Amsterdamda Avropa Azərbaycanlıları Konqresinin növbədənkənar qurultayı keçirilib - YENİLƏNİB

13:59 / 28.02.2018

Fevralın 27-də Amsterdamda Avropa Azərbaycanlıları Konqresinin (AAK) növbədənkənar qurultayı keçirilib.

Qurultayın işində Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov, Azərbaycanın Belçika və Lüksemburqdakı səfiri Fuad İsgəndərov, Niderlanddakı müvəqqəti işlər vəkili Cəlal Mirzəyev, Avropa ölkələrindəki diaspor nümayəndələri, ölkəmizin bir sıra aparıcı media qurumlarının rəhbərləri və digər qonaqlar iştirak ediblər.

Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov qurultayın açılışında çıxış edib.

Əli Həsənov deyib ki, Avropa Azərbaycanlıları Konqresinin hər bir qurultayı qarşısında duran mühüm tapşırıqlarla fövqəladə hadisə hesab olunur. Dövlətimizin inkişafını, diasporumuzun qarşısında duran vəzifələrin aktuallığını, müzakirə olunan məsələlərin vacibliyini nəzərə alsaq, bu qurultay tam vaxtında keçirilir. Qurultayın indi keçirilməsi Avropa azərbaycanlılarının ötən dövrdəki fəaliyyətinə yekun vurmaq, qarşıda duran vəzifələri müəyyən etmək baxımından məqbul sayıla bilər.

Prezidentin köməkçisi fevralın 26-da Xocalı soyqırımının 26-cı ildönümü ilə bağlı Amsterdamda keçirilən anım tədbirindən danışaraq deyib: “Xocalı soyqırımı bir günün məsələsi deyil. Xocalıya gələn yolun - ermənilərin azərbaycanlılara qarşı soyqırımının 200 ildən artıq tarixi var. Ermənilər xarici havadarlarının dəstəyindən istifadə edərək azərbaycanlıların əzəli torpaqlarında dövlət qurublar. Ermənilər azərbaycanlıları zaman-zaman öz torpaqlarından qovub, qətlə yetirib, soydaşlarımızın yaşadığı yerləri dağıdıblar. Faktiki olaraq ermənilər böyük dövlət qurmaq arzularını azərbaycanlıların kütləvi surətdə məhv edilməsi, torpaqlarından didərgin salınması, millət olaraq varlığına son qoyulması istiqamətində aparmağa çalışırlar. Əlbəttə, bunlara yardım edənlərin də öz məqsədləri var.

Xocalıda həlak olanlar dinc insanlar idilər. Ermənilər bu soyqırımını azərbaycanlıların gözünü qorxutmaq, yaşadıqları torpaqlardan kütləvi şəkildə qovmaq kimi mənfur məqsədlə törədiblər. Bizim diasporun qarşısında duran əsas vəzifə bu ağrı-acıları olduğu kimi dünyaya çatdırmaqdır. Ermənilərin xislətini, azərbaycanlılara qarşı qanlı soyqırımı həyata keçirmiş vəhşi, cinayətkar Ermənistan rejiminin yürütdüyü siyasəti bütün dünyaya çatdırmaq həm dövlətimizin, həm Azərbaycan cəmiyyətinin, həm də diasporumuzun bir nömrəli vəzifəsidir. Əlbəttə, bunu həyata keçirmək o qədər də asan deyil. Ermənilər uzun müddətdir anti-Azərbaycan fəaliyyətini həyata keçirərək, bu məqsədlə dünyanın ayrı-ayrı ölkələrində yuvalar qurub, buna dünyanın aparıcı media nümayəndələrini cəlb ediblər. Onlar xarici ölkələrin antimüsəlman, antitürk ovqatlı siyasətçilərini də bu işə qoşublar. Erməni lobbisinin dəstəyi ilə xarici ölkələrdə fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarını da bu işə cəlb ediblər. Onların lobbiçiliyi ilə yaradılan anti-Azərbaycan koalisiyası təəssüf ki, güclüdür. Azərbaycan dövləti, elitası, diasporu bu gücün qarşısında mübarizə aparır. Açıq deyim ki, çox çətin vəzifə qarşısındayıq”.

Ermənilərin Dağlıq Qarabağda həyata keçirdikləri işğal siyasətinin 30 illiyini utanmadan, çəkinmədən son vaxtlar “Artsaxı tanıdaq” adı ilə dünyada qeyd etdiklərini diqqətə çatdıran Əli Həsənov deyib: “Ermənilər böyük mərkəzlər yaradıblar. Bu mərkəzlərin biri Brüssel, biri London, biri Paris, biri Moskva, biri isə ABŞ-dadır. Hər mərkəzə xaricdəki erməni lobbisi, imkanlı ermənilər pul köçürürlər. “Artsaxı tanıdaq” kampaniyasının da məqsədi dünyanın müxtəlif ölkələrinin səyyahlarını, siyasətçilərini, keçmiş və indiki dövlət xadimlərini, məşhur jurnalistləri, bloqqerləri Ermənistana aparıb oradan Dağlıq Qarabağa keçirməkdir. Dağlıq Qarabağda yaradılan mövcud rejim real vəziyyəti dünyaya tanıtmaq istiqamətində fəaliyyət göstərir. Guya orada formalaşmış dövlət var, azərbaycanlılar onu dağıtmaq istəyir və sair məsələləri təbliğ edirlər. Belə şəraitdə biz Xocalı soyqırımının ildönümünü hər il keçiririk və keçirməliyik. Bu məsələdə diasporumuzun üzərinə mühüm vəzifə düşür. Hər bir azərbaycanlı bu gün fədakar olmağa borcludur. Hər bir azərbaycanlı fədakarcasına öz milli vəzifəsini icra etməlidir”.

Prezidentin köməkçisi qeyd edib ki, bu il Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinin tamam olmasından da ermənilər anti-Azərbaycan ruhda istifadə etmək istəyirlər. Əli Həsənov deyib: “Azərbaycan Xalq Cümhuriyyəti bizim dövlətçiliyimizin bir parçasıdır. Onlar deyirlər ki, azərbaycanlıların cəmi 100 illik dövlətçilik tarixi var. Amma ermənilər undurlar ki, onlar İrəvan xanlığının ərazisində dövlət qurublar. İrəvan xanlığı Azərbaycan dövlətidir. Amma bizim mərkəzləşmiş dövlətimizin tarixi daha qədimə gedir. XVI əsrdə artıq mükəmməl Səfəvilər dövlətinin olması buna sübutdur”.

Azərbaycan mediasında tez-tez dövlət rəsmilərinin, ziyalıların çıxışlarının verildiyini söyləyən Əli Həsənov deyib: “Bizim qarşımızda Azərbaycanın dövlətçiliyinin yaşaması, dövlətçiliyimizin əbədiyaşar olması vəzifəsi durur. Qarşımızda Azərbaycanın iqtisadi, sosial, siyasi maraqlarının təmin olunması məqsədi dayanır”.

“Azərbaycan mətbuatı, diasporu dövlət maraqlarının qorunmasını qarşısında məqsəd kimi qoyur və qoymalıdır”, - deyən Prezidentin köməkçisi qeyd edib: “Biz 30 ildir Ermənistanın Azərbaycana qarşı apardığı işğal siyasətini dünyaya çatdırmaqla yanaşı, Azərbaycanın Cənubi Qafqazda sülh tərəfdarı olmasını da təbliğ etməliyik. Diaspor bunu qarşısına vəzifə kimi qoymalıdır. Azərbaycan enerji, nəqliyyat, kommunikasiya siyasətini təkcə öz xalqının maraqları, firavan həyatı üçün istifadə etmir. O cümlədən digər bölgə ölkələrinə, işğalçılıq siyasətindən əl çəkəcəyi təqdirdə elə Ermənistana da şərait yaratmaq istəyir. Azərbaycan bölgəyə sülh, firavanlıq, Ermənistan isə müharibə, işğal, fəlakət gətirir”.

Azərbaycan diasporunun, həmçinin ölkənin transmilli, geosiyasi maraqlarını təbliğ etməsinin zəruriliyini vurğulayan Əli Həsənov deyib: “Bu gün Azərbaycan Avropa İttifaqının reallaşdıra bilmədiyi “Nabucco” layihəsini Türkiyə ilə birlikdə həyata keçirir. “Cənub Qaz Dəhlizi” layihəsi faktiki olaraq Avropaya ikinci enerji təhlükəsizliyi nəfəsi verəcək. Bu istiqamətdə təbliğat aparılmalıdır. Ermənilər bunlara mane olmaq istəyir, onların bu əməllərini yaşadığınız ölkədə təbliğ edin. Ermənilər ayrı-ayrı ölkələrin bəzi media orqanlarında bu layihələrin əleyhinə çıxış edirlər. Hansı ki, o ölkələrin Azərbaycanın enerji resurslarına həqiqətən böyük ehtiyacı var”.

Prezidentin köməkçisi bildirib ki, təhlükəsizlik Azərbaycanın maraqlarının əsas prioritetini təşkil edir. Bu gün Azərbaycan Ordusu bölgənin texniki cəhətdən təmin olunmuş, döyüş qabiliyyəti yüksək olan ordusu hesab edilir. Aprel döyüşləri bunu aydın göstərdi. Bu gün bizə mane olmasalar, yaxud da biz ermənilərin Azərbaycan torpaqlarını azad etməyəcəyi qənaətinə gəlsək, bir ay ərzində torpaqlarımızı azad etmək gücündəyik. Bunun üçün əsas resurs dövlətdir. Dövlətimiz inkişaf edir, möhkəmlənir. Prezident İlham Əliyev 15 il ərzində Azərbaycanı inkişaf etdirərək dövlətin mövcud imkanlarını azı 3,5 dəfə artırıb. Büdcə, sosial resurslar, hərbi, iqtisadi, xarici siyasət resursları və sair buna aiddir. Bu gün Azərbaycanın demək olar ki, həll edə bilməyəcəyi məsələ yoxdur. Bizim həll edilməyən yeganə problemimiz Dağlıq Qarabağ məsələsidir ki, bunun da üzərində iş görürük. Azərbaycan bu məsələdə artıq bütün sivil dünyaya haqlı olduğunu çatdırıb. Təəssüf ki, beynəlxalq aləmin ikili standartlar səbəbindən hələ ki, son qərar verilməyib.

Əli Həsənov qeyd edib ki, Azərbaycan dövlətinin rəsmi resursları ilə yanaşı, milli elita, media və diaspor da ölkənin xarici siyasətinin, milli maraqlarının təbliğində xüsusi rola və gücə malikdir.

Müasir dünyada gedən proseslərə toxunan Əli Həsənov bildirib ki, indiki dövrdə biz birlikdə güclü ola bilərik. Odur ki, biz xarici ölkələrdə yaşayan azərbaycanlılara inanırıq, güvənirik. Amma, eyni zamanda, istəyirik ki, siz də Azərbaycan dövlətinə inanasınız, güvənəsiniz. Bu il bizi çoxsaylı tədbirlər gözləyir. Düşünürəm ki, bütün bu məsələlərdə siz öz enerjinizi, dəyərli vaxtınızı əsirgəməyəcəksiniz. Azərbaycan dövləti də həmişə sizə dəstək olmağa hazırdır. İnanıram ki, Azərbaycan dövlətinin xaricdə yaşayan azərbaycanlıları birləşdirmək istiqamətində atdığı hər bir addım sizin tərəfinizdən təqdir olunur, dəstəklənir və siz bu addımlara söykənərək öz aranızda daha sıx birlik yaradacaqsınız, ana Vətən olan Azərbaycanla birliyinizi möhkəmləndirəcəksiniz və Azərbaycanın tərəfdaşları ilə çiyin-çiyinə verərək bizim maraqlarımızın ifadə olunmasında iştirak edəcəksiniz.

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov çıxışında soydaşlarımızın yaşadıqları ölkələrin ictimai-siyasi və mədəni həyatına daha çox inteqrasiya etmələrinin əhəmiyyətindən danışıb. O bildirib ki, Avropada azərbaycanlıların yeni nəsli yetişir. Azərbaycanlılar çalışmalıdırlar ki, yaşadıqları ölkələrdə cəmiyyətə daha çox inteqrasiya etsinlər, yeni nəslə daha çox imkanlar yaratsınlar.

Dövlət Komitəsinin sədri qeyd edib ki, Azərbaycan dövləti diasporun inkişafına maksimum dərəcədə dəstək verir və bu məsələ Prezident İlham Əliyevin daim diqqətindədir. Harada yaşamasından asılı olmayaraq hər bir azərbaycanlı öz Vətəni üçün fəaliyyətini gücləndirməlidir.

AAK-ın son dövrlər bir sıra uğurlu layihələr həyata keçirdiyini vurğulayan Nazim İbrahimov bildirib ki, bu qurultay təşkilatın tarixində yeni bir səhifə açmalıdır. “İndi bizim qarışımızda yeni vəzifələr dayanır. Azərbaycanlılar yaşadıqları ölkələrdə siyasi proseslərə təsir imkanına malik bir gücə çevrilməlidir. Azərbaycan Prezidenti də dünya azərbaycanlılarının son qurultayındakı nitqində bu məqamı xüsusi olaraq vurğulayıb. Hesab edirəm ki, biz bu qurultayda yeni dövr üçün fəaliyyətimizin strategiyasını dəqiq müəyyən edəcəyik”, - deyə o bildirib.

Azərbaycanın Belçika və Lüksemburqdakı səfiri, ölkəmizin Avropa İttifaqı yanında nümayəndəliyinin rəhbəri Fuad İsgəndərov qurultayda çıxış edərək xaricdəki Azərbaycan diplomatlarının diasporun dəstəyinə ehtiyacı olduğunu qeyd edib.

Səfir deyib ki, diplomatların fəaliyyətində nəticələrin əldə edilməsində diasporun rolu güclü olmalıdır: “Mən xüsusilə Avropadakı diasporumuzu bu məsələdə fəal olmağa çağırıram. Avropa Parlamentində erməni diplomatları deyil, diaspor nümayəndələri danışıqlar aparırlar. Bu səbəbdən diasporumuz üçün yerli deputatlarla əlaqələrin gücləndirilməsi prioritet məsələ olmalıdır. Azərbaycanın Avropadakı real fəaliyyətini genişləndirməliyik. Bu gün Avropanın bir neçə ölkəsində Azərbaycan həqiqətləri ilə bağlı abidə var. Bu, təbii ki, diasporun uğurudur, amma əlaqələrin genişləndirilməsində daha fəal olmalıyıq. Mən açıq deyə bilərəm ki, ermənilərlə mübarizənin diplomatik, hərbi və eyni zamanda, diaspor cəbhəsi var. Diasporun qarşısında ciddi vəzifələr durur”.

Daha sonra AAK-ın prezidenti Sahil Qasımov geniş hesabat məruzəsi ilə çıxış edərək təşkilatın 2017-ci ildəki fəaliyyəti barədə qurultay iştirakçılarına məlumat verib. Avropadakı diaspor fəaliyyətinin genişləndirilməsi, buradakı soydaşlarımızın ideya-siyasi birliyinin daha da gücləndirilməsi məqsədilə 2017-ci ildə qitədə 4 yeni diaspor təşkilatının yaradıldığını qeyd edən AAK prezidenti Konqresin V Qurultayından ötən dövr ərzindəki fəaliyyəti, xüsusilə də Avropada yaşayan soydaşlarımızın təşkilatlanması, onların ictimai-siyasi fəallığının artırılması və yaşadıqları cəmiyyətə inteqrasiyası, Azərbaycan həqiqətləri ilə bağlı dünya ictimaiyyətinin məlumatlandırılması, diaspor təşkilatları arasında əməkdaşlıq əlaqələrinin qurulması və inkişafı istiqamətindəki görülmüş işlər barədə məlumat verib.

Sonra AAK-ın VI qurultayının mandat komissiyası sədrinin məruzəsi dinlənilib.

Qurultay Azərbaycan Xalq Cümhuriyyətinin və 1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi ilə bağlı tədbirlərə, Azərbaycan diasporunun işində medianın roluna həsr edilmiş panellərlə davam edib.

Qurultay çərçivəsində Azərbaycan diasporunun fəaliyyətinə verdiyi böyük töhfəyə görə bir sıra fəal iştirakçıya medallar və fəxri fərmanlar təqdim edilib.

 

Vüqar Seyidov


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM