Əslində bu barədə yazı yazmaq fikrində deyildim. Çünki Azərbaycan Prezidenti İlham Əliyev Yeni Azərbaycan Partiyasının (YAP) 2018-ci il fevralın 8-də keçirilən dördüncü qurultayında ölkənin daxili və xarici siyasəti haqqında geniş və əhatəli məruzə ilə çıxış etmişdi. Ancaq daha sonra Ermənistan, Rusiya və Fransa rəsmilərinin Prezident İlham Əliyevin qurultayda söylədikləri fikirlərlə bağlı verdikləri bəyanatdan sonra bu yazını yazmaq şərt oldu deyə düşündüm.
Qurultayda Azərbaycan-Ermənistan münasibətləri və torpaqlarımızın Ermənistan tərəfindən işğal edilməsi məsələsinə də toxunan Prezident İlham Əliyev demişdi:
"Onu da qeyd etməliyəm ki, biz tarixi torpaqlarımızı da unutmamalıyıq və unutmuruq. Bu da gələcək fəaliyyətimiz üçün istiqamət olmalıdır, necə ki, biz bu gün də bu istiqamətdə iş görürük. Bizim tarixi torpaqlarımız İrəvan xanlığıdır, Zəngəzur, Göyçə mahallarıdır. Bunu gənc nəsil də, dünya da bilməlidir. Mən şadam ki, bu məsələ ilə bağlı – bizim əzəli torpaqlarımızın tarixi ilə bağlı indi sanballı elmi əsərlər yaradılır, filmlər çəkilir, sərgilər təşkil olunur. Biz növbəti illərdə bu istiqamətdə daha fəal olmalıyıq və dünyanın müxtəlif yerlərində sərgilər, təqdimatlar keçirilməlidir. Çünki İrəvan bizim tarixi torpağımızdır və biz azərbaycanlılar bu tarixi torpaqlara qayıtmalıyıq. Bu, bizim siyasi və strateji hədəfimizdir və biz tədricən bu hədəfə yaxınlaşmalıyıq'' [i] .
Bu bəyanatdan sonra başda Ermənistan Prezidenti Serj Sərkisyan olmaqla, XİN-dən, Ermənistan parlamentindən müxtəlif rəsmilər "bir qaşıq suda tufan qoparmağa'' başladı və bu məsələni ölkə sərhədlərindən kənarda müzakirə edilməsinə çalışdı.
İstər Ermənistanın, istərsə də Rusiya və Fransanın məsələyə münasibət bildirməsini analiz etmədən əvvəl Ermənistan Prezidenti Serj Sərkisyanın Azərbaycan və Türkiyəyə yönəlik torpaq iddialarını qısaca xatırlatmaq yerində olardı.
2011-ci ildə Ermənistanda təşkil edilən erməni dili və ədəbiyyatı yarışmasında qalib gələnlər Prezident Serj Sərkisyan ilə görüşərkən, yarışmanın qaliblərindən biri ona belə bir sual vermişdi: "Qərb torpaqlarımızı Ağrı dağı ilə birlikdə geri ala biləcəyikmi?'' Sərkisyan bu suala belə cavab vermişdi: "Bu sizin nəslinizə bağlıdır. Məsələn, mənim nəslim üzərinə düşən vəzifəni uğurla yerinə yetirdi. 1990-cı illərdə vətənimizin bir parçası olan Artsaxı (Dağlıq Qarabağı) düşmənin əlindən qurtardıq. Hər nəslin bir vəzifəsi vardır. Siz də irəlidə bizim kimi vəzifələrinizi yerinə yetirib-yetirməyəcəyiniz birlik və bərabərliyinizə bağlıdır.'' (http://www.haberiniz.com/yazilar/haber36711-Karabagi_biz_aldik_Agriyi_size_biraktik.html). Bu informasiya Prezidentin rəsmi veb səhifəsinə yerləşdirilmişdir. (http://president.am/events/visits/rus/?visits=2&id=290).
Serj Sərkisyan ABŞ-da fəaliyyət göstərən Carnegie Beynəlxalq Sülh Fondunun proqram direktoru olan Tomas de Vala verdiyi müsahibədə Xocalı soyqırımı ilə bağlı belə demişdi: "Xocalıya qədər azərbaycanlılar bizimlə sadəcə zarafat etdiklərini düşünürdülər. Azərbaycanlılar düşünürdü ki, ermənilər mülki əhaliyə əl qaldıra bilməyən insanlardır. Bütün bu düşüncələrini dəyişdirmək lazımdı. Elə də oldu. Əslində bizim müharibəmiz digərlərindən fərqliydi. Bizdə etnik təmizləmə yaşandı. Başqa cür olmazdı da...'' [ii]
Serj Sərkisyan Türkiyə ilə bağlı suala verdiyi cavabda Azərbaycan torpaqlarını işğal etdiklərini, Türkiyədən torpaq tələb etdiklərini, Xocalı ilə bağlı dediklərində isə azərbaycanlılara qarşı, özünün də qeyd etdiyi kimi mülki əhaliyə qarşı soyqırımıtörətdiklərini etiraf etmişdir.
Maraqlısı odur ki, Prezident İlham Əliyevin İrəvanla bağlı səsləndirdiyi fikirlərə münasibət bildirən Rusiya və Fransa Sərkisyanın bu söylədiklərinə səssiz qalmışdı. Burada incə bir məqamı açıqlamaq vacibdir. Sərkisyanı törətdiyi hərbi cinayətlərinə görə ittiham etməyən Rusiya və Fransa, Prezident İlham Əliyevin dilə gətirdiyi fikirlərə tələsik münasibət bildirmişdir. Bu iki ölkənin də ATƏT Minsk Qrupunun həmsədr ölkəsi olduğunu da vurğulamaq lazımdır.
YAP-ın qurultayında Prezident İlham Əliyevin dediyi kimi "Bizim tarixi torpaqlarımız İrəvan xanlığıdır, Zəngəzur, Göyçə mahallarıdır.'' Bəli, bunu Ermənistan da, Rusiya da, Fransa da çox gözəl bilir. Amma mövcud reallıqlarda bunu dilə gətirməyə cəsarətləri çatmır, torpaqları işağa məruz qalan Azərbaycanın deyil, işğalçı Ermənistanın yanında olduqlarını bildirirlər.
Aşağıda İrəvan Xanlığının və Naxçıvanın çar Rusiyası tərəfindən işğal edilməsindən sonra elə Rusiya məmurlarının hazırladıqları əhalinin siyahıya alınması cədvəlinə heç bi şərh vermədən paylaşıram. Bu Rusiya arxivlərində olan statistik məlumatlardır.
Tablo 1. Erməni əyaləti əhalisinin siyahıya alınmasının nəticələri (1832. İ.Şopenə görə). [iii]
Adı |
Müsəlmanlar (Azərbaycanlılar) |
Yerli ermənilər |
İrandan köçən ermənilər |
Osmanlıdan köçən ermənilər |
Cəmi |
|||||
1 |
2 |
3 |
4 |
5 |
6 |
|||||
|
Aile |
Adam |
Aile |
Adam |
Aile |
Adam |
Aile |
Adam |
Aile |
Adam |
1. İrəvan mərkəz |
1807 |
7331 |
567 |
2369 |
366 |
1715 |
11 |
48 |
2751 |
11463 |
Qəzalar 1.Qırxbulaq |
81 |
383 |
262 |
1396 |
216 |
1043 |
38 |
231 |
597 |
3053 |
2.Zəngibasar |
910 |
5413 |
133 |
603 |
442 |
2360 |
- |
- |
1485 |
8376 |
3.Gərnibasar |
753 |
4176 |
34 |
145 |
1211 |
5359 |
- |
- |
1998 |
9680 |
4.Vedibasar |
574 |
3449 |
2 |
15 |
200 |
1069 |
- |
- |
776 |
4533 |
5.Şərur |
1306 |
6510 |
- |
- |
336 |
1757 |
- |
- |
1641 |
8267 |
6.Sürməli |
709 |
4832 |
935 |
5892 |
299 |
1459 |
261 |
1342 |
20204 |
13525 |
7.Dərəkənd-Parçenis |
589 |
3267 |
1 |
5 |
- |
- |
- |
- |
590 |
3272 |
8.Seedli |
160 |
1004 |
- |
- |
- |
- |
- |
- |
160 |
1004 |
9.Talin |
91 |
420 |
74 |
416 |
- |
- |
185 |
1144 |
350 |
1980 |
10.Seyidlı ve Ağsaqqalı |
311 |
1754 |
6 |
28 |
- |
- |
- |
- |
317 |
1782 |
11.Sərdarabad |
276 |
1337 |
469 |
3214 |
66 |
356 |
4 |
21 |
815 |
5428 |
12.Körpübasar |
400 |
2592 |
897 |
5290 |
518 |
2897 |
35 |
176 |
1850 |
10955 |
13.Abaran |
- |
- |
11 |
58 |
330 |
2018 |
1116 |
6857 |
1487 |
8933 |
14.Dərəçiçək |
231 |
1300 |
92 |
552 |
575 |
3535 |
539 |
3263 |
1437 |
8650 |
15.Göyçə |
9196 |
49875 |
3498 |
20073 |
4559 |
23568 |
3674 |
21639 |
20927 |
115155 |
Naxçıvan əyaləti
Adı |
Müsəlmanlar (Azərbaycanlılar) |
Yerli ermənilər |
İrandan köçən ermənilər |
Osmanlıdan köçən ermənilər |
Cəmi |
|||||
1 |
2 |
3 |
4 |
5 |
6 |
|||||
Naxçıvan mərkəz |
Aile |
Adam |
Aile |
Adam |
Aile |
Adam |
Aile |
Adam |
Aile |
Adam |
Qəzalar 1.Əlincəçay |
909 |
3641 |
156 |
719 |
265 |
1110 |
- |
- |
1330 |
5470 |
2.Naxçıvan |
979 |
4194 |
150 |
776 |
941 |
4507 |
- |
- |
2070 |
9477 |
3.Mevazi-Xatun |
282 |
1497 |
43 |
224 |
- |
- |
- |
- |
498 |
2643 |
4.Hök |
292 |
1375 |
43 |
224 |
- |
- |
- |
- |
335 |
1599 |
5.Dərələyəz |
1001 |
6510 |
- |
- |
336 |
1757 |
8 |
27 |
1574 |
30507 |
Cəmi |
3893 |
17138 |
530 |
2690 |
2137 |
10652 |
8 |
27 |
1574 |
30507 |
Ordubad əyaləti
Adı |
Müsəlmanlar (Azərbaycanlılar) |
Yerli ermənilər |
İrandan köçənermənilər |
Osmanlıdan köçən ermənilər |
Cəmi |
|||||
1 |
2 |
3 |
4 |
5 |
6 |
|||||
|
Aile |
Adam |
Aile |
Adam |
Aile |
Adam |
Aile |
Adam |
Aile |
Adam |
Ordubad merkez |
767 |
3262 |
- |
- |
36 |
182 |
- |
- |
803 |
3444 |
Qəzalar 1.Ordubad |
146 |
552 |
36 |
215 |
14 |
76 |
- |
- |
196 |
843 |
2.Eylis |
77 |
347 |
214 |
1356 |
29 |
183 |
- |
- |
320 |
1886 |
3.Dəstə |
317 |
1533 |
62 |
346 |
- |
- |
- |
- |
379 |
1879 |
4.Biləv |
289 |
1210 |
39 |
208 |
- |
- |
- |
- |
499 |
2317 |
5.Çənnəp |
79 |
343 |
49 |
263 |
- |
- |
- |
- |
128 |
606 |
Cəmi |
1675 |
7247 |
400 |
2388 |
250 |
1340 |
- |
- |
2325 |
10975 |
Erməni əyalətində cəmi
|
Müsəlmanlar |
Yerli ermənilər |
İrandan köçənlər |
Osmanlıdan köçən ermənilər |
Yezidi Kürdleri |
Cəmi |
||||||
Cəmi |
16078 |
81749 |
4428 |
25151 |
6949 |
35560 |
3682 |
21666 |
67 |
180 |
31201 |
164450 |
Tablo 2. 1914-1920-ci illərdə bu günkü Ermənistan sərhədləri daxilində etnik qruplar[iv]
|
1914 |
1916 |
1918 |
1919 |
1920 |
|||||
|
Min nəfər |
Cəmi% |
Min nəfər |
Cəmi% |
Min nəfər |
Cəmi% |
Min nəfər |
Cəmi% |
Min nəfər |
Cəmi% |
Ermənilər |
646,1 |
65,9 |
739,9 |
68,4 |
931,2 |
73,3 |
877,5 |
91,2 |
691,0 |
95,7 |
Müsəlmanlar |
279,7 |
28,5 |
282,5 |
26,8 |
290,0 |
22,8 |
58,5 |
6,1 |
10,0 |
1,4 |
Türklər |
265,1 |
27,0 |
167,1 |
25,4 |
- |
- |
- |
- |
10,0 |
1,4 |
Kürdlər |
14,6 |
1,5 |
15,4 |
1,4 |
- |
- |
- |
- |
- |
- |
Digərləri |
55,1 |
5,6 |
50,0 |
4,8 |
(50,0) |
3,9 |
25,7 |
2,7 |
21,0 |
2,9 |
Cəmi |
980,9 |
100,0 |
1052,9 |
100,0 |
1271,1 |
100,0 |
691,7 |
100,0 |
722,0 |
100,0 |
Tablo 3. 1989-2011-ci illərdə Ermənistanın etnik xüsusiyyəti [v]
Etnikler |
Azlıqların 1989-cu ilə görə sayıları[vi] |
Azlıqların 2001-ci ilə görə sayıları[vii]
|
Azlıqların 2011-ci ilə görə sayıları |
Yezidilər |
51 976 (1,6 %) |
40 620 (1,3 %) |
35 308 (1,2 %) |
Ruslar |
51 555 (1,6 %) |
14 660 (0,5 %) |
11 911 (0,4 %) |
Asurilər |
5 963 (0,2 %) |
3 409 (0,1 %) |
2 769 (0,09 %) |
Kürdlər |
4 151 (0,1 %) |
1 519 (0,05 %) |
2 162 (0,07 %) |
Ukraynalılar |
8 341 (0,2 %) |
1 633 (0,05 %) |
1 176 (0,04 %) |
Yunanlar |
4650 (0,1 %) |
1176 (0,04 %) |
900 (0,03 %) |
Gürcülər |
1 364 (qalanlar arasında 0,3 %) |
696 (qalanlar arasında 0,1 %) |
617 (0,02 %) |
Farslar |
Bilgi yok |
Məlumat yoxdur |
476 (0,02 %) |
Beloruslar |
1061 (qalanlar arasında 0,3 %) |
257 (qalanlar arasında 0,1 %) |
Məlumat yoxdur |
Almanlar |
265 (qalanlar arasında 0,3 %) |
133 (qalanlar arasında 0,1 %) |
Məlumat yoxdur |
Yəhudilər |
676 ((qalanlar arasında 0,3 %) |
109 (qalanlar arasında 0,1 %) |
Məlumat yoxdur |
Polşalılar |
270 (qalanlar arasında 0,3 %) |
97 (qalanlar arasında 0,1 %) |
Məlumat yoxdur |
Hatəm Cabbarlı,
siyasi elmlər doktoru
[i] Bakıda Yeni Azərbaycan Partiyasının VI qurultayı keçirilib, https://azertag.az/xeber/Bakida_Yeni_Azerbaycan_Partiyasinin_VI_qurultayi_kechirilib_YENILANIB_4-1135286, 08.02.2018.
[ii] ‘Serzh Sargsyan Interview Revisits Khojaly and the Karabakh War,’ http://www.eurasianet.org/node/65055, February 27, 2012.
[iii] Şopen İ.İ, ‘İstoriçeskiy pamyatnik sostoyaniya Armyanskoy oblasti v epokhu prisoedineniya k Rossiyskoy imperii’, SPB, 1852, str. 543-599.
[iv] Каvkazskiy kalendar na 1917 god. Тiflis, 1916. Statiçeskiy otd., Str. 177-237; Korkotyan Z, Naselenie Sovetskoy Armenii za poslednie sto let, str. 164 -167, 184-185, XLVI-XLVII (na arm. Yaz.); Vosstanavlenie narodnogo khozyaysta Armyanskoy SSR (Мaterialı i dokumentı za 1921-1928 gg.) / Pod red. А.О. Маarukhyana, Еrevan, 1958.C.V. (Etniçeskiy sostav isçislen avtorom), V istoçnikakh azerbaydjançı pokazanı pod nazvaniem "musulman” ili "turok”
[v] Etniçeskie menşinstva v Armenii, https://ru.wikipedia.org/
[vi] Buniatyan, Gayane ‘How does Armenia educate its public administrators in protecting and managing ethnic diversity?’, Yerevan State University. http://www.nispa.org/files/conferences/2006/papers/200604172316380.Gaya-ne%20Buniatyan%20Paper%20on%20Ethnic%20Minorities%20of%20Armenia.doc
[vii] Postoyanoe naselenie po vozrastu i naçionalnosti. Dannıe perepisı Respublika Armeniya 2001 г., http://docs.armstat.am/census/pdfs/51.pdf
Strategiya.az
Bakıda yeni dələduz peyda oldu: bu qadın görün nələr edib – VİDEO
TƏHLÜKƏ: Şagirdlər qapısı açıq avtobusdan sallanaraq gedir - VİDEO
Cahangir Hacıyevin arvadınadan 21 milyon dollarlıq xəbər - VİDEO
Bakıda DƏHŞƏT: Sahibsiz itlər azyaşlılara hücum çəkdi - VİDEO
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM