Latviada Xocalı soyqırımına həsr edilmiş anım mərasimi keçirilib

08:27 / 26.02.2018

“Xocalıya ədalət” beynəlxalq kampaniyası çərçivəsində Azərbaycan Respublikasının Litvadakı Səfirliyinin dəstəyi ilə Klaypeda azərbaycanlılarının “Azəris” cəmiyyəti Xocalı soyqırımına həsr edilmiş aıma mərasimi keçirib.

 Klaypeda şəhərinin Milli mədəniyyətlər sarayında keçirilən tədbirdə şəhər administrasiyasnın nümayəndələri, xarici ölkələrin fəxri konsulları, burada fəaliyyət göstərən milli icmaların rəhbərləri, yerli sakinlər və soydaşlarımız iştirak ediblər.

Xocalı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra, “Azəris” cəmiyyətinin sədri Əliağa Məmmədov tədbir iştirakçılarına xalqımızın XX əsrdə yaşadığı ən dəhşətli faciəsi barədə geniş məlumat vermiş, Xocalı soyqırımını törədənlərin hələ də cəzalandırılmadığını diqqətə çatdırıb.

Azərbaycanın Litvadakı Müvəqqəti işlər vəkili Atəş Qırxıyev çıxış edərək, dünyanın dörd bir yanında Xocalı soyqırımına həsr olunmuş tədbirlərin təşkil edildiyini qeyd etmiş, Azərbaycan xalqının kədərinə şərik olan hər kəsə təşəkkürünü bildirmişdir. Azərbaycanlı diplomat vuğulamışdır ki, bizi faciə qurbanlarının xatirəsi və dünyanın bir çox ölkələrinin xalqımızla həmrəyliyi birləşdirir, biz artıq 26 ildir ki, Xocalı şəhidlərinin yasını tuturuq və dünyada bir daha belə bir soyqırımın təkrarlanmaması üçün bu soyqırımı şiddətlə qınayırıq.

Sonra azərbaycanlılara qarşı törədilən erməni vəhşiliklərinə şahidlik edən litvalı hərbi jurnalist Riçardas Lapaytis çıxış etmişdir. Litva Jurnalistlər İttifaqının üzvü qeyd etmişdir: “mən sizə öz gözlərimlə gördüyüm haqda danşmaq istəyirəm. Azərbaycana gələndə mənim 23 yaşım var idi. Bu yaşda bir gəncin Qarabağda gördüyü dəhşətləri bir anlıq gözünüzün önünə gətirin. Evə qayıdanda gördükərimi yazdım. İlk əvvəl Litvada mənə inanmadılar, deyirdilər: “Axı bu necə ola bilər? İndiki dövrdə insanlar bunu necə edə bilərlər?”. Xocalıları onların pənah yeri olan Ağdam şəhəri ilə cəmi on yeddi kilometr məsafə ayırırdı. Bir tərəfdə ölüm, o biri tərəfdə həyat, bir tərəfdə insanlıqdan çıxmış orta əsr düşüncəli vəhşilərin yaratdığı mühit, digər tərəfdə son quru çörəyini paylaşan insanlar. Bir tərəfdə iblisə xidmət edənlər, o biri tərəfdə haqqa, ədalətə inananlar. Cəmi 17 km. Bu dəhliz milyonlarla insanın ümid yeri idi, lakin bəşəriyyətin qara ləkəsinə çevrilən sonsuz bir məsafə oldu. Dinc sakinlərə hücum edənlər arasında xüsusi döyüş təcrübəsi keçmiş altı qrupdan ibarət quldurlar var idi. Onlar Suriya və Livan ermənilərindən və Əfqanıstan savaşı görmüş cəlladlardan təşkil olunmuşdular. Bu gün yerli camaatın hansı vəziyyətdə olduğunu belə təsəvvür etmək çox çətindi. Daimi gülləbaran altında, yanvardan işıq verilmir, qida və ərzaq göndərilmir, komendant saatı, mağazalar işləmir, şəhərdə su qıtlığı... Şaxtalı bir gündə donmuş ayaqları ilə ayaqyalın sanitar qatarına gələnlər onlara kömək olunacağına ümid edirdilər. O qorxunc fevral günləri qar qan rənginə boyanmışdır. Əsir düşənlər üçün Əsgəran qalası tam bir cəhənnəmə dönmüşdür. Orada qadınları zorlayır, kişilərə divan tuturdular. Gördüklərimi heç kabus dolu yuxuda da görə bilməzsiniz. Bu gün də mənim Xocalı yaram sızlayır. Günahsız öldürülənlər, onların yaxınları qarşısında baş əyirəm və öz gözlərimlə gördüyüm o dəhşətli soyqırıma şahidlik etməyi hər fürsətdə özümə borc bilirəm.”

Sonra Klaypeda şəhərində fəaliyyət göstərən Azərbaycan bazargünü məktəbinin müəlliməsi Rəna Məmmədovanın təşkilatçılığı ilə litvalı musiqiçilər Anastasiya, Natalya və Andrey Vostryakovların ifasında xatirə rekviyemi ifa olunmuş, məktəbli Məhəmməd və Mahmud Məmmədov qardaşları Xocalı faciəsinə həsr edilmiş şer səsləndirmişlər.

Tədbirdə Heydər Əliyev Fondu tərəfindən hazırlanan sənədli film Litva dilində nümayiş olunmuş, Xocalı faciəsinə aid kitab və broşürlər paylanılıb.

Tədbir iştirakçıları “Xocalı” sözünün yazıldığı xüsusi kompozisiyada 613 ədəd şam yandırıblar

Tədbir haqqında, yerli kütləvi informasiya vasitəslərində yazılar dərc olunmuş və reportajlar gedib.


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM