"Az, oğlan görəndə dingildəyirsiz, yaşlı görəndə də kor olursuz"

19:28 / 06.03.2018

Könül QULİYEVA,

Hüquqşünas
 
İctimai nəqliyyatda bəzən gənclərin qocalara yer verməməsi hallarına yəqin ki, şahid olmusunuz. Bu hallarla rastlaşanda istər-istəməz narahat oluruq və belə halların olmamasını arzulayırıq. Ancaq gənclərə mədəni şəkildə böyüklərə yer verilməsi zərurətini anlatmaq əvəzinə, bu hallara görə onların təhqiredici ifadələrlə aşağılanması yolverilməzdir. 
 
Mütəmadi olaraq ictimai nəqliyyatda bəzi yaşlı qadınların gənclərə qarşı qeyri-adekvat davranışlarının şahidi oluram. Belə yanaşma gənclərdə ictimai dəyərlərimizə qarşı ikrah hissi yaradır. Xüsusilə də belə durumda bəzi qadınların "müdrikcəsinə” gənclərə guya hansısa "dəyərlər”i aşılamaq, öyüd-nəsihət vermək istəyi, bu dəyərləri daha çox gözdən salır, nəinki onu təbliğ edir.
 
Bir gün təxminən 40-45 yaşlı bir qadın, yaşı bəlkə də 18-i tamamlamamış gənc qıza- "az, oğlan görəndə dingildəyirsiz, yaşlı görəndə də kor olursuz. Dur, o yaşlı kişiyə yer ver” deməsinin şahidi oldum. Həmin qadına gəncin cavabı, "siz bilirsiniz mən niyə ayağa qalxmadım? Səbəbi bilmədən məni niyə təhqir edirsiniz?”- oldu. 
 
Bu qadın daha ağır təhqiredici ifadələrlə gənc qızı o həddə çatdırdı ki, hirsindən ağlaya-ağlaya çantasını onun üstünə atdı. Üz-gözündən və əllərinin əsməsindən əsəb xəstəliyi hiss olunan bu gənc qızı heç kim azğınlaşmış qadınının əlindən ala bilmirdi. Ağzını açanı da həmin qayda ilə təhqir edirdi. Növbəti dayanacaqda avtobusda olan digər gənclər döyülüb haldan düşmüş, huşunu itirəcək bir hala gəlmiş bu zavallı qıza yardımçı olaraq onunla birlikdə düşüb, tək buraxmadılar. 
 
Bu günlərdə isə yenə də 18 saylı marşurutla hərəkət edən avtobusda heç 15-16 yaşını tamamlamamış arıq, cılız və hicablı bir gənc qız oturub sosial şəbəkədən istifadə edirdi. Birdən yenə ortayaşlı bir qadın: "Az, o telefonda kimin evini yıxırsan? Ona-buna yazdığını saxla, dur, ağbirçək qadına yer ver”- dedi. 
 
Yeniyetmə qız qıpqırmızı olaraq, özünü belə müdafiə edə bilmədi. Ağlamaq necə tutdusa, sonradan davam edən digər təhqirləri yəqin ki, eşidə bilmirdi. Qızı müdafiə edən hər kəsə isə "siz də onun kimi tərbiyə almısınız”- deyərək, aşağılayırdı. 
 
Təbii ki, mən bu kimi davranışları susqunluqla qarşılaya bilmirəm və yerindəcə lazımı addımları atıram. Hər iki qadını hüquqi arqumentlərlə susdursam da, düşünürəm ki, gənclərin günbəgün belə təhqir olunması, döyülməsi və həmin şəxslərin kənardan olan qınaqlarla susdurulması heç də doğru hal deyil. Əslində, bu əməl kiçik xuliqanlıqdır və düşünürəm ki, bizim hər birimiz üzləşdiyimiz belə xuliqanlıqlarla bağlı hüquq müstəvisində ölçü götürməliyik.
 
Bir gənci ictimai nəqliyyatda məhz yaşlıya yer verməməsinə görə kobud şəkildə təhqir edən adamları ictimai qınaq obyektinə çevirməklə yanaşı, təhqirə görə həm də cəzalandırmaq lazımdır. Odur ki, hüququnu bilməyən gənclərə xatırlatmaq istəyirəm ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 46-cı maddəsi sizə bu hüququ tanıyır. 
 
Maddədə göstərilir ki: "Hər kəsin öz şərəf və ləyaqətini müdafiə etmək hüququ var. Şəxsiyyətin ləyaqəti dövlət tərəfindən qorunur. Heç bir hal şəxsiyyətin ləyaqətinin alçaldılmasına əsas verə bilməz”. 
 
Xatırladım ki, şərəf və ləyaqətin müdafiəsi hüququnu rəhbər tutaraq aidiyyatı qurumlara müraciət etmək olar. Həmçinin, ictimai qaydaların, ictimai təhlükəsizliyin və mənəviyyatın əleyhinə olan inzibati xətalara da yol verməməliyik. 
 
Yaşlı insanlara hər zaman hər yerdə sayğı ilə yanaşmaq, onlara hər mənada yardımçı olmaq bütün gənclərin mənəvi borcudur. Bu mənəvi borc dədə-babalarımızdan bizlərə qalan ən dəyərli mirasdır. Bir çox xalqlar bizim bu mənəvi zənginliyimizə heyranlıqla yanaşırlar və bu kimi dəyərləri bizlərdən öyrənirlər. 

Bəs bizlər, indiki gənc nəsilə bunları necə öyrədirik? Aqressivliklə, söyüş və təhqirlərləmi?

Üzündən saflıq, məsumluq yağan 15-16 yaşlı qıza "kmin evini dağıdırsan?” ifadəsi ilə aşağılamağa heç kəsin haqqı yoxdur. Əgər kimsə özündə belə bir haqq olduğunu düşünürsə, o, ümumiyyətlə dəyərdən xəbərsiz olan cahildir. Biz doğurdan da gənclərimizə adətlərimizi aşılamaq istəyiriksə, bunu sevgiylə etməliyik. Onlardan çox nəzakətlə yaşlılara, əlillərə, körpələrə, hamilə qadınlara yer verməsini xahiş etməklə bu adəti onların beyninə həkk edə bilərik. 
 
Bəzən elə gənclər var ki, çox ciddi sağlıq problemi olduğunu kimsəyə açıb deyə bilmir və belə təhqirlərə, qınaqlara görə ağlamalı olur, mənəvi sarsıntı keçirir. Cəmiyyətimizin bu günündən gələcəyinə körpü olan gənclərimizi aşağılamağa nə adətlərimiz, nə də qanunlarımız icazə verir. 
 
Belə neqativ hallarla rastlaşdıqda ona mütləq münasibət ifadə edin. 

Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM