Prezident İlham Əliyev: "Azərbaycanın tarixində, həyatımızın bütün mərhələlərində ölkəmiz heç vaxt bu qədər inkişaf etməyib"

09:00 / 29.06.2014


Dövlətimizin başçısı ziyafətdə iştirak edən qonaqlarla görüşdü, onlarla söhbət etdi.

Sonra Prezident İlham Əliyev mərasimdə çıxış edərək dedi:

- Hörmətli qonaqlar.

Mən sizi salamlamaq istərdim və ölkəmizə bir daha “Xoş gəlmisiniz!” deyirəm. Sizi Azərbaycanda qəbul etməkdən həqiqətən böyük şərəf və iftixar hissi duyuruq. Əminəm ki, ölkəmizə səfərinizi uzun illər xatırlayacaqsınız. Bu gün və sabah, eləcə də gələn bir neçə gün ərzində biz beynəlxalq münasibətlərə aid mühüm məsələləri, münaqişələri və ümumiyyətlə, beynəlxalq siyasətə aid məqamları müzakirə edəcəyik.

İndi isə mən digər mövzu, mədəniyyətimiz, irsimiz və adət-ənənələrimiz haqqında bir neçə söz söyləmək istəyirəm. Ümidvaram ki, Azərbaycanın mədəniyyəti, ənənələri, xalqımızın yaşayış tərzi ilə tanış olmaq, tarixi abidələrimizi ziyarət etmək üçün vaxtınız olacaqdır. Fərəh hissi ilə qeyd edirik ki, Qız qalası, Şirvanşahlar Sarayı və İçərişəhər kimi Bakının rəmzləri UNESCO tərəfindən qorunur və Dünya Mədəni İrsinin hissəsi hesab edilir. Bununla belə, müasir Azərbaycanın da abidələri vardır. Azərbaycanın müasir rəmzləri də mövcuddur. Məsələn, dövlətçiliyimizi təcəssüm etdirən Dövlət Bayrağı Meydanı vardır. O, bir neçə il əvvəl yaradılıb. Ondan öncə orada hərbi donanmanın bazası yerləşirdi.

Müasirliyin rəmzi olan “Alov qüllələri” paytaxtımızın mərkəzində yerləşir. Alov həyat mənbəyidir, Azərbaycan isə Odlar Yurdu hesab edilir. Bakının rəmzi də üç alovdan ibarətdir. Bunu siz orta əsr nümunələrində də görə bilərsiniz.

Müasir memarlıq nümunəsi olan Heydər Əliyev Mərkəzinin yerində yüz ildən artıq fəaliyyət göstərmiş zavod yerləşirdi. Buradakı ətraf mühit də çirklənmişdi və tam məhv olmaq üzrə idi. Bəzi insanlar hesab edirlər ki, bu binanın memarlıq üslubu Bakının küləyini əks etdirir, çünki Bakı çox küləkli şəhərdir. Bəziləri bu binanı Xəzərin dalğalarına bənzədir. Digərlərinin başqa təəssüratları vardır. Lakin mən hesab edirəm ki, Mərkəz ölkəmizin müasirləşdirilməsini təcəssüm etdirir. Bu isə inkişafımızın əsas məqsədləridir: müasirləşmək, yaratmaq, inkişaf etmiş ölkə olmaq və müstəqilliyimizi gücləndirmək.

Müstəqillik xalqımız üçün ən böyük dəyərdir. Azərbaycanın tarixində, həyatımızın bütün mərhələlərində ölkəmiz heç vaxt bu qədər inkişaf etməyib.

Mən sizə böyük uğurlar arzulayıram. Ümidvaram ki, səfərinizdən məmnun qalacaqsınız. Ümid edirəm ki, yenidən ölkəmizə səfər edəcəksiniz. Fürsətdən istifadə edərək mən sizin hamınızı gələn ilin yayında ilk Avropa Oyunlarını keçirdiyimiz zaman ölkəmizə dəvət etmək və qonaqlarımız arasında görmək istəyirəm. Sağ olun.

X X X

Mərasimdə Azərbaycan incəsənət ustaları konsert proqramı ilə çıxış etdilər.

Daha sonra ATƏT Parlament Assambleyasının sədri Ranko Krivokapiç çıxış edərək dedi:

- Cənab Prezident Əliyev.

Hörmətli Narışkin, hörmətli Əsədov.

Mənim üçün ziyafət artıq başa çatdıqdan sonra danışmaq daha asandır. Çünki Siz çıxışınızı ziyafətdən öncə etdiniz, hamı isə naharı gözləyirdi.

Mən cənab Prezident Əliyevə təşəkkürümü bildirirəm. Tariximizdə ilk dəfə idi ki, cənab Prezident bütün günü bizimlə oldu. Bu, məni heç də təəccübləndirmir. O, özü parlament üzvü olub, üç il Avropa Şurası Parlament Assambleyasında fəaliyyət göstərib. Parlamentarilər bir-birilərini çox asan başa düşür və zəruri məsələləri müzakirə edirlər. Bu, bizim ilk günümüz oldu. Adətən birinci gün ikinci və üçüncü günlərlə müqayisədə daha ağır olur. Biz öz aramızda söhbət apardıq, daha yaxşı anlaşma qurduq.

Biz vahid bir ailəyə - ATƏT-in Parlament Assambleyası ailəsinə çevrilmişik. Mənim üçün ildə üç dəfə bu çərçivədə toplaşmaq şərəfdir. Biz bu gün bir yerdəyik. Öz bəyanatlarımızı, vacib hesab etdiyimiz məsələləri, məlumatlarımızı nəzərdən keçiririk. Digərləri ilə fikir mübadiləsi aparırıq və bu yolla bir-birimizi daha da zənginləşdiririk. Yeni fikirlərlə daha da zənginləşirik. Tam əminəm ki, biz bununla dostluğumuzu daha da gücləndiririk. Nəhayət, bizim bütün məsələlərə diqqət və qayğı ilə yanaşmağımız çox vacibdir. Yəni, biz sırf praqmatik qərarları qəbul edən şəxslər deyilik, biz canlı insanlarıq. Bizim öz hisslərimiz, inamımız var, çalışırıq öz ölkələrimizə mümkün qədər xidmət edək. Hər zaman ölkələrimiz üçün müsbət məqamlara inanırıq. Bu cür xoş məram gec-tez hamımız üçün yaxşı nəticələr verir.

Böyük fərəh hissi ilə qeyd edirəm ki, ATƏT Parlament Assambleyası daha da güclənir, daha çevik olur, daha böyük imkanları yaranır, birliyimiz də güclənir. Birgə çalışmağımız xüsusi əhəmiyyət kəsb edir. Biz ümumi dəyərlərə malikik.

Mən Azərbaycan Respublikasına xüsusi minnətdarlığımı bildirmək istəyirəm ki, Siz bizə qeyri-adi qonaqpərvərliyinizi nümayiş etdirdiniz. Mən bu sözləri xoşa gəlmək üçün söyləmirəm. Bu, həqiqətdir. Azərbaycan Prezidenti ilə bütün günü bir yerdə olmaq bizim hamımız üçün xüsusi bir gün oldu. Gərgin əməyinizə, ümumi məqsədlərimizə sadiq olduğunuza görə bir daha təşəkkürümü bildirmək istəyirəm. Çox sağ olun.
 

Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM