Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyasının nəzdində yaradılmış Velosiped idman klubunun (VİK) fəaliyyətinin təşkili və klubun idarəetmə orqanlarının formalaşdırılması məqsədilə Akademiyanın idmançı-əməkdaşlarının, idman ictimaiyyətinin və fəallarının konfransı çağırılıb.
Dövlət Təhlükəsizliyi Xidmətindən verilən məlumata görə, konfransda vergilər nazirinin müavini, Azərbaycan Velosiped İdmanı Federasiyasının 1-ci vitse-prezidenti Sahib Ələkbərov, gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov, Bakı şəhər Gənclər və İdman Baş idarəsinin rəisi Raqif Abbasov, Velosiped idman növünün veteranı Əli Xəlfəyev, Azərbaycan Velosiped İdmanı Federasiyasının üzvləri, Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəhbər əməkdaşları və dəvət olunmuş digər qonaqlar iştirak ediblər.
Əvvəlcə Ümummilli lider Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Dövlət himni səsləndirilib.
Konfransda ölkəmizdə velosiped idman növünün inkişaf tarixi və keçdiyi yola nəzər salınıb, möhtərəm Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində DTX-nin təlim-tədris və maddi-texniki bazasının möhkəmləndirilməsi, şəxsi heyətin sosial müdafiəsinin gücləndirilməsi və iş şəraitinin yaxşılaşdırılması ilə bərabər əməkdaşların əməliyyat-döyüş və fiziki hazırlığının yüksəldilməsinə də xüsusi diqqət yetirildiyi qeyd olunub. Həmçinin DTX-də şəxsi heyətin idmanla məşğul olması və fiziki sağlamlığının möhkəmləndirilməsi üçün hər cür şəraitin yaradıldığı diqqətə çatdırılıb.
Bildirilib ki, Velosiped idman klubu DTX əməkdaşlarının təşəbbüsü və bu idman növünə olan maraq nəzərə alınaraq, Dövlət Təhlükəsizliyi Xidmətinin rəisinin əmri ilə təsis edilib. 2017-ci il dekabrın 24-də isə VİK-in əsasnaməsi təsdiq edilib və Bakı şəhər Gənclər və İdman Baş İdarəsində idman təşkilatı kimi qeydiyyata alınıb.
Sonra səs hüquqlu nümayəndələrin əksəriyyətinin iştirak etdiyi konfransda gizli səsvermə yolu ilə VİK-in İdarə heyətinin və Təftiş komissiyasının üzvləri seçiliblər. İdarə heyətinin ilk iclasında səs çoxluğu ilə dəfələrlə velosiped idmanı növü üzrə respublika çempionu olmuş, idman ustası Vüqar Salahov VİK-in İdarə heyətinin sədri seçilmiş, həmçinin klubun emblemi, döş nişanı, üzvlük vəsiqəsi, eləcə də təltifləri haqqında əsasnamələr və təsvirləri açıq səsvermə yolu ilə təsdiq edilmişdir.
Əli Xəlfəyev, Sahib Ələkbərov, İsmayıl İsmayılov, Raqif Abbasov çıxışlarında konfransın işinin yüksək səviyyədə təşkil olunduğunu qeyd ediblər.
Natiqlər əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş və möhtərəm Prezident İlham Əliyevin müdrik rəhbərliyi ilə gündən-günə qüdrətlənən müasir Azərbaycanda idman sahəsinə göstərilən hərtərəfli diqqət və qayğı sayəsində ölkəmizin qazandığı idman şöhrəti barədə danışıblar. Xüsusi qeyd olunub ki, Azərbaycanın yüksək idman nailiyyətlərinin əldə edilməsində Azərbaycanın Birinci vitse-prezidenti hörmətli Mehriban Əliyevanın əvəzsiz xidmətləri var və bu misilsiz zəhmət qədirbilən xalqımız tərəfindən hədsiz coşqu və böyük rəğbətlə qarşılanır.
Çıxış edənlər Azərbaycanın daim öz idmançılarının uğurları ilə fəxr etdiyini, bütün qələbələrin təməlində ilk öncə Vətən sevgisinin, vətəndaş-dövlət birliyinin, xalq-iqtidar həmrəyliyinin durduğunu və bunun idman zəfərlərinə aparan başlıca amil olduğunu vurğulayıblar.
Qeyd olunub ki, hər sahədə uğurlara doğru cəsarətlə və qətiyyətlə addımlayan müstəqil Azərbaycanın bütün idmançıları, o cümlədən DTX-nin əməkdaşları olan idmançılar, habelə Velosiped idman klubunun üzvləri bundan sonra da yüksək nəticələr əldə edərək ölkəmizin idman nüfuzunun yüksəldilməsinə öz layiqli töhfələrini verəcəklər.
Strategiya.az
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM