Bu yaxınlarda erməni millətçiləri qondarma “Artsax azadlıq hərəkatı”nın 30 illiyini təntənə ilə qeyd etməyə cəhd göstərdilər. Mən “təntənəli bayramlar” haqqında məlumat tapmaq üçün internetdə axtarış sistemlərini ələk-vələk etdim. Kiçik yığıncaq haqqında bir-iki qeyddən savayı heç nə tapmadım. Onların birində hansısa Artsaxın müstəqilliyi haqqında hansısa memorandum qəbul etmiş bir qrup adamın Moskvada yığışmasından söhbət gedirdi. Oxucu soruşur, bəs oraya yığılan kimlər idi? Adları sadalamaq istəmirəm, çünki buna layiq deyillər. Bir sözlə, işğalçılar və onların züy tutanları. Sadəcə “X” işarəsini basıb brauzerdə bu səhifəni bağlamaq və daha real mütaliəyə keçmək olardı. Lakin qondarma memorandumun məntiqsizliyi yan ötməyə qoymadı.
Bax belə, yığıncaq iştirakçıları “azadlıq hərəkatının” 1988-ci ildən Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi haqqında müraciətlə başlandığını söyləyirdilər - əlbəttə, onu əvvəlcə Azərbaycandan ayırmaqla. Diqqət yetirək, AZADLIQ sözü işlədilir. Yəni onlar, görürsünüz ki, ayrıca respublika deyil, Ermənistana BİRLƏŞDİRİLMƏYİ istəyirdilər. Birləşməyi kimlərin istəməsi aydındır, şübhəsiz ki, bu, Qarabağın sadə erməniləri deyil, “baş ofisi” Yerevanda yerləşən, “böyük Ermənistan” xülyaları ilə yaşayan erməni millətçiləri idi. Başqasının torpağını qoparmaq və onu özününkünə (hərçənd özününkü olub-olmaması da, indiki Ermənistanın Azərbaycanın tarixi torpaqlarında yaradıldığı nəzərə alınsa, mübahisəli məsələdir) birləşdirmək arzusunu “azadlıq hərəkatı” adlandırmaq absurddur. Doğrudur, erməni millətçilərində təfəkkür həmişə absurd olub. Ona görə də biz bunu onlar üçün yazmırıq. Faydasızdır. Bunu həmin yığıncağın özünü politoloq, diplomat hesab edən, guya həqiqət tərəfdarları olan iştirakçıları üçün yazırıq.
Beləliklə, 1988-ci ildə proses qondarma “azadlıq hərəkatı” ilə deyil, Ermənistan SSR tərəfindən Azərbaycan ərazilərinin əsl ilhaqı ilə başlandı. Sonra, bu cənablar yazırlar ki, Azərbaycan 1918-ci ildə guya Ermənistana və Dağlıq Qarabağa ərazi iddiası irəli sürüb. Təəccüblüdür, onlar buna qədər nə düşünüblər... Dağlıq Qarabağ heç vaxt ermənilərin olmayıb. Abbasqulu ağa Bakıxanovun təsvir etdiyi Qarabağ xanlığında XVIII əsrin hadisələrində ermənilərin oraya köçürülməsindən əvvəl və sonra bu xanlığı yalnız azərbaycanlılar idarə ediblər. Bütün bunları əks etdirən sənədlər Rusiya arxivlərindədir. Özü də hansı iddiadan danışmaq olar ki, hələ o zaman Azərbaycanın qərb ərazilərinin böyük hissəsi Ermənistana keçmişdi, bu barədə də kifayət qədər sənədlər var. Biz artıq adət etmişik ki, ermənilər özləri tarix uydurur, sonra öz yalanlarına özlərini inandırır və başqalarını da buna inanmağa məcbur etməyə cəhd göstərirlər. Lakin söhbət tarixi məqamlarda deyil, başqa məsələdədir...
Ermənistan KİV-ləri separatçıların yığıncağında Vladimir Kazimirovun – 1992-1996-cı illərdə ATƏT-in Minsk qrupunun həmsədrinin – iştirakını xüsusi sevinclə qeyd ediblər. İşğalçıların izlərini ört-basdır etməkdə, müsaidənizlə deyim, bu diplomatın xidmətləri hamıya məlumdur. O, özünü sülh tərəfdarı kimi göstərir. Lakin Kazimirovun KVAZİBARIŞIĞI həmişə erməni millətçilərinin əsl məqsədini – Azərbaycan ərazilərinin Ermənistan tərəfindən, əlbəttə, başqalarının köməyi ilə işğalının həqiqi mahiyyətini gizlətməyə yönəlib.
Necə olur ki, Azərbaycanın işğal edilmiş ərazilərinin beynəlxalq hüquq əsasında azad olunmasına dəvət edilmiş sabiq həmsədr işğalın ildönümünün faktiki qeyd olunduğu yığıncaqda iştirak etməyi özünə rəva görə bilir. Azərbaycan öz ərazisindən erməni qoşunlarının çıxarılmasını ciddi tələb edəndə, münaqişənin hərb yolu ilə həllindən qətiyyətlə danışanda Kazimirov fəallaşdırılır. O da müəllifi olduğu KVAZİBARIŞIĞINI yada salır. Yeri gəlmişkən, 1994-cü ildə Azərbaycan Silahlı Qüvvələrinin hücum əməliyyatları Ermənistan rəhbərliyini çox qorxuya salanda Kazimirov yalançı sülhün baş tutması üçün əlindən gələni etmişdi. O zaman onun vəzifəsi münaqişəni dondurmaq idi. Əgər o, ədalətli vasitəçi olsaydı, Ermənistan qoşunlarının Azərbaycan ərazilərindən çıxarılması barədə BMT qətnamələrinin icrasına nail olardı, heç olmasa, buna cəhd göstərərdi. Bax, onda əsl sülhə nail olunardı.
2016-cı ildə Azərbaycan Ordusunun uğurlu aprel əks-hücum əməliyyatı zamanı Kazimirov yenə arenada göründü. Şükür Allaha, bu dəfə vasitəçi kimi yox. Lakin o, öz ampluasında idi: Azərbaycanı gərginlik eskalasiyasına və digər mövcud olmayan günahlara görə ittiham etdi. Kazimirov yaxşı başa düşür ki, Azərbaycan 1994-cü ildəki Azərbaycan deyil. Azərbaycan Ordusu erməni işğalçılarını ildırım zərbəsi ilə Yer üzündən silməyə qadirdir. Buna görə də, Kazimirov düşünür ki, hay-küy salmaq, insanları çaşdırmaq, qəbul edilmiş beynəlxalq sənədlərin mahiyyətini təhrif etmək lazımdır. Uzaq 1994-cü ildə onun məqsədi müvəqqəti barışıq bəhanəsilə Azərbaycana öz ərazilərini heç zaman hərb yolu ilə geri almağa imkan verməmək idi. Bu kvazibarışıq əslində regionu 25 ildir gərginlik altında saxlayır. Əgər Kazimirov əsl sülh istəsəydi, heç olmasa BMT-nin qətnamələrinin icrasına nail olmağa çalışardı. Bunun əvəzinə o, öz sazişini uydurdu ki, bu da heç nəyi dəyişmədi. İndi isə o, hər dəfə ermənilərin göstərişi ilə deyilənləri təkrarlayır və Azərbaycanı öz torpaqlarını hərb yolu ilə almaq fikrinə görə ittiham edir. Lakin diplomatik cəhdlər nəticə vermirsə, istənilən beynəlxalq sənəd torpaqları işğal edilmiş ölkənin onu güc yolu ilə almaq hüququnu təsdiqləyər.
Erməni millətçiləri yaxşı bilirlər ki, heç bir müstəqil Qarabağ yoxdur və olmayacaq. Onlar həmişə vahimə içində yaşamalı və qorxmalıdırlar ki, günlərin birində Azərbaycan öz zərbəsi ilə bütün işğalçı ordunu darmadağın edəcək. Qoy kazimirovlar Azərbaycanın hansısa kvazibarışığa razılıq verəcəyinə ümid bəsləməsinlər.//Azertac
Strategiya.az
Bakıda yeni dələduz peyda oldu: bu qadın görün nələr edib – VİDEO
TƏHLÜKƏ: Şagirdlər qapısı açıq avtobusdan sallanaraq gedir - VİDEO
Cahangir Hacıyevin arvadınadan 21 milyon dollarlıq xəbər - VİDEO
Bakıda DƏHŞƏT: Sahibsiz itlər azyaşlılara hücum çəkdi - VİDEO
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM