Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzinin sədri, politoloq Rufiz Qonaqovun təqdimatında baş tutan "Bizim Planet" verilişinə qonaq olan millət vəkilləri Aydın Mirzəzadə və Rövşən Rzayev bir neçə mövzular ətrafında maraqlı müzakirələr aparıblar.
Həftə boyu baş verən əsas hadisələri tamaşaçılarının nəzərinə çatdıran Rufiz Qonaqov yeni informasiyaların analitik təqdimatı ilə çıxış edib. Politoloq ölkədə və xaricdə Xocalı qurbanlarının xatirəsinin anım tədbirlərinin keçirildiyini bildirib. Prezident İlham Əliyevin “Xocalı” memorial abidəsini ziyarəti zamanı Rossiya-24 telekanalına verdiyi müsahibəsini qonaqların və tamaşaçıların diqqətinə çatdırıb. Prezident müsahibəsində: “Bu günü Azərbaycan xalqı həmişə yadda saxlayacaq və heç vaxt unutmayacaq. Bu faciənin heç vaxt təkrarlanmaması üçün Azərbaycan daha güclü olmalıdır.” deyə qeyd etmişdir. Dövlət başçısının Azərbaycan xalqının gələcəkdə heç vaxt belə faciə ilə üzləşməməsi üçün ölkəmizin iqtisadi, hərbi potensialını möhkəmləndirməliyik kimi fikirləri ətrafında söhbət açılıb.
Millət vəkili Aydın Mirzəzadə Xocalı soyqırımının dünya tarixinin ən dəhşətli faciəsi olduğunu bildirib. Prezidentin müsahibəsindəki əsas məqamlara toxunan Aydın Mirzəzadə vurğulayıb ki, belə faciənin bir daha yaşayanmaması üçün hər birimiz çalışmalıyıq. “Heydər Əliyevin hakimiyyətə gəlməsi ilə bu cür terror aktlarının qarşısının alınması, Azərbaycanın regionun güclü dövlətinə çevrilməsi və bu siyasətin bu gün də davam etdirilməsi buna əsas verir” deyə millət vəkili bildirib.
Xocalı qurbanlarının və Vətənimiz üçün canından keçən şəhidlərimizin xatirəsini rəhmət və hörmətlə yad edən deputat Rövşən Rzayev ermənilər tərəfindən həyata keçirilən bu etnik təmizləmənin mənfur niyyətlərini diqqətə çəkib. O, bildirib ki, ilk dəfə 1992-ci ildə fevralın 12-də Qaradağlı, sonra da Xocalı soyqırımını reallaşdıran erməni siyasəti qarşısında Azərbaycan torpaqlarının növbə ilə işğal edilməsi dayanırdı. “ “Xocalıya ədalət” kampaniyası sayəsində dünyanın bir çox ölkələri, Amerikanın ştatları Xocalı həqiqətlərini öyrənib, Ermənistanı terrorçu dövlət kimi tanıyıb. Əfsuslar olsun ki, bu işğal hələ də davam edir və dünya birliyi bu ədalətsizlik qarşısında susur.”- deyə Rövşən Rzayev qeyd edib.
Veriliş boyu Sumqayıt hadisələri və bu hadisələrin baş verməsinin əsas səbəbləri, bunun növbəti erməni taxribatı olması, eləcə də SSRİ rəhbərliyi ilə birgə düşünülmüş və gələcəkdə Azərbaycan torpaqlarının işğalı planlarının tərkib hissələrindən biri kimi şərh edilib. Müzakirələr zamanı diqqətə çatdırılıb ki, həmin hadislərə SSRİ güc strukturlarının laqeyidliyi, bu məsələlərə sakit yanaşması, Azərbaycan istintaq orqanalarının ümumiyyətlə, bu hadisələrə qarışmaması əmrinin verilməsi, Azərbaycan daxili orqanlarını həmin hadisələrdən kənarda saxlamaq prinsipləri bir daha təsdiq edir ki, Sumqayıt hadisələri növbəti siyasi provakasiyadır.
"Bizim Planet" verilişindəki mövzulardan biri də Amsterdamda Avropa Azərbaycanlıları Konqresinin VI qurultayı zamanı prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovun çıxışı idi. Əli Həsənovun təhlükəsizliyin dövlət siyasətinin mühüm hissəsi olduğunu vurğulaması, Azərbaycanın işğal altında olan torpaqlarını hərb yolu ilə azad etməyə qadir olduğunu bəyan etməsi geniş diskussiyalarda diqqətə çatdırılıb. Bildirilib ki, beynəlxalq arenada Azərbaycan-Ermənistan münaqişəsinə düzgün yanaşılmaması, Avropanın bu münaqişənin həllindəki ikili standarları problemin həllini gecikdirir. Lakin Cənubi Qafqazın lider ölkəsi olan Azərbaycanın hazırki və artmaqda olan qüdrəti, eləcə də milliliyə söykənən daxili və xarici siyasəti münaqişənin həllini sülh ya da hərb yolu ilə Azərbaycanın xeyirinə dəyişəcəyi əminliklə ifadə edilib. Buna zəmin yaradan bir çox əsaslar var ki, onlardan biri də iqtisadiyyatın gücləndirilməsi, beynəlxalq standartlara cavab verən neft layihələrinin icrası, ölkə başçısı tərəfindən aparılan islahatlar, cəmiyyətdə görülən işlər, çox saylı sərəncamlar Azərbaycanın gələcəkdə davam edəcək və daha da yüksələcək nüfuzundan xəbər verir.
Qeyd olunub ki, Dünya İqtisadi Forumunun “2017-2018 Qlobal Rəqabətlilik Hesabatı”nda Azərbaycan reytinqdə daha 2 pillə irəliləyərək 35-ci yerdə qərarlaşıb. Dünyanın ən mötəbər reytinqində Azərbaycan dünya ölkələrinin hər 4-dən 3-ünü geridə qoyaraq, MDB-də liderliyini qoruyub. Hətta G20-yə daxil olan İtaliya, Rusiya, İndoneziya, Hindistan, Türkiyə, CAR kimi ölkələr də iqtisadiyyatın rəqabət qabiliyyəti indeksinə görə Azərbaycandan geridə qalır.
Bildirilib ki, Azərbaycan sürətli inkişaf yolundadır və bu uğurlar davam etdiriləcəkdir.
Strategiya.az
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM