ABŞ Azərbaycana niyə silah satmır?

09:33 / 28.02.2018

Amerika Birləşmiş Ştatları digər ölkələrin hökumətlərinə Rusiya silahlı qüvvələri ilə hərbi sahədə böyük sövdələşmələr bağlayacaqları təqdirdə, onlara qarşı sanksiyaların tətbiq oluna biləcəyi barədə xəbərdarlıq edib.

Strategiya.az  “Musavat”a istinadən xəbər verir ki, bu barədə Vaşinqton administrasiyasının yüksək vəzifəli nümayəndələrinə istinadən "Frans-Press" məlumat yayıb.

Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Hizer Noyertin sözlərinə görə, Amerika administrasiyası hesab edir ki, Rusiya, İran və Çinə qarşı sanksiyaların sərtləşdirilməsi barədə yeni qanunun tətbiqi sayəsində Moskvanın xarici kontragentlərlə 3 milyard dollardan çox məbləğdə müxtəlif sövdələşmələr imzalamasının qarşısını almaq mümkün olub. Məlum olduğu kimi, Azərbaycan da Rusiya ilə hərbi cəhətdən əməkdaşlıq edir. Maraqlıdır, Azərbaycan bu vəziyyətdə nə etməlidir? Digər tərəfdən də Amerika özü də Azərbaycana silah satmır. Bəs bunun səbəbi nədir?

“Yeni Müsavat”a açıqlamasında bu sualları cavablandıran Milli Məclisin deputatı, politoloq Elman Nəsirov bildirdi ki, ABŞ-ın sanksiyalarla bağlı hədəsindən ən böyük zərbə Ermənistana dəyəcək: “ABŞ və Avropa Birliyi ölkələri münaqişə zonalarına silah satmamaqla bağlı bir mövqe ortaya qoyublar. Bu baxımdan  Ermənistan-Azərbaycan Dağlıq Qarabağ müharibəsi ilə bağlı münaqişə tərəflərinə də silah satmamaqla bağlı konkret yanaşması var. Bu baxımdan da ABŞ nə Azərbaycana, nə də Ermənistana silah satışını həyata keçirmir. Bu məqsədlər üçün  də heç bir vəsait ayırmır. Lakin bu yenilik deyil, bizim üçün bəlli məsələdir.  Yenilik isə odur ki, ABŞ Rusiyaya qarşı sanksiyalar rejimini daha da sərtləşdirməkdədir. Bu kontekstdə Rusiya hərbi-sənaye kompleksi hədəfə alınıb. Eyni zamanda Rusiya ilə bu sahədə əməkdaşlıq edən, bu ölkədən böyük həcmdə silah-sursat alan tərəflər də Birləşmiş Ştatların sanksiyalarının hədəfi ola bilər. Bu baxımdan Ermənistan yalnız Rusiyadan silah alır. Deməli bu sanksiyalar tətbiq ediləcəyi təqdirdə ilk növbədə onun zərbəsi Ermənistana dəyəcək. Bu məsələ Ermənistanda hazırda çox böyük vahimə ilə qarşılanmaqdadır. Təbii ki, belə olan halda Azərbaycan da Rusiya ilə silah ticarətinə yenidən baxmaq zərurəti gündəmə gələ bilər. Ancaq bizim Ermənistandan fərqimiz ondan ibarətdir ki, biz müstəqil dövlətik. Azərbaycan Rusiyadan silah alırdı, lakin ölkəmizin alternativ silah aldığı ölkələr də var”.

 Politoloqun sözlərinə görə, Azərbaycan dövləti  bu sahədə çox uğurlu siyasət həyata keçirir və bütün riskləri hesablayır: “Çox dəqiq hesablamanın nəticəsidir ki, yalnız bir mənbədən asılılıq yoxdur  və biz indiki vəziyyətdə ciddi problemlə üzləşmirik. Biz Türkiyədən, İsraildən, Ukraynadan, Belarusiyadan və digər dövlətlərdən silah   alırıq. Bu bizim müdafiə məsələlərimizdən irəli gəlir. Nə qədər ki, ərazilərimiz işğal altındadır, hər il büdcəmizdən 3-4 milyard dollar vəsaiti bu məqsəd üçün ayıracağıq.  Bu baxımdan sanksiya məsələsinin Azərbaycana elə böyük təsiri olmayacaq. Bizim məqsədimiz təkcə iqtisadiyyatı şaxələndirmək deyil, eyni zamanda hərbi-texniki əməkdaşlıq məsələlərində də  şaxələndirmək siyasəti həyata keçirir. Biz bu sferada da balansı qoruyuruq.  Bunun sayəsindədir ki, bu gün Azərbaycan ordusu dünyanın ən güclü orduları sırasındadır. Bu günlərdə Amsterdamda keçirilən Avropa Azərbaycanlıları Konqresinin toplantısında prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov da söylədi ki, Azərbaycan ordusu bir həftə ərzində, maksimum bir ay ərzində öz ərazi bütövlüyünü təmin etmək iqtidarındadır. Bu artıq bir reallıqdır və bunu dünya da, Ermənistan da bilir. Yeni reallıqda Ermənistana Rusiyadan silah-sursat satışına qadağa qoyulacağı təqdirdə isə bu ölkənin necə pis vəziyyətə düşəcəyini proqnozlaşdırmaq çətin deyil”.

E.Nəsirov  onu da vurğuladı  ki, ABŞ-ın bu bəyanatı populist xarakter daşımır, reallıqda da tətbiq olunması ehtimalı böyükdür: “ABŞ-ın Rusiyadan silah alan ölkələri də sanksiyaları məruz qoyacağı istisna deyil. Bu mövqe artıq səsləndirilib. ABŞ-ın Ermənistandakı səfiri də bu məsələyə artıq öz yanaşmasını ortaya qoyub. Bu məsələ getdikcə ciddiləşir. Ermənistan tərəfi isə bunun qarşılığında çox absurd ideyalarla çıxış edirlər. İdeyalardan  biri budur ki, əgər Ermənistan bu sanksiyalar ucbatından Rusiyadan silah ala bilməyəcəksə, o zaman bu silahı ABŞ Ermənistana versin. Çünki bu ölkə hərbi baxımdan Azərbaycanla üz-üzə dayanıb. İkinci yanaşma da odur ki,  əgər Amerika doğrudan da belə bir siyasəti həyata keçirmirsə, münaqişə bölgələrinə silah satmırsa, o zaman Ermənistandan keçmədən birbaşa Dağlıq Qarabağdakı separatçı rejimə silah satsın. Amerikanlar isə bu yanaşmaya artıq “nonses” deyirlər. Belə çıxır ki, ABŞ Kataloniyadakı kimi separatçı bir rejimə islah-sursat satmalıdır ki, münaqişə daha da qızışsın. Bu da tamamilə qəbuledilməz məsələdir. Bütün bunlar onu göstərir ki, ABŞ-ın yeni sanksiyaları müzakirə etdiyi yeni durumda Ermənistanda sözün həqiqi mənasında  vahimə yaşanmaqdadır. Bu vahimə o qədər şiddətli olub ki, ağıllarını itirib birbaşa ABŞ-dan qondarma  separatçı, terrorçu bir rejimə əlahiddə silah-sursatın verilməsini gündəmə gətirmək istəyirlər. Bu ümumiyyətlə qəbuledilməzdir. Yəqin ki, onların bu təklifi beynəlxalq ictimaiyyət tərəfindən də çox böyük təəssüf və ironiya ilə qarşılanacaq”.

Ekspertin fikrincə, məhz Rusiyadan silah alışını qadağan edən sanksiya nəticəsində bu ölkəyə milyardlarla zərər dəyə bilər: “ABŞ və Rusiya dünyada ən çox silah-sursat satışı həyata keçirən dövlətlərdir. Dünyadakı silah satışının təxminən 50 faizdən çoxunu ABŞ həyata keçirir. Bu baxımdan Rusiya ondan bir qədər geridə qalır, yəni ikinci yerdədir. Rusiyaya qarşı bu sanksiyanın həyata keçirilməsi o deməkdir ki, bu ölkənin Yaxın Şərq və Orta Şərq ölkələrinə silah satmasına, xüsusilə də İranla, Çinlə, Hindistanla bu sahədə əməkdaşlıq məsələlərinə çox ciddi xələl gətirə bilər. Burada söhbət milyardlarla dollar vəsaitdən gedir. Yeni sanksiyaların tətbiqi ilə bağlı Rusiyanın hərbi büdcəsinə 3 milyard dollar ziyan dəyib. Bu hələ başlanğıcdır. Hesab edirəm ki, söhbət son dərəcə ciddi sanksiyalardan gedir. Belə olan təqdirdə bu sanksiyaların qarşılığında Rusiyanın hansı addımı atacağını söyləmək çətindir. Bu bütövlükdə dünyamızda  gərginliyi daha artıra biləcək”.


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM