Arye Qut İtaliya mətbuatına: Xocalı soyqırımı mənim şəxsi faciəmdir

19:28 / 28.02.2018



İtaliyanın nüfuzlu “Globalist” analitik-xəbər portalında beynəlxalq münasibətlər üzrə tanınmış ekspert, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin İsraildəki nümayəndəliyinin rəhbəri Arye Qutun öz atası Əmir Qut ilə birlikdə Xocalı soyqırımı haqqında yazdığı “Ağrı” romanının İtaliyada nəşr olunması münasibətilə Arye Qut ilə müsahibə dərc olunmuşdur. Müsahibəni götürən tanınmış İtalyan jurnalisti Rock Reynolds Ermənistan silahlı qüvvələri tərəfindən Dağlıq Qarabağın işğalı və ötən əsrin ən dəhşətli etnik təmizləmələrindən biri olan 26 fevral 1992-ci il tarixində Xocalıda azərbaycanlı əhalisinin məruz qaldığı qətliam barədə Əmir Qut və Arye Qutun roman yazması və həmin romanın İtaliyanın Sandro Teti Editore nəşriyyat evi tərəfindən italyan dilində nəşr olunması barədə məlumat verir, kitabın Romada təqdimatı münasibətilə Arye Qutdan aşağıdakı müsahibəni götürdüyünü bildirir və müəllifin bütün suallara həvəslə cavab verdiyini təqdir edir.

Siz İsrail vətəndaşlarısınız. Sizi Azərbaycanın bölgəsi haqqında, eləcə də Ermənistan ilə münaqişə ilə bağlı yazmağa nə həvəsləndirdi?
Haqlısınız, atam və mən İsrail dövlətinin tam hüquqlu vətəndaşlarıyıq. İsrailə və yəhudi xalqına tam bağlı olan israilliyik, eyni zamanda öz vətənimiz olan Azərbaycanı sevirik. Onu unuda bilmərik. Oğlum Aviel də unutmayacaq ki, onun atası və babası “Odlar Yurdu”nda doğulublar. Atam Əmir Qut 40 ildən artıq Azərbaycan televiziyasında ictimai-siyasi proqramlar hazırlayan rejissor vəzifəsində çalışıb. Atam bütün faciəni, bu müharibənin dəhşətli üzünü, Ermənistanın təcavüzünün nəticələrini, öz torpaqlarından qovulan azərbaycanlıların qaçqına çevrilməsini öz gözləri ilə görüb. Ermənistan və Azərbaycan arasında münaqişə baş verəndə mənim 17 yaşım var idi, tələbə idim və bütün bu dəhşətli hadisələr mənim gözümün qaraşısında baş veriridi: heç vaxt antisemitizmin baş vermədiyi, cəmiyyətin ayrılmaz tərkib hissəsi olan biz yəhudilərin yaşadığı, tolerantlıq və multikulturalizm adası olan mənim Vətənim Azərbaycan işğaldan və Ermənistan tərəfindən elan olunmayan müharibədən əziyyət çəkir. Bu roman sadəcə olaraq maraqdan irəli gəlmir, müharibə və dəhşətli ağrıya baxmayaraq, həyat, vətən və doğma insanlara sevginin qalib gəldiyini dünyaya sübut etmək üçün göstərilən səydir.

Sizin fikrinizcə, bu coğrafi zonada nə olduqca vacibdir?
Cənubi Qafqaz Asiya ilə Avropanın qovşağında yerləşən böyük əhəmiyyətə malik, müxtəlif mədəniyyətlər, xüsusilə də Azərbaycanın halında iqtisadi və təbii sərvətlərə malik regiondur. Bu regionun hazırda iqtisadi lokomotivi olan Azərbaycan böyük geosiyasi və geoiqtisadi layihələr həyata keçirir. Məlumdur ki, regiondan həm İsrail, həm də Avropa ölkələri üçün strateji əhəmiyyətə malik Bakı-Tbilisi-Ceyhan neft kəməri və Avropanın enerji təhlükəsizliyi üçün önəmli olan Cənub Qaz Dəhlizi keçir və bu layihələrin hər ikisi Azərbaycanın təşəbbüsüdür. Bundan başqa, keçən ilin 30 oktyabr tarixində Trans-Xəzər beynəlxalq nəqliyyat dəhlizinin və “Yeni İpək Yolu” layihəsinin əsas komponenti olan Bakı-Tbilisi-Qars dəmir yolunun açılışı olub. Düşünürəm ki, Cənubi Qafqaz regionu və ölkələrinin sabitliyə, müharibənin yoxluğuna və iqtisadi rifaha ehtiyacı vardır. Təəssüf ki, regionda bütün müsbət tendensiyaları təhlükə altında qoyan geosiyasi münaqişələr hələ də davam edir.

İsraildən olaraq və “Holokost” sözünün nə məna verdiyini yaxşı bilərək, erməni “Holokost”u ilə bağlı fikirləriniz necədir? Çünki İrəvanda haradasa Yad Vaşemi xatırladacaq mavzoley vardır.

Holokost yəhudi xalqının yaddaşında əbədi həkk olunmuş dəhşətli və dözülməz faciədir. Holokost işgəncələrə, əzab-əziyyətlərə, alçaldılmağa və təhqirlərə məruz qalmış yəhudi xalqının ağrısı-acısı, onun kütləvi şəkildə məhv edilməsi deməkdir. Bu yaxınlarda, dünya yəhudiləri günahsızcasına öldürülmüş altı milyon yəhudinin xatirəsi anıb. Həmin vaxt yəhudilərin bu dəhşətdən, barbarlıq və qəddarlıqdan qaçaraq gizlənə bilmələri üçün yer çox az idi. Bu ölkələrdən biri Azərbaycan olub. Azərbaycan həmişə digər xalqlara qonaqpərvər münasibət göstərməsi ilə məhşur olub. Mənim ailəm üçün, Azərbaycan öz həyatlarını və uşaqlarının həyatlarını nasistlərdən xilas etmiş minlərlə Avropa yəhudiləri üçün qeyd olunan az məkanlardan biri, sözün əsl mənasında Vətən olub. Qondarma “erməni soyqırımı”na gəldikdə, mənim ölkəm 1915-ci il hadisələrini rəsmi olaraq soyqırım kimi tanımır. Vaxtikən İsrailin doqquzuncu prezidenti olmuş Şimon Peres demişdi ki, bu faciəni öz maraqları naminə yəhudi xalqının ən dəhşətli faciəsi ilə müqayisə etmək olmaz. Bu fikri tam şəkildə bölüşürəm.

Nə üçün tarixi kitab yazmaq əvəzinə tarix və məlumatların ehtiva olunduğu roman yazmağı qərara aldınız?
Tarixi kitab yazmaq niyyətimiz yox idi, belə bir məqsədimiz də olmayıb. Öz həyatım, atamın həyatı və dəhşətli Xocalı soyqırımı ilə bağlı hissənin də olduğu real hadisələrə əsaslanan bədii sənədli roman yazmaq istəyirdik. Müxtəlif konfessiyalara, müxtəlif millətlərə mənsub, fərqli mühit və şəraitdə böyümüş, taleyin qismətindən Bakı şəhərində görüşən iki gəncin romantik sevgi tarixçəsini təsvir etməyə çalışmışıq. Romanın qəhrəmanları vasitəsilə göstərməyə çalışmışıq ki, Azərbaycanda yəhudilər və müsəlmanlar həmişə birgə tarix və taleyə malik qardaşlar kimi dinc yaşayıblar və yaşamaqda davam edirlər. İsrail dövlətinin vətəndaşı kimi fəxr edirəm ki, Azərbaycanda multikulturalizm və tolerantlıq həyat tərzidir. Bu dövlətdə heç vaxt təqiblər, qırğınlar və antisemitizm faktları olmayıb. Eyni zamanda, əsərin qəhrəmanı Röyanın taleyi vasitəsilə erməni terroristlərinin Xocalıdakı azərbaycanlı mülki əhaliyə qarşı törətdiyi dəhşətləri real olaraq təsvir etmişik. Bu, olmuş tarixdir, bu real hadisədir və onu gizlətmək niyyətimiz yoxdur, çünki atam faciədən bir ay əvvəl Xocalını görmüş şəxsdir və mən bu romanı yazarkən İsrail mətbuatının nümayəndələri ilə birlikdə 1992-ci ilin fevral ayında Xocalıda törədilmiş bu dəhşətli gecənin real şahidləri ilə bir neçə dəfə görüşmüşəm. Erməni terroristləri tərəfindən 1992-ci ildə törədilmiş vəhşiliklər İŞİD tərəfindən istifadə edilmiş üsullara oxşardır. Məhz bu səbəbdən Azərbaycanın Xocalı şəhərində törədilmiş qanlı soyqırımı aktı mənim üçün də şəxsi ağrı-acıdır, mənim də şəxsi faciəmdir.

Qohumlarınız arasında bu dəhşətli gecədə həlak olanlar var?
Xocalıda qohumlarımız yox idi. Mənim atam rejissor kimi müxtəlif vaxtlarda işlə əlaqədar Xocalıda olub və həmin dövrdə rabitəçi işləmiş Dürdanə Ağayeva ilə bağlı reportajlar hazırlamışdı. Taleh elə gətirdi ki, atamla Bakıya səfərlərimizin birində Xocalıdan erməni əsirliyində olmuş insanlarla görüş zamanı atam Xocalıdan olan Dürdanəni, o dəhşətli gecənin şahidini tanıdı. Bizim romanda xüsusilə ən ağır və yadda qalan bölümlərdən biri Dürdanə ilə bağlı hissədir. Onu bir oxuyun. Bu xülya və uydurma deyil, real hadisədir: Dürdanənin dəhşətli səkkiz günlük əsirlik faciəsi. Düşünün: Ermənistan qoşunları Xocalıda bəşəriyyətin müasir tarixininin ən dəhşətli kütləvi cinayətlərindən birini törədəndə onun cəmi 20 yaşı var idi. İki yaşlı azərbaycanlı uşağı valideynlərinin gözləri qarşısında necə güllələdiklərini, hamilə qadınları və yaşlıları qundaq zərbəsi ilə necə öldürdüklərini görüb. Ermənilər tərəfindən məruz qaldığı zorakılığı kütlə qarşısında danışa bilməyəcək dərəcədə sözlə ifadə edilməyən ağrıya məruz qalıb. Lakin Dürdanə Ağayeva bizimlə söhbətində deyib ki, yalnız öz hekayəsini bölüşməklə rahatlıq tapa bilər.

Haqqında çox bilmədiyimiz Qafqaz Albaniyasının tarixi rolunun nədən ibarət olduğuna dair oxucularımıza nə deyə bilərsiniz?
Qafqaz Albaniyası kilsəsi ən qədim xristian məbədlərindən biridir. Qafqazda apostol Bartolomeo tərəfindən yaradılmış ilk kilsədir. Qafqaz Albaniyası rəsmi olaraq xristianlığı eramızın 213-cü ilində qəbul edib, ermənilər isə xristianlığı katolikos Avraamın albanlara məktubunda yazdığı kimi albanlardan sonra qəbul ediblər: “Alban məbədi bizim erməni kilsəsindən əvvəl olub”. Rus imperiyasının ermənilər üçün atdığı ən əhəmiyyətli addım alban apostol kilsəsinin ləğvi olub. Cənubi Qafqazın rus imperiyası tərəfindən işğalından sonra 1836-cı ildə çar İ Nikolay Azərbaycanda alban apostol kilsəsi patriarxlığının ləğvi və onun mülkiyyətinin erməni qriqoryan kilsəsinə verilməsi haqqında fərman imzalayıb. Rus imperiyası bununla ermənilərin əl-qolunu açıb və ermənilər onlara heç vaxt məxsus olmayanları özününküləşdiriblər.

Düşünürsünüz ki, din amilinin bu regiondakı zorakılıqda rolu varmı? Hər şeydən öncə, azərbaycanlılar müsəlman, ermənilər isə xristiandırlar.
Mən Cənubi Qafqazda, ermənilər, azərbaycanlılar və yəhudilərin bir ailə kimi yaşadığı zəngin mədəni müxtəlifliyə malik Bakı şəhərində doğulmuşam. 26 illik münaqişədən sonra Ermənistan və Azərbaycana baxmaq kifayətdir. Ermənistan yalnız ermənilərin yaşadığı monoetnik ölkədir. Əksinə, Azərbaycan isə 20 faiz ərazilərinin işğal olunmasına və bir milyondan çox qaçqını olmasına baxmayaraq, sülh və firavanlıq axtarışında olan, cəmiyyətlər və dinlər arasında dialoq üçün real platformaya çevrilib. Bakıda gəzərkən, şəhərin mərkəzində məscid, kilsə və sinaqoq görə bilərsən. Buna görə də bu münaqişədə din amili əsassızdır. Ermənistanın İran ilə sıx əlaqələrə malik olması faktının özü onu sübut edir ki, bu münaqişənin dinlə əlaqəsi yoxdur. Münaqişə yalnız Ermənistanın Azərbaycana qarşı ərazi iddialarından yaranıb.

Ermənistan sizin kitabda mənfi tərəfdən işıqlandırılıb. Bu ölkə ilə bağlı bəzi nəşrlər oxumuşam və hesab edirəm ki, hər iki tərəfin öz “həqiqət”lərini danışmaq üslubu vardır. Bilirəm ki, bu, sizin üçün qəribə, bəlkə də hətta qəbuledilməz görünə bilər, lakin yaxşı kitab məhz bunu etməlidir: fantaziya və tarixdən ibarət cəlbedici qarışıq vasitəsilə gələcək perspektivləri müəyyənləşdirməyə çalışmaq. Bu haqda nə düşünürsünüz?
Vurğulamaq istərdim ki, bizim Ermənistanı mənfi tərəfdən işıqlandırmaq məqsədimiz yox idi. Aydındır ki, onların öz “həqiqət”ləri var. Tarix və fantaziya cəlbedici qarışıqdır, lakin bu fantastik əsər deyil. Bu gün İsraildə çoxlu azərbaycan-yəhudi nigahları və qarışıq ailələr vardır, eləcə də bunu Azərbaycanda görmək olar. Yəhudilər və azərbaycanlılar arasında mənəvi qardaşlıq mövcuddur, Avropada bir çox insanlara qəribə gəlsə də bu, əsl reallıqdır. Bütün Azərbaycan xalqı tərəfindən sevilən yəhudi əsilli Azərbaycan milli qəhrəmanı vardır, bu, Albert Aqarunovdur. Bizim üçün Albert azərbaycanlı-yəhudi qardaşlığının həqiqi rəmzidir və bu, fantaziya deyil, əsl həqiqətin təzahürüdür. Xocalıda baş vermiş dəhşətli gecə ilə bağlı bütün faktlar sənədli film və videolar, Xocalı soyqırımını yaşamış şahidlər, xarici ekspert və jurnalistlər ilə birgə real hadisələrdir. Xocalı şəhərinin mülki əhalisinin qəsdən kütləvi şəkildə məhv edilməsinin yeganə səbəbi bu insanların azərbaycanlı olması idi. Xocalı soyqırmında şəxsən iştirak etmiş Ermənistanın indiki prezidenti Serj Sarkisyanın özünün dedikləri həqiqətin harada olduğunu üzə çıxarır. Tomas de Vaalın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı “Qarabağ: Ermənistan və Azərbaycan sülh və müharibə yollarında” adlı kitabında Xocalı qırğını ilə bağlı suala Sarkisyan belə cavab verib: “Xocalıdan əvvəl azərbaycanlılar fikirləşirdilər ki, biz onlarla zarafat edirik. Onlar zənn edirdilər ki, ermənilər dinc əhaliyə əl qaldıra bilməyən bir xalqdır. Biz bu stereotipi dağıda bildik. Və budur baş verənlər”. Bundan başqa, erməni müəllif Markar Melkonyan öz qardaşı, Xocalı soyqırımının törədilməsində şəxsən iştirak etmiş məşhur beynəlxalq terrorçu Monte Melkonyana həsr etdiyi “Qardaşımın yolu: Amerikalının Ermənistana olan uğursuz səyahəti” adlı kitabında necə Xocalının bəzi sakinlərinin 10 km qaçdıqdan sonra təhlükəsiz əraziyə çatdıqları, lakin erməni əsgərlərin onları tutaraq süngü ilə doğramağa başladıqlarını təsvir edib. Azərbaycan əraziləri işğal olunub və etnik təmizləmənin qurbanları olan azərbaycanlılar öz torpaqlarında qaçqın və məcburi köçkündürlər. Bu, həqiqəti görmək istəyənlə üçün açıq-aşkar sübutdur, görməyənlər üçün isə yox.

Qorxmursunuz ki, Qafqaz ərazisində yeni zorakılıqlar baş verə bilər və ya düşünürsünüzmü ki, hazırda normallaşma dövrünü keçirik?
Düşünürəm ki, 2016-cı ilin aprel hadisələri bir daha göstərdi ki, bu münaqişə dondurulmuş deyil və hər an geniş miqyaslı hərbi əməliyyatlar yenidən bərpa oluna bilər. Ermənistanın hərbi təxribatlarına cavab olaraq və öz vətəndaşlarının təhlükəsizliyini təmin etmək məqsədilə 2016-cı ilin aprel ayının əvvəllərində Azərbaycan ordusu Ermənistan silahlı qüvvələrinin təxribatlarına cavab verərək onları geri çəkilməyə məcbur edib. Bu gün Azərbaycan Cənubi Qafqazda ən güclü orduya malik ölkədir, lakin rəsmi Bakı bu münaqişənin sülh yolu ilə həllinə çalışır. Ermənistan qərar qəbul etməlidir, çünki öz işğalçılıq siyasətinə görə geosiyasi və geoiqtisadi təcrid vəziyyətindədir. Bunun günahkarı Ermənistanın özüdür.

Sizcə, Dağlıq Qarabağda əhalinin məruz qaldığı ən dəhşətli epizod hansıdır?
Şübhəsiz ki, Xocalı soyqırımı. Bir gecədə aralarında 63 uşaq, 106 qadın və 70 yaşlı şəxsin olduğu 613 nəfər qətlə yetirilib, bundan əlavə, 487 nəfər şikəst edilib, 1275 əsir götürülüb, aralarında 68 qadın və 26 uşağın olduğu 152 nəfər isə itkin düşüb. 8 ailə bütövlükdə məhv edilib, 25 uşaq hər iki valideynini itirib, yüzlərlə şəxs zorakılığa və isgəncəyə məruz qalıb, sağ qalanların məruz qaldığı psixoloji zədələri hələ saymıram. 56 mülki şəxs xüsusi qəddarlıq və vəhşiliklə qətlə yetirilib. Öldürülənlərin cəsədləri təhqir edilib. Ən dəhşətlisi odur ki, bütün bu vəhşilikləri törədənlər hələ də cəzalandırılmayıb, onlardan bir çoxu Ermənistanda Qarabağ müharibəsi “qəhrəmanı” kimi tanınır və hətta yüksək vəzifələr tuturlar.

Son olaraq, sizcə nə üçün Dağlıq Qarabağ faciəsində ermənilər günahlandırılmalıdırlar?
Məsələ mənim necə və ya nə səbəbdən o cür fikirləşməyimdə deyil, bu, elə bir vəziyyətdir ki faktlar öz-özünə danışır. Şübhəsiz ki, təcavüzə məruz qalan əraziləri işğal altında olan və vətəndaşları öz torpaqlarında qaçqına çevrilən dövlətdir. Təcavüzkar isə beynəlxalq hüququ pozan və iyirmi ildən çoxdur ki beynəlxalq təşkilatların çoxsaylı qətnamələrinə məhəl qoymayan dövlətdir. İnanıram ki, bütün bunlar həqiqəti başa düşmək üçün kifayətdir.

Müsahibə ilə bu linkdən tanış olmaq mümkündür:
http://www.globalist.it/letture/articolo/2018/02/27/l-eccidio-dimenticato-in-azerbaigian-raccontato-nel-romanzo-il-dolore-2020122.html
 

Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM