Ən maraqlı məqam isə qurumun timsalında Böyük Avropanın nə qədər kiçilməsinin ortaya çıxması idi. Azərbaycan prezidentinin AŞPA sessiyasında çıxışı və deputatlarla apardığı polemika Azərbaycan-Avropa münasibətlərinin müasir vəziyyətini təhlil etmək üçün kifayət qədər maraqlı mənbədir.
Prezidentin çıxışındakı tezislər və deputatlarla polemikası əslində Azərbaycanın Avropa institutlarına nəzərən siyasətinin əsas parametrlərini ortaya qoydu:
Niyə bu parametrlər? Çünki Avropa institutlarından fərqli olaraq Azərbaycan günün reallıqlarını qəbul edən və praqmatik siyasət yürüdən bir tərəfdir. Günün ən böyük reallığı isə Avropanın ildən-ilə zəifləməsi, daha doğrusu, özünü zəiflətməsidir. Bu gün qarşımızda diktə edə biləcək deyil, yürütdüyü ikili standart siyasəti ilə özünü zəiflədən Avropa var. Və günün ən böyük sualı da “Avropa niyə ikili standartlardan çıxış edir?” sualıdır. Sualın cavabı isə...
Avropanın üzləşdiyi problemlər təkcə vahid iqtisadi və siyasi məkanın yaradılmasından qaynaqlanan problemlər deyil. Problemin kökü vahid Avropa məkanının formalaşdırılması prosesinin hələ də başa çatmamasıdır.
Avropada ortaq maraqlar hələ də tam uzlaşdırılmayıb, ölkələrin xarici siyasət kursu çox hallarda, özəlliklə enerji siyasəti sahəsində vahid siyasi kursdan çox fərqlənir. Təkcə Avropanı Rusiyanın enerji asılılığından qurtarmaqla bağlı AB ölkələrinin fərqli siyasi görüşlərə sahib olmasını xatırlatmaq yetər.
Bundan başqa, Avropa hələ də güclü təsir mexanizmlərinə sahib siyasi institutlar formalaşdıra bilməyib və AB-nin yaradılma prinsiplərinin özü belə institutların formalaşmasına imkan vermir. Bu səbəbdən istər qitənin təməl siyasi sütunları funksiyasını daşımalı olan Avropa Parlamentinin, Avropa Şurası Parlament Assambleyasının, digər oxşar qurumların fəaliyyəti əksər hallarda deklarativ xarakter daşıyır.
Bu, Avropanın zəifliyidir və bu zəiflik Avropaya xüsusilə Şərq siyasətində, postsovet məkanına münasibətdə ikili standartlardan çıxış etmək imkanı verir. Beləliklə Avropanın bəyan etdiyi dəyərlərlə bu dəyərləri tapdamaq arasında manevr etmək imkanı var.
Manevr isə ikili standartların çoxalması deməkdir. Avropa öz zəifliyini ikili standart siyasəti ilə ört basdır etməklə yenidən başlanğıc nöqtəyə qayıdır - daha da zəifləyir. Və... balans ikili standarta məruz qalan ölkələrin lehinə dəyişir. AŞPA-nın son iclasında prezident İlham Əliyevlə polemikanın quruluşu bunun bariz göstəricisi idi.
Dövlət başçısı ilə sual-cavab bir gerçəkliyi də ortaya qoydu - Rusiyadan enerji asılılığını hiss etməyən dövlətlərin postsovet məkanı ölkələrinə münasibəti bu asılılığı çiynində ağır yük kimi daşıyan ölkələrin münasibətindən fərqlidir. Avropanı bütövləşməyə qoymayan amil də budur – iştirakçı ölkələr vahid Avropa ideyası qarşısında eyni dərəcədə məsuliyyət daşımırlar. Məsələn, Skandinaviya ölkələrinin, Fransa və Almaniyanın “vahid, güclü Avropa” ideyası meyli Şərqi Avropa ölkələrinin meylindən fərqlənir. Fərqi yaradan iqtisadi amillərdir. İqtisadi cəhətdən inkişaf etmiş, öz enerji problemlərini həll etmiş ölkələr Avropanın siyasi maraqlarını, digər ölkələr isə iqtisadi maraqlarını ön plana çəkirlər. Nəticədə Rumıniyanın Azərbaycana, Dağlıq Qarabağ münaqişəsinə, yaxud elə Dnestryanı münaqişəyə münasibəti ilə Norveçin münasibəti arasında ciddi fərq meydana çıxır. Bu ciddi fərqin adı isə Avropanı geriyə sürükləyən, dəyərdən salan İKİLİ STANDARTLARDIR.
Avropanın postsovet məkanına baxışı uzun illərdir bir prinsipə əsaslanır - siyasi qarşıdurmaların, münaqişələrin nəticələrini Avropanın sərhədlərindən içəri buraxmamaq. Bu yanaşma qitənin sabiq SSRİ respublikalarına münasibətdə uzun illərdir yürütdüyü Avropaya inteqrasiya siyasəti ilə ziddiyyət təşkil edir. Əsl ikili standart budur, çünki özünə inteqrasiya etmək istədiyin cəmiyyətin problemlərinə biganə qala bilməzsən, yaxud biganə qaldığın bölgəni özünə inteqrasiya edə bilməzsən. Avropa institutlarının Dağlıq Qarabağ münaqişəsinə nəzərən tutduğu mövqe də məhz bu ikili standarta əsaslanır.
İnsan haqlarının pozulduğu ən münbit mühit müharibə, işğal və təcavüzdür. Dağlıq Qarabağ münaqişəsi də çoxsaylı insanların mülkiyyət hüququnu, yaşamaq hüququnu, təhsil, səhiyyə hüquqlarını pozub. Təbii ki, 1 milyona yaxın insanın hüquqlarının bərpası üçün ilk öncə münaqişə həll olunmalı, nəticələr aradan qaldırılmalıdır.
Və insan haqları ilə bağlı ittiham cəmiyyətin yalnız bir təbəqəsinin hüquqlarının müdafiəsinə yönəlməməlidir. Azərbaycanda insan haqlarının qorunması dedikdə, ilk növbədə daha çox hüququ pozulan 1 milyondan artıq qaçqın və məcburi köçkünün təbii hüquqlarının bərpası nəzərdə tutulmalıdır. Avropa institutlarının yanaşmasına baxdıqda isə bunun əksini görürük. AŞPA sessiyasında Azərbaycan prezidenti ilə deputatların polemikasını analiz etdikdə Avropanın ikili standartları daha aydın nəzərə çarpır. Avropalı parlamentarı müharibə qurbanı olan 1 milyondan çox insanın hüquqlarından çox, cinsi azlıqların, yaxud konkret cinayət əməlinə görə məhkum edilmiş şəxslərin hüquqları daha çox maraqlandırır. Eyni ikili yanaşma siyasi məhbuslar üzrə məruzəçi təyin edilməsi, Ermənistanın işğalçı siyasətini pisləyən qətnamə qəbulu məsələlərində də müşahidə olunur.
Avropalılar bu ikili yanaşmanı demokratiyanın təzahürü kimi qələmə verə bilər, amma ifrat demokratiyanın Avropa institutlarının dünyadakı siyasi çəkisinə mənfi təsir etdiyi ilk növbədə bizi yox, avropalıları maraqlandırmalıdır. Avropa Azərbaycan üçün ən pis halda enerji resursları ixrac etdiyimiz bazardır. Lakin prezident İlham Əliyevin çıxışı, üzərində dayandığı tezislər göstərdi ki, Azərbaycan Avropanı təkcə iqtisadi bazar kimi görmək istəmir, həm də elan etdiyi dəyərlərə sahib çıxan tərəfdaş kimi görmək istəyir. Bu tərəfdaşlıq Azərbaycandan çox Avropaya lazımdır, çünki hazırkı situasiyada enerji asılılığı yaşayan Avropa, onu bu asılılıqdan qurtara biləcək tərəf isə Azərbaycandır.
Avropanı ikili standartlara sövq edən təkcə siyasi və iqtisadi cəhətdən zəifləməsi deyil. Bu zəifləmənin də, ikili standart yürütməyin də təməlində acı bir gerçək durur - günün reallıqlarını qəbul və ya həzm edə bilməmək. Bu amil az qala Avropanın genetik xüsusiyyətinə çevrilib, qitənin iki dünya müharibəsindən də istənilən halda məğlub çıxmasının səbəblərindən biri də bu psixoloji baryeri aşa bilməmək olub – Avropa heç zaman günün reallıqları ilə barışa bilməyib. Bu isə Avropanı son yüz ildə üçüncü böyük məğlubiyyətə aparır./apa/
Strategiya.az
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM