Yezid Zidan...

11:37 / 29.06.2014

Əlcəzairlilər düşmən ölkəyə gedənlərə yaxşı baxmırdılar. Paris romantikası Zidan ailəsinin gözünə də görünmürdü; iş tapmaq, nəhayət, acından ölməmək lazımıydı. Alınmadı. Cənuba - Marselə üz tutmaq qərarına gəldilər. İlk övlad sevincini də elə orada Camel anadan olanda yaşadılar. 1972-ci il iyunun 23-də Fərid, Nordin və Liladan sonra ailənin beşinci uşağı - Zinəddin Yezid Zidan doğuldu...
Zinəddin uşaqlığını belə xatırlayır: “Evimizdə cəmi üç stul var idi. Buna görə də heç vaxt hamımız birlikdə nahar eləyə bilmirdik. Stolun arxasına növbə ilə keçirdik. Sonralar - atam univermaqda anbardar işinə düzələndə vəziyyətimiz bir az babatlaşdı. Yeddi yaşım tamam olanda həyətdə öz topumla oynayırdım...”

Ad günü hədiyyəsi

Koreyanı məğlub eləyəndə Zidan atasının, babalarının vətəni olan Afrika ölkəsinin bayrağına büründü, qələbəyə əlcəzairlilərlə birlikdə sevindi. Özünü həmişə əlcəzairli saymışdı. Fransanı dünya çempionluğuna daşıyanda da başqa cür düşünməmişdi. İçindəki əlcəzairli obrazı onu heç vaxt tərk eləməmişdi. 2006-cı ildə mundialda Marko Materatsini də kəllə zərbəsiylə elə-belə yerə uzatmamışdı. Əlcəzairli damarına toxunmuşdular. İtalyan futbolçu bacısını təhqir eləmişdi, əlcəzairli belə şeyləri bağışlaya bilməzdi.
İndi Zidanın sevinci yerə-göyə sığmır. Əlcəzair milli komandasını seçmədiyinə görə özünü həmişə qınayıb. Etiraf eləyir ki, dünya çempionatlarında iştirak arzusuna qurban verib bunu. Əlcəzair çoxdandır mundiallarda oynamırdı, Zinəddin isə belə böyük turnirdən imtina eləmədi. Onun missiyasını qan qardaşları uğurla həyata keçirir. Onların arasında Fransada dünyaya göz açanlar çoxluq təşkil eləyir: 23 futbolçudan yalnız 8-i Əlcəzairdə doğulub. Bu futbolçular tarix yazmağı bacardılar. Əlcəzair ilk dəfə qrup mərhələsini adlaya bildi. Siz Rusiya ilə oyunda hesab bərabərləşəndən sonra hansısa əlcəzairli futbolçunun yalandan özünü zədələnmiş kimi göstərərək, vaxtı apardığını gördünüzmü? Görməzsiniz! Əlcəzairli obrazı belə olur. Bir gün Materatsini yerə uzadan Zidanı hamı anlayacaq...
Zinəddin növbəti ad gününü Əlcəzairin qələbəsi ilə qeyd elədi. Dünyanın belə işləri var. Buna təsadüf deməyə adamın dili gəlmir. Zidana bundan böyük ad günü hədiyyəsi ola bilməzdi...

Rekorda doğru

Dünya çempionatında 1/8 mərhələsinə vəsiqə qazanan bütün komandaların adları müəyyənləşib. Cənubi Amerikanın 5 komandasından 4-ü bir-biri ilə qarşılaşacaq (Braziliya - Çili, Kolumbiya - Uruqvay). Avropa təmsilçiləri bu mərhələdə üz-üzə gəlmək taleyi yaşamır: Hollandiya - Meksika, Kosta Rika - Yunanıstan, Fransa - Nigeriya, Argentina - İsveçrə, Almaniya - Əlcəzair, Belçika - ABŞ. Püşk onu deyir ki, yarımfinala Cənubi Amerikanın ən yaxşı halda iki komandası vəsiqə əldə eləyə bilər. Çünki həmin iki Cənubi Amerika cütünün qalibləri 1/4 mərhələsində münasibətləri aydınlaşdıracaq. Bu həm də o deməkdir ki, Braziliya ilə Argentina yalnız finalda üz-üzə gələ bilər.
Bukmeyker kontorları beş komandanı - Braziliya, Argentina, Almaniya, Hollandiya və Fransanı daha şanslı sayır. Bu komandalar uğurla davam eləsə, Fransa ilə Almaniyadan birini yarımfinalda görməyəcəyik. Bu komandaları bir mərhələ əvvəl qarşılaşmaq taleyi gözləyir.
Qrup mərhələsində qapılara 136 top vurulub. 1958-ci ildən sonra hələ belə yüksək göstərici qeydə alınmamışdı. Belə görünür ki, bizi yeni rekord gözləyir. Indiyə qədər dünya çempionatlarında ən çoxu 171 qol vurulub. Düzdür, hər oyuna orta hesabla vurulan topları nəzərə alsaq, daha yüksək göstərici olub. Amma ümumi qolların sayı baxımınndan bu çempionat ən məhsuldar ola bilər. Cəmi 36 qol qalıb.
Çempionatın məhsuldar keçməsi ən sərrast futbolçuların yarışını da maraqlı eləyib. Lionel Messi (Argentina), Neymar (Braziliya) və Tomas Müller (Almaniya) 4 qol vurub. 3 qol vuranların siyahısı daha uzundur: Robin van Persi (Hollandiya), Xames Rodriges (Kolumbiya), Şerdan Şakiri (Isveçrə), Aryen Robben (Hollandiya), Enner Valensiya (Ekvador), Kərim Benzema (Fransa).
Qrup mərhələsində 420 futbolçu meydana çıxıb. Onlardan yalnız 98-nə qol vurmaq müyəssər olub. Leroy Fer qol vuranların arasında meydanda ən az vaxt keçirəndir (15 dəqiqə).

Alversiz çempionat

Hakimlik xoşunuza gəlməyə bilər, amma komandaların ədalət prinsipinə əməl eləməsinə şübhə yeri yoxdur. Ilk iki turdan sonra növbəti mərhələyə vəsiqəni təmin eləyən komandalardan heç biri axırıncı oyunda bilərəkdən uduzmadı. Halbuki bəzi rəqiblərin yolunu açmaq olardı. Məsələn, Kolumbiya Yaponiyaya, Fransa Ekvadora, Almaniya ABŞ-a, Belçika isə Koreyaya üç xalı bağışlaya bilərdi. Hətta Argentina da Nigeriyanın işini asanlaşdırmadı, rəqibini məğlub elədi. Yalnız “stajlı” azarkeşlərin yadına gələr ki, 20-30 il əvvəl dünya çempionatlarında hansı oyun alveri olurdu. 1978-ci ildə Argentinadakı mundialda böyük biabırçılıq baş vermişdi. Meydan sahibləri qrupda Braziliyanı geridə qoymaq üçün Perunu azı 6 top fərqiylə məğlub eləməliydi. Oyun hansı hesabla başa çatsa yaxşıdır? 6:0! Belə təsadüflərə heç onda da inanmırdılar. Finalda oynamaq hüququnu haqsızlıq nəticəsində itirən braziliyalılar çox narazılıq elədilər, amma xeyri olmadı. FIFA oyun alveri faktını görmək istəmirdi. Səbəbi çox sonralar məlum oldu. Britaniyalı yazıçı Devid Yallop kitabında özəl mənbələrdən əldə elədiyi məlumatlarla hər şeyi çılpaqlığıyla yazmışdı. Argentinadakı hərbi xuntanın rəhbəri Xorxe Videla turnirin təşkilat komitəsinə 50 milyon dollar ödəyibmiş. Əlbəttə, pulun əhəmiyyətli hissəsi Peru hakimiyyətinə çatacaqdı. Perulu futbolçularla hələ oyundan əvvəl razılıq əldə olunmuşdu: hərəsinə 20 min dollar veriləcək. Onlar ustalıqla 0:6 hesablı məğlubiyyəti təmin elədilər. Yallopun kitabı Avropada əlinizə düşsə, alıb oxuyun. Orada hər şey yazılıb. Həmin kitabı yalnız İsveçrədə - FIFA-nın mənzil-qərargahı yerləşən ölkədə tapa bilməyəcəksiniz...
1982-ci ildə Avstriya Almaniyaya (o vaxt AFR) təxminən belə razılığa görə bilərəkdən 0:1 hesabıyla uduzmuşdu. Fərq ondaydı ki, minimal hesablı məğlubiyyət hər iki komandanı növbəti mərhələyə daşıyırdı. Xorst Xrubreşin oyunun əvvəlindəki qolundan sonra futbolçular, demək olar, meydanda qaçmırdı. Tam bir rüsvayçılıq. Az əvvəl üz-üz gələn Çili və Əlcəzair beləcə mübarizədən kənarda qalırdı. FIFA məhz həmin oyundan sonra qrupdakı son qarşılaşmaları eyni vaxtda keçirmək qərarı verdi. Bax, o alverə görə üçüncü turda bütün oyunları canlı izləyə bilmirsiniz...
Şübhəniz olmasın, tarixin təkcə ən maraqlı yox, həm də ən ədalətli çempionatlarından birini izləyirsiniz. Adamın bir az FIFA-dan gözü su içmir, kaş hakim müdaxilələri ilə mundialın baxımlı obrazına xələl gətirməsin. Hamınızın ayrı-ayrılıqda azarkeşlik elədiyi komandaların hər biri çempion ola bilməz. Bir komanda qələbə qazanacaq. Güclü qalib gəlsin!/Azadliq.info/

Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM