Şura 463 QHT-ni qalib elan edib

08:15 / 06.03.2018

Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının növbəti iclası keçirilib.

Şura sədrinin müavini Vüsal Quliyev iclası açaraq gündəliyə təklif olunan Şuranın 2018-ci il birinci qrant müsabiqəsinin nəticələri, “Hasilat Sənayesində Şəffaflıq” prosesində QHT-lərin iştirakı mövzusunda qrant müsabiqəsinin yekunları, cari ilin fəaliyyət planı, Şuranın 2018-ci il ikinci qrant müsabiqəsinin elan edilməsi haqqında məsələni elan edib.

Şuradan bildirilib ki, gündəlik yekdilliklə təsdiq olunub.

Şura Katibliyinin icraçı direktoru Fərasət Qurbanov 2018-ci il birinci qrant müsabiqəsi ilə bağlı Şuranın elektron resursuna 651 daxil olmanın qeydə alındığını, onlardan 647 təşkilatın layihə təqdimetmə mərhələsində iştirak etdiyini, 53 təşkilatın texniki şərtlərlə bağlı yol verdiyi qüsurlara görə prosesdən kənarda qaldığını, 594 layihənin isə ekspertizaya göndərildiyini bildirib.

İcraçı direktor ötən il dekabrın 7-də “Hasilat Sənayesində Şəffaflıq” (HSŞ) prosesində QHT-lərin iştirakı mövzusunda qrant müsabiqəsi elan edildiyini, bununla bağlı Şuraya 24 müraciətin daxil olduğunu deyib. F.Qurbanov 444 təşkilatın 2018-ci il birinci qrant müsabiqəsində, 19 təşkilatın isə HSŞ müsabiqəsində (cəmi 463) tələb olunan ekspert balını topladığını bildirib.

Fərasət Qurbanov Şuranın 2018-ci il fəaliyyət planı haqqında da ətraflı məlumat verib. Katibliyin icraçı direktoru Şuranın 2018-ci il ikinci qrant müsabiqəsinin mövzuları, prosedurları, şərt və qaydaları haqqında da geniş məruzə edib.

Qeyri-Hökumət Təşkilatlarının ölkənin ictimai həyatında fəal iştirak etdiyini qeyd edən Şura sədrinin müavini Vüsal Quliyev 2018-ci il birinci qrant müsabiqəsinə müraciət edən QHT-lərin layihələrinin 80 faizinin ekspert ballarının müsbət olmasını təqdirəlayiq hal kimi dəyərləndirib. O həm yeni yaranan, həm də təcrübəli QHT-lərin cəmiyyət üçün faydalı təşəbbüslərlə çıxış etdiyini vurğulayıb.

Şura üzvləri Şahin İsmayılov, Rufiz Qonaqov, Sahib Məmmədov, Emin Həsənli, Əliməmməd Nuriyev, Nərgiz Xələf və Anar Xəlilov çıxış edərək gündəlikdəki məsələlərlə bağlı təkliflərini bildiriblər.

Şura 2018-ci il birinci qrant müsabiqəsinin, “Hasilat Sənayesində Şəffaflıq” prosesində QHT-lərin iştirakı mövzusunda qrant müsabiqəsinin nəticələrini və qurumun 2018-ci il fəaliyyət planını təsdiq edib. İclasda həmçinin 2018-ci il ikinci qrant müsabiqəsinin elan edilməsi haqqında da qərar qəbul edilib.

Yuxarıda qeyd olunan hər iki qrant müsabiqələrinin nəticələri və 2018-ci il ikinci qrant müsabiqəsinin mövzuları ilə Şuranın internet saytlarında (www.cssn.gov.azwww.qhtxeber.az və www.e-qht.az) tanış olmaq mümkündür.


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM