Universitetinin beynəlxalq əlaqələr fakültəsinin professoru Zafar Caspal bəşəriyyət əleyhinə cinayətlərə siyasi mülahizələr səbəbindən zamanında ədalətli qiymət verilmədiyini, ikili standardlar üzündən dünyanın aparıcı dövlətlərinin Ermənistan tərəfindən törədilən soyqırımların, o cümlədən Xocalı Soyqırımına ədalətli münasibət göstərilmədiyini diqqətə çatdırıb, Xocalıya ədalətin bərqərar edilməsinə çağırıb.

 

Türkiyənin Pakistandakı səfiri İhsan Mustafa Yurdakul Azərbaycan türklərinə qarşı Ermənistanın törətdiyi Xocalı Soyqırımının Türkiyə xalqının zehnində və ürəyində olduğunu, Azərbaycanın ağrı-acısının Türkiyənin ağrı-acısı olduğunu vurğulayaraq, Azərbaycanın suverenliyi və ərazi bütövlüyünün bərpa edilməsinin zəruriliyini, bununla bağlı BMT Təhlükəsizlik Şurası qətnamələrinin icrasının vacibliyini ifadə edib. Dünya güclərinin türk və müsəlmanlara qarşı ayrıseçkiliyə yol verdiyini bildirən səfir Ermənistanın 1915-ci il hadisələrinə dair iddialarının əsassız olduğunu, Ermənistanın türklərə qarşı etnik təmizləmə siyasətindən əl çəkərək, sülhə gəlməli olduğunu deyib.

Son 100 il ərzində böyük Ermənistan dövlətinin yaradılması xülyaları ilə ermənilər tərəfindən azərbaycanlılara və ümumilikdə türklərə qarşı törədilmiş terrorçuluq və etnik təmizləmə siyasəti barədə məlumat verən Azərbaycanın Pakistandakı səfiri Əli Əlizadə ermənilərin 1905-1907 və 1918-20-ci illərdə azərbaycanlılara qarşı aşkar şəkildə genişmiqyaslı cinayətlər törətdiyini, yalnız Azərbaycanda deyil, Türkiyə, İran və bir sıra digər ölkələrdə qətliamlar həyata keçirdiyini vurğulayıb. 2010-2016-cı illərdə İranda baş konsul işlədiyi vaxtlarda ermənilərin törətdiyi qırğınların hələ də Təbriz, Urmiya, Xoy və Səlmas əhalisinin yaddaşında qalmasının bilavasitə şahidi olduğunu ifadə edən səfir ermənilərin sistemli şəkildə Azərbaycanlılara qarşı soyqırım siyasətini reallaşdırmağa çalışdığını, 1992-ci ildə Xocalıda azərbaycanlılara qarşı soyqırımı törətdiyini, Xocalını yerlə yeksan etdiyini və qədim Azərbaycan tarixini əks etdirən abidələri, muzeyləri və məscidləri tamamilə dağıtdığını qeyd edib. Ümummilli lider Heydər Əliyevin “Xocalı Soyqırımı erməni şovinistləri və millətçiləri tərəfindən son 200 ildə Azərbaycanlılara qarşı davamlı aparılan soyqırım və etnik təmizləmə siyasətinin davamı və ən qanlı səhifəsidir”-sözlərindən sitat gətirən səfir Xocalı Soyqırımını tanıyan ölkələrin sayının ilbəil artdığını bildirərək, 2012-ci ildə Pakistan Senatının xarici əlaqələr komitəsi və 2017-ci ildə Pakistan Milli Assambleyasının xarici işlər komitəsinin Xocalı Soyqırımının tanınmasına və Ermənistanın Azərbaycan torpaqlarının işğalını sərt şəkildə qınamasına görə Pakistan xalqına və dövlərinə minnətdarlığını çatdırıb. Səfir beynəlxalq hüquqa uyğun olaraq və BMT-nin qətnamələrinə əsaslanaraq, beynəlxalq ictimaiyyəti təcavüzkarın qarşısının alınmasına və soyqırımı törədənlərə qarşı praktiki addımlar atılmasına çağırıb.

Xüsusi qəddarlıqla törədilən Xocalı Soyqırımının tarixin ən ağrılı olaylarından olduğunu və Pakistanın hər zaman Azərbaycanın dərdinə şərik çıxdığını bildirən tədbirin ali qonağı, Pakistan Baş Nazirinin milli təhlükəsizlik üzrə müşaviri, ehtiyyatda olan general-leytenant Nasir Xan Cancua 1991-ci ildə müstəqilliyini qazandıqdan sonra Azərbaycanla Pakistan arasında çox səmimi dostluq və qardaşlıq münasibətlərinin yarandığını və bütün sahələr üzrə inkişaf etdiyini diqqətə çatdırıb. Hərbçi general kimi müxtəlif döyüşlərin şahidi olduğunu, amma Xocalıda silahsız, kimsəsiz insanlara qarşı edilmiş vəhşiliklərin misli görünmədiyini deyən Baş nazirin müşaviri Pakistanın Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsində daim Azərbaycanı dəstəklədiyini, 2012-ci ildə Pakistan Senatının, 2017-ci ildə isə Pakistan Milli Assambleyasının xarici işlər komitəsinin Xocalı Soyqırımını tanıyan və Ermənistan qoşunlarının bütün Azərbaycan torpaqlarını tərk etməsini tələb edən müvafiq qətnamələr qəbul etdiklərini bildirib. Ötən dövr ərzində xüsusi tərəqiyyə və inkişafa nail olmuş Azərbaycanın hüzuru ilə yanaşı acısının da Pakistanın acısı olduğunu, Kəşmir məsələsinin həllində Pakistana verdiyi dəstəyə və Kəşmir üzrə İƏT Təmas qrupunun üzvü kimi verdiyi töhfələrə görə Azərbaycana təşəkkürlərini ifadə edən Baş nazirin müşaviri Azərbaycan-Pakistan əlaqələrinin bütün sahələr üzrə daha da inkişaf edəcəyinə əmin olduğunu bəyan edib.

Seminar iştirakçılar tərəfindən maraqla qarşılanıb və iştirakçılar üçün təşkil olunan çay süfrəsi ilə yekunlaşıb. Seminar həmçinin, Pakistanın aparıcı televiziyaları və qəzetləri tərəfindən geniş işıqlandırılmış, Azərbaycanın Pakistandakı səfiri Əli Əlizadənin müsahibələri televiziyalarda yayımlanıb.//Trend


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM