Daxili İşlər Nazirliyi (DİN) Azərbaycan Polisinin 100 illik yubileyi ilə əlaqədar daxili işlər orqanlarının fəaliyyətini işıqlandıran və tərənnüm edən nominasiyalar üzrə respublika müsabiqələri elan edir.
Nazirlikdən verilən məlumata görə, müsabiqələrin mövzuları və keçirilməsi qaydaları aşağıdakılardır:
- Azərbaycan Polisinin yaranma tarixi və təşəkkülü;
- Respublika daxili işlər orqanlarının sovet dönəmindəki fəaliyyəti və əldə etdiyi təcrübə. Milis əməkdaşlarının 1941-1945-ci illər müharibəsi dövründəki fədakar xidmətləri;
- Azərbaycan Polisinin müstəqilliyin ilk illərində topladığı təcrübə. Hüquqi dövlət quruculuğu prosesində, ölkədə kriminogen vəziyyətin nəzarətə alınması, asayişin və sabitliyin bərpası və qorunması;
- Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ilk günlərindən başlayaraq Azərbaycan Polisinin keçdiyi xidmət və döyüş yolu;
- Ağır və xüsusilə ağır cinayətlərin açılmasında, dövlət çevrilişinə cəhdlərin qarşısının alınmasında, istintaqının aparılmasında polisin fədakar xidməti;
- İnsan hüquq və azadlıqlarının müdafiəsi, vətəndaşların hüquqi maarifləndirilməsi istiqamətində polis əməkdaşlarının fəaliyyəti;
- Azərbaycan Polisinin beynəlxalq əməkdaşlığı, beynəlxalq polis təşkilatları ilə əlaqələri;
Respublika Daxili İşlər Nazirliyində həyata keçirilən islahatlar, xidmətin müasir tələblər səviyyəsində təşkili. Ölkəmizdə asayişin daha müasir metodlarla qorunması üçün yaradılan yeni struktur təsisatları və onların informasiya texnologiyalarının tətbiqinə əsaslanan fəaliyyətinin nəticələri;
- Polisin kadr özəyinin təkmilləşdirilməsində və daha da gücləndirilməsində xüsusi təyinatlı təhsil müəssisələrinin rolu;
- DİN-in tibb müəssisələrində yeni texnologiyaların və elmi yeniliklərin tətbiqi;
- Daxili işlər orqanları əməkdaşlarının fiziki hazırlığı. İdmançı əməkdaşların qazandıqları uğurlarda DİN-in İdman Cəmiyyətinin rolu;
- Polisin ictimaiyyətlə əlaqələri;
Müsabiqə "Ən yaxşı televiziya filmi (verilişi)”, "Ən yaxşı oçerk” və "Ən yaxşı mahnı” nominasiyaları üzrə keçirilir.
Təqdim olunan televiziya filmi (verilişi), hekayə və mahnıya verilən tələblər:
- Müsabiqədə hər müəllif yalnız bir nominasiya üzrə iştirak edə bilər.
- Təqdim olunan əsərlər müəyyən edilmiş mövzular üzrə olmalıdır.
- Müsabiqə üçün hazırlanmış əsərlər Daxili İşlər Nazirliyində yaradılmış Xüsusi Komissiyaya təqdim olunmalıdır.
Əsərlərin qəbul qaydaları:
1. Hər hansı televiziya kanalında yayımlanan televiziya filmi (verilişi), mahnı diskdə, oçerk dərc olunduğu mətbuat orqanından (qəzet, jurnal) – 1 nüsxə
2. Əsərin elektron variantı (Arial (12) şriftində -CD diskdə) – 1 nüsxə
3. Əsərin A4 formatda çap olunmuş variant-mahnının partiturası
(Müəllifin imzası göstərilməməlidir) – 3 nüsxə
Tələb olunan sənədlər:
1. İştirakçı haqqında məlumat
2. Şəxsiyyət vəsiqəsi və surəti
3. Şəxsi VÖEN və surəti
4. Şəxsi bank rekvizitləri (şəxsi VÖEN əsasında açılmış bank hesabı və hesabın aktiv olması barədə bank tərəfindən təsdiq edilmiş sənəd)
Daxili İşlər Nazirliyinə təqdim edilmiş yazılar və sənədlər geri qaytarılmır.
- Müsabiqə 2018-ci il fevralın 28-də başlayır, mayın 30-da başa çatır.
- Yaradıcılıq işləri hər gün (bazar günündən başqa) saat 10:00-dan 16:00-dək Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinə şəxsin özü tərəfindən təqdim olunmalıdır.
- Sənədlər tam olmadığı və ya həqiqəti əks etdirmədiyi hallarda əsər müsabiqəyə buraxılmır.
QEYD: Regionlarda fəaliyyət göstərən yaradıcı şəxslər müsabiqəyə yazıları özləri və ya səlahiyyətli nümayəndələri vasitəsilə təqdim edə bilərlər.
Qiymətləndirmə meyarları:
– mövzunun əhatə olunması, araşdırma, əsaslandırma
– materialın tamaşaçı, dinləyici, oxucu üçün informasiya payı
– təqdim olunan əsərin dil və üslub xüsusiyyətləri, bədii-estetik səviyyəsi
– obyektivlik, qərəzsizlik, tərəfsizlik və məsuliyyət
– ictimai maraqların müdafiəsi
Əsərlər 10 ballıq sistem üzrə qiymətləndirilir, maksimum 50 bal müəyyən olunur.
Müsabiqəyə təqdim olunmuş əsərlərin mükafatlandırılması;
Hər istiqamət üzrə 3 qalib müəyyən edilir:
I yer - 3000 AZN
II yer - 2000 AZN
III yer - 1000 AZN
İştirakçı haqqında məlumat cədvəli (müəllif tərəfindən doldurulur):
Təqdim olunan əsərin mövzusu
Müəllifin adı, soyadı, atasının adı
Mətbuatda təxəllüsü (əgər varsa)
İşlədiyi orqan, yaxud üzvü olduğu yaradıcılıq təşkilatı
Ünvanı və poçt indeksi:
- iş telefonu
- ev telefonu
- mobil telefonu
- elektron poçt ünvanı
Ünvan: Bakı şəhəri, Azərbaycan prospekti 7
Əlaqə telefonları: (012) 590 98 10, (012) 590 20 25;
Elektron ünvan: [email protected]
Strategiya.az
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM