1. Oturaq həyat tərzi.
Bəziləri elə hesab edirlər ki, onlar idman məşqləri etdikdə enerjiləri tükənir, gücləri zəifləyir. Corciya Universitetinin alimləri oturaq həyat tərzi keçirənlərin hərəkətdə olan adamlara nisbətən daha çox özlərini yorğun hiss etdiklərini sübut etmişlər.
Strategiya.az immunitet.az-a istinadən bildirir ki, onlar 6 iş günü oturaq işlə məşğul olan adamın ən azı həftədə 1 dəfə 20 dəqiqə idmanla məşğul olmağını tövsiyə edirlər.
İdmanla məşğul olmaq əzələlərin gücünü və dözümlülüyünü artırır, ürəyin işini stimulyasiya edir, toxumalara oksigenin daşınmasına yardım edir.
2. Az maye qəbulu.
Texas Universitetinin dietoloqu Emi Qudson kifayət qədər maye qəbul edilmədikdə orqanizmdə yorğunluq hissinin əmələ gəldiyini söyləyir. Onun dediklərinə görə az miqdarda su içən adamların qanı laxtalanmaya meyilli olur. Laxtalanma qabiliyyəti çox olan adamlar özlərini daima yorğun hiss edirlər.
3. Dəmir çatışmazlığı.
Orqanizmdə yetərincə dəmir olmadıqda insanda halsızlıq, zəiflik, yorğunluq hissi olur. Dəmir çatışmazlığı olan xəstələrin orqan və toxumaları yetərincə oksigenlə qidalanmır. Həkimə müraciət etməklə dəmir çatışmazlığını aradan qaldırmaq olur.
4. Xəyalpərəstlik.
Daima mümkün olmayan işlərə girişmək, həmin işdən ötrü vaxtını, zamanını sərf eləmək insanı yorur. Həyata keçməsi mümkün olmayan işlərə itirilən vaxtı siz daha faydalı və asan proyektlərə həsr edib yorulmaya bilərsiniz.
5. Milçəkdən fil düzəltmək.
Əgər sizin iş yerinizdə rəisiniz sizə qəfil bir tapşırıq verirsə və siz həyəcanlanmağa başlayırsınızsa, bu mənfi bi psixoloji hal sayılır. Bu zaman siz tez əl-ayağa düşürsünüz, tapşırığı yerinə yetirməyəcəyiniz və işdən qovulacağınız haqqında düşünürsünüzsə, işləriniz daha da pisləşəcək. Bu cür düşüncə tərzi sizin əsəblərinizi korlayacaq və sizdə daima yorğunluq hissi olacaq. Təmiz havada çox vaxt keçirsəniz, reallıqlarla üzləşsəniz vəziyyətiniz yüngülləşər.
6. Səhərlər yeməmək.
Səhər yeməyi insan orqanizmi üçün əsas sayılır. Səhərlər normal qida qəbul etməyən şəxslərdə də gün boyu yorğunluq hissi olur.
7 .Ayaqüstü və zərərli qidalar.
Emi Qudson daima şirniyyat və ayaqüstü qidalanan insanlarda keyfiyyətsiz qidalanmaya görə yorğunluq hissinin olduğunu söyləyir.
8. "Yox" deməyi bacarmamaq.
İnsanlar bəzən öz işlərindən savayı başqalarına da kömək edir. Bu əlavə enerji və vaxt itkisinə səbəb olur. Gün ərzində öz üzərinizə düşən işi yerinə yetirmirsinizsə, başqasına kömək edincə yorulmamaq üçün istirahət edin.
9. İş yeriniz səliqəsiz olanda.
Əgər gün boyu işlədiyiniz otaqda səliqəsizlik hökm sürürsə, bu istər -istəməz sizin beyninizə mənfi təsir göstərəcək və özünüzü yorğun hiss edəcəksiniz.
10. Ezamiyyət vaxtında işləmək.
Fasiləsiz iş rejimi, istirahətə vaxt ayırmamaq, hətta ezamiyyət vaxtında da işləmək sizi yorğun hala sala bilər.
11. Yatmazdan əvvəl şərab içmək.
Bəziləri yatmazdan əvvəl şərab içməyin yuxunu dərinləşdirəcəyini düşünürlər. Halbu ki, yatmazdan əvvəl spirtli içki içmək sinir sisteminə qıcıqlandırıcı təsir edir və səhəri gün yorğunluq verir.
12. Yatmazdan əvvəl elektron poçta baxmaq.
Yorğunluğunuzun səbəbi yatmazdan əvvəl smartfon telefona və yaxud kompyuterə baxmaq ola bilər. Çünki bu zaman sizə gələn məktublara baxmaq və cavablandırmaq lazım gələ bilər. Bu isə gec yatmağınıza səbəb olar. İnsan kifatət qədər yatmadıqda, beyin dincəlmir və ertəsi gün adam özünü yorğun hiss edir.
13. Çox kofein qəbul etmək.
Gün ərzində həddindən çox kofe içmək insanın beynində oyanıqlıq yaradır və yuxunu pozur. Yuxu pozğunluğu insanda xroniki yorğunluq hissi yaradır.
14. Bütün günü yatmaq.
Bəzi insanlar işə getmədikləri gün yataqlarından qalxmırlar. Bütün günü yatmaq insanı dərin yuxu fazasına salır və həmin adam ayağa durub gəzdikdə özünü yorğun hiss edir.
Strategiya.az
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM