ABŞ-ın Kaliforniya ştatının Senatında ermənipərəst senatorların və erməni diasporunun Sumqayıt hadisələrinin 30-cu ildönümü ilə bağlı fevralın 28-də keçirdikləri dinləmələrdə səslənən fikirlər “dil çaşar, düzünü deyər” atalar misalının təsdiqi kimi də dəyərləndirilə bilər. Həmin dinləmələrdə söz alan Amerika Erməni Assambleyasının ABŞ-ın qərb regionu üzrə direktoru Mihran Tumacan öz çıxışı ilə Xocalı soyqırımına münasibətdə dünya erməni diaspor və lobbisinin müdafiə etdiyi saxta arqumentləri tərksilah edən bir mövqe ortaya qoydu. Başqa sözlə, ABŞ erməni lobbisinin rəhbərlərindən biri olan M.Tumacan Xocalı soyqırımını Ermənistan silahlı qüvvələrinin törətdiyini etiraf etdi.
Bu fikirləri Milli Məclisin deputatı, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Siyasi Araşdırmalar İnstitutunun direktoru, siyasi elmlər doktoru, professor Elman Nəsirov deyib.
Elman Nəsirov Mihran Tumacanın həmin etirafını xatırladıb: “Mən burada azərbaycanlı tələbələrin səsləndirdiyi fikirlərə cavab vermək istəyirəm. Onlar yanlış olaraq Xocalıda baş verənləri soyqırımı adlandırırlar. Orada baş verənlər soyqırımı deyil, faciədir. Gənc yaşında həlak olmuş tanınmış azərbaycanlı jurnalist Çingiz Mustafayevin faciə yerindən çəkdiyi videolar açıq-aydın göstərir ki, Ermənistan silahlı qüvvələri Xocalıda yaşayan azərbaycanlıları öncədən xəbərdarlıq etmişdi ki, Xocalıda ... (dili dolaşır) gərgin döyüşlər gedəcək. Bundan başqa, Ermənistan qoşunları mülki əhalinin sərbəst çıxması üçün dəhliz də açmışdılar. Çoxlu azərbaycanlı bu dəhlizdən keçib gedə bildi, ancaq bir çoxu da keçə bilmədi. Çingiz Mustafayev və hadisə yerindən reportajlar hazırlayan digər azərbaycanlı jurnalistlər də qeyd ediblər ki, çoxlu sayda azərbaycanlı məhz o dəhlizdən keçmədikləri üçün öldürülüblər”.
Milli Məclisin deputatı deyib ki, 26 ildir Ermənistan rəhbərliyinin, ABŞ-dakı erməni lobbisi və diasporunun dəridən-qabıqdan çıxaraq Xocalı soyqırımında Ermənistan silahlı qüvvələrinin iştirak etmədiklərini qızğın şəkildə müdafiə etdikləri bir reallıqda erməni lobbisinin Amerikadakı liderlərindən biri olan bu şəxsin məlum etirafı erməni təbliğatının bel sütununu sındırdı. Erməni diaspor rəhbərinin özünü itirmiş halda məlum etiraflara imza atması onun özünün də bel sütununun taleyini böyük sual altında qoyacağını deməyə əsas verir. Bu şəxsin terroru həyat devizinə çevirmiş erməni siyasi dairələrinin qəzəbinə tuş gələcəyini təxmin etmək elə də çətin deyil.
Elman Nəsirov qeyd edib ki, Anti-Azərbaycan mahiyyət kəsb edən bu dinləmələr başqa bir həqiqəti də üzə çıxardı. Erməni siyasi dairələrinə məlum oldu ki, artıq ABŞ-da və dünyanın bir çox ölkələrində vətənpərvər, savadlı xarici dilləri mükəmməl bilən azərbaycanlı gənclər nəsli yetişməkdədir və onlar dövlətimizin və xalqımızın milli maraqlarını ən yüksək səviyyədə müdafiə etməyə qadirdirlər. Kaliforniyada yaşayan azərbaycanlı icmanın gənc nümayəndələrinin qaldırdıqları məsələlər qarşı tərəfi olduqca çıxılmaz vəziyyətə salıb, elə bu səbəbdən də məntiqsiz və dolaşıq söz yığınından ibarət sayıqlamalarına səbəb olub. Soydaşlarımızın “Siz Sumqayıt hadisələrindən danışırsınız, bəs niyə Xocalı soyqırımı ilə bağlı susursunuz?”, “Siz nə üçün Ermənistanın etnik təmizləmə və təcavüzkar siyasəti nəticəsində bir milyondan artıq soydaşımızın məcburi köçkün və qaçqın vəziyyətinə düşməsinə biganə qalırsınız?”, “Siz niyə bu dinləmələrdə azərbaycanlıları ittiham edirsiniz, lakin onların heç bir təmsilçisini rəsmi çıxış üçün dəvət etmirsiniz?” kimi kəskin sualları hələ uzun müddət ABŞ erməni lobbisi və diasporunun yuxusuna haram qatacaq.
Strategiya.az
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM