Norveç idmançıları “Pxençan-2018”in 13-cü günündə iki qızıl medal qazanıblar

21:07 / 21.02.2018

“Pxençan-2018” Qış Olimpiya Oyunlarının on üçüncü günündə - fevralın 21-də səkkiz dəst medal sahibini tapıb. Norveç millisi iki qızıl medal qazanaraq liderliyini möhkəmləndirib. ABŞ isə Fransanı bir pillə geridə qoyaraq beşinci sıraya yüksəlib.

Qadınlar arasında dağ xizəkçiliyinin sürətli eniş yarışlarında İtaliya təmsilçisi Sofia Qoqqia 1 dəqiqə 39 saniyə nəticə ilə Olimpiya çempionu olub. Norveçli Raqnhild Movinckel gümüş, ABŞ idmançısı Lindzey Vonn bürünc medal qazanıblar.

Qadınlar arasında bobsley üzrə fərdi yarışlarda Almaniya təmsilçiləri qızıl medala sahib olublar. ABŞ ikinci, Kanada üçüncü yeri tutub.

Sərbəst xizəkçilik yarışlarında atletlər iki dəst medal uğrunda mübarizə aparıblar. Kişilər və qadınlar sərbəst sprint üzrə komanda yarışlarında güclərini sınayıblar. Qadınların yarışında ABŞ xizəkçiləri 15 dəqiqə 56,47 saniyə nəticə ilə çempion olublar. Bu qələbə ABŞ-ı medal sıralamasında beşinci pilləyə yüksəldib. Amerikalılardan 0,19 saniyə gec qalan isveçlilər gümüş, Norveç xizəkçiləri isə (15 dəqiqə 59,44 saniyə) bürünc medallara layiq görülüblər. Kişilərin mübarizəsində isə Norveç təmsilçiləri qızıl medal sevincini yaşayıblar. Rusiya ikinci, Fransa üçüncü yerdə qərarlaşıb.

Kişilər arasında fristayl yarışlarının kross növündə kanadalı Bredi Leman fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. İsveçrə təmsilçisi Mark Bişofberhger yarışı ikinci, Olimpiya bayrağı altında çıxış edən Rusiya atleti Sergey Rıdzık isə üçüncü pillədə başa vurublar.

Qadın hokkey komandaları arasında üçüncü yer uğrunda görüşdə Finlandiya və Rusiya yığmaları üz-üzə gəliblər. Qarşılaşmada 3:2 hesabı ilə qalib gələn Skandinaviya təmsilçisi bürünc medala sahib olub. Kişi hokkeyçilərin mübarizəsində isə dörddəbir final mərhələsinin görüşləri keçirilib. İlk görüşdə Çexiya yığması ABŞ komandasını 3:2 hesabı ilə məğlub edib. Olimpiya bayrağı altında çıxış edən Rusiya Norveç millisi darmadağın edib – 6:1. Kanada millisi Finlandiyanı (1:0), Almaniya isə İsveçi (4:3) məğlubiyyətə uğradıb. Beləliklə, Çexiya, Rusiya, Kanada və Almaniya yarımfinala vəsiqə qazanıblar.

Sürətli konkisürmə üzrə komanda təqibetmə yarışlarında iki dəst medal sahibini tapıb. Kişilərin yarışında Norveç millisi çempion adını qazanıb. Koreya Respublikası gümüş, Niderland yığması isə bürünc medallara sahib olublar. Qadınların mübarizəsində isə Yaponiya yığması qalib gələrək Olimpiadada üçüncü qızıl medalını rəsmiləşdirib. Niderland ikinci, ABŞ isə üçüncü olub.

Beləliklə, “Ağ Olimpiada”da on üçüncü gününün yekunlarına görə, Norveç millisi “Pxençan-2018” Qış Olimpiya Oyunlarının medal sıralamasında liderliyini davam etdirir. Bu ölkənin hesabında 13 qızıl, 11 gümüş və 9 bürünc medal var. Almaniya (12-7-5) ikinci, Kanada (9-5-7) üçüncü, Niderland (6-6-4) dördüncü, ABŞ (6-4-6) isə beşinci pillədə qərarlaşıb. Ümumilikdə 27 ölkədən idmançılar medalçılar arasında yer alıblar.


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM