Almaniyanın Münxen şəhərində keçirilən təhlükəsizlik məsələlərinə dair illik konfransda bir sıra ölkələrin başçıları iştirak ediblər. Onların sırasında Ermənistan prezidenti Serj Sarkisyan da vardı. S.Sarkisyan tədbirdə çıxış edib. Bir neçə məsələni əhatə edən mətn qısadır və əsasən Ermənistanın xarici siyasət fəaliyyətindən danışan S.Sarkisyan müəyyən dərəcədə beynəlxalq siyasətə də toxunub. Ancaq onun əsas qayğısı yenə də Azərbaycan və Türkiyə ilə bağlı olub. Erməni lider yenə də tam əsassız, iftira və yalanla dolu fikirlər ifadə edib. O, Bakı və Ankaranı sülhə gəlməməkdə günahlandırmağa çalışıb. Lakin heç bir arqument gətirə bilməyib. Dediklərinə reaksiya da minimum olub. Müzakirələr zamanı verilən suallara özünün məhdud regional təfəkkürü çərçivəsində primitiv cavablar verib. Yəni faktiki olaraq heç birinə normal cavab verə bilməyib. Bütün bu məsələlərin geosiyasi aspektləri üzərində dayanmağa çalışacağıq.
Cavabsız suallar: Serj Sarkisyanın çaşqınlığı
Ondan heç zaman həqiqi siyasi lider formalaşmayacaq. Dünyagörüşü məhdud, siyasi görüşləri məhdud radikal milliyyətçilikdən kənara çıxa bilməyən adamdır. O, dünyaya "balaca separatçı" kimi gəlib, elə o statusda da gedəcək. İndi Ermənistan adlı vassal dövlətə, forposta rəhbərlik edən Serj Sarkisyan haqqında onun Münxen Təhlükəsizlik Konfransdakı çıxışında ifadə olunan fikirlərinə nəzər saldıqda və tədbirdə verilən suallara cavablardan sonra yalnız bu nəticəni çıxarmaq olar.
Biz S.Sarkisyanın bir neçə ildir ki, müxtəlif tədbirlərdəki çıxışlarını izləyirik. Etiraf edək ki, o, bizi təəccübləndirir; bəsit məntiqi, radikal siyasi mövqeyi və qaba fikirləri ilə! Adam heç dəyişə bilmir! Münxendə də Yan Bremerin suallarına cavab verə bilməməsi, onlardan faktiki olaraq yan keçməsi ayrıca bir komik səhnə idi (bax: На Мюнхенской конференции по безопасности Президент ответил на вопросы участников обсуждения / "President.am", 17 fevral 2018).
Xatırladaq ki, Yan Bremer "Avrasiya" qrupunun yaradıcısı və hazırda sədridir. O, S.Sarkisyana xarici siyasət məsələləri ilə bağlı suallar verib. Y.Bremer soruşub ki, rəsmi İrəvanın "Aİ ilə assosiativ üzvlüklə bağlı sazişi imzalamaqdan imtina etməklə Avrasiya İqtisadi İttifaqına üzv olması necə seçim idi? Siz qorxdunuzmu? Rusiyanın təsiri oldumu? Budurmu yeni model və ya yeni ideya?" (bax: əvvəlki mənbəyə).
S.Sarkisyan isə cavabında deyib ki, Avropa İttifaqı Ermənistanla saziş imzalamaqdan imtina edib (?). Guya o, şərt qoyub, Ermənistan isə onu qəbul etməyib. Əslində isə Brüssel dəqiq mövqe tutmağı tələb edirdi ki, bunda da tam haqlıdır. S.Sarkisyan da öz mövqeyini, yəni seçimini etdi – o, Moskvaya üstünlük verdi. İndi isə hiyləgərcəsinə və əbləhliklə Avropanı ittiham etməyə çalışır. Və bunun üçün də özünün ənənəvi böhtan dəst-xəttini davam etdirir. O, Y.Bremerin ikinci və üçüncü sualına verdiyi "cavab"da ... Azərbaycan və Türkiyəni günahlandırmağa çalışır.
Üstəlik, deyir ki, Ermənistan təcrid olunmayıb, onun vətəndaşlarının orta əmək haqqı Azərbaycanda olandan yüksəkdir. Görün, Ermənistan Milli Statistika Komitəsi sədrinin müavini Qurgen Martirosyan jurnalistlərlə görüşündə nə deyib. O vurğulayıb ki, 2017-ci ilin yanvarında Ermənistanda tərəvəz və kartofun qiyməti 49% (!) artıb. Bütövlükdə ərzaq məhsullarının qiyməti 2016-ya nisbətən 7,4% yüksəlib. Meyvələrin qiyməti 10,9% artıb (bax: Жизнь в Армении в 2017 году стала дороже – цены бьют рекорды / "Sputnik", 6 fevral 2017).
Həyat səviyyəsinə görə isə MDB dövlətləri içərisində ən aşağı olanı Ermənistandır (bax:Средняя зарплата в Армении в 2016-2017 году / "VisaSam.ru"). Orta əmək haqqı 2015-ci ildə Ermənistanda 383 ABŞ dolları, Azərbaycanda isə 439 ABŞ dolları olub. 100 erməni dramı indi 11,3 rubldur, 1 Azərbaycan manatı isə 35 rubldur! 100 erməni dramı 21 sentdir (!), 100 Azərbaycan manatı isə 58 dollardır! Bunlardan başqa, kim Ermənistanın regiondakı beynəlxalq layihələrdən birində iştirak etdiyini deyə bilər? Belə bir layihə mövcuddurmu? Yoxdur! Bəs bunun adı "təcrid" deyilsə, nədir?
İddialar və reallıq: ədalətlə böhtan arasında
Ermənistanın bu vəziyyətə düşməsinin səbəbi də məlumdur – Azərbaycan torpaqlarını işğal etməsi! Bu barədə Azərbaycan Prezidenti İlham Əliyev dəfələrlə deyib. Bəzən yüksək səviyyəli xarici qonaqlar Ermənistanın da layihələrə qoşulması ilə bağlı söz açmağa çalışıblar. Buna cavab olaraq dövlət başçısı yalnız bir səbəbi göstərir: Ermənistan silahlı qüvvələri işğal etdiyi Azərbaycan ərazilərini tərk etməyincə, heç bir əməkdaşlıqdan söhbət gedə bilməz.
Son zamanlar ermənilər ümidlərini İran vasitəsi ilə dəmiryolu və qaz kəmərləri çəkməyə bağlayırdılar. Ancaq bu da boşa çıxıb və indi faktiki olaraq Ermənistan Gürcüstana yalvarır ki, Rusiya ilə dəmiryolu əlaqəsi yaratmağa imkan versin. Baxın, belə aciz bir ölkənin başçısı Münxen Konfransı kimi mötəbər bir tədbirdə həm öz ölkəsi barədə yalan danışır, həm də Azərbaycan və Türkiyəni nələrdəsə əsassız olaraq günahlandırmağa çalışır. Onun çıxışında Azərbaycanı Dağlıq Qarabağ məsələsində günahlandırmağa cəhd göstərməsi də son dərəcə böyük yalan üzərində qurulmuş sayıqlamalar idi.
Serj Sarkisyan özünü elə aparır ki, guya əzəldən Ermənistanın silahlı qüvvələri Qarabağda və ətraf rayonlarda olublar, indi Azərbaycan güclə onları oradan çıxarmaq istəyir. Bütün dünya da bu yalana inanıb Azərbaycana təpki göstərməlidir. Lakin reallığı hər kəs bilir. Bu, BMT, ATƏT, Avropa Şurası, İƏT, Avropa İttifaqı, NATO, Qoşulmama Hərəkatı və digər beynəlxalq qurumların uyğun sənədlərində dəqiq ifadə olunub. Məsələn, BMT Təhlükəsizlik Şurası qəbul etdiyi dörd qətnamənin hamısında açıq bildirib ki, Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarını tərk etməlidir. Heç olmasa bu faktın fonunda S.Sarkisyanın azca da olsa, ədalətli olması ona yalnız şərəf gətirərdi. Ancaq, deyəsən, onun şərəfdən başqa, hər şeyi vardır!
Sonra, Serj Sarkisyanın Türkiyəni ittiham etməyə çalışması gülüncdür. O deyir ki, Ermənistan Türkiyə ilə münasibətlərin normallaşmasına həmişə çalışıb. Ancaq Ankara Bakının tərəfini tutur və qeyri-dost münasibət göstərir (bax: Президент принял участие в Мюнхенской конференции по безопасности / "President.am", 17 fevral 2018).
Həqiqət nədən ibarətdir? Ankara ifadə edir ki, erməni silahlı dəstələri zəbt etdiyi qonşu Azərbaycanın ərazilərini tərk etməsə, hər hansı əməkdaşlıqdan söhbət gedə bilməz. Bu, ortaya Azərbaycanı atmaq deyil, Ermənistanı təcavüzkarlıqdan çəkinməyə dəvətdir, sülh içində yaşamağa çağırışdır. Siz necə təsəvvür edirsiniz, minlərlə azərbaycanlını qətlə yetirən, əsir saxlayan, uşaq, qadın, qoca demədən zorakılıq işlədən və işğalçı kimi davranmaqda davam edən Ermənistanla Türkiyə necə əməkdaşlıq edə bilər? Bu, absurd bir tələbdir və yerinə yetirilməsi mümkün deyil.
Ancaq S.Sarkisyanın Türkiyə məsələsini Münxen Konfransında ayrıca vurğulamasının səbəbi də olmamış deyil. Çünki cəmi bir il əvvəl onun BMT-nin Nyu-Yorkda keçirilən iclasında, necə deyərlər, ağzından od-alov püskürürdü! S.Sarkisyan onda çox radikal mövqedə idi. İndi isə adam muma dönüb, Türkiyə ilə əlaqələrin bərpasından dəm vurur, yeni danışıqlara hazır olduğunu bəyan edir. Görünür, bu "balaca separatçı"nı Afrin əməliyyatı yumşaldır. Çünki bütün dünya görür ki, türk rəhbərliyi kimsədən məsləhət almır və türk ordusu bir mükəmməl savaş maşını kimi terrorçuları məhv edir. Bəzilərinin ələkeçməz adlandırdıqları ən müasir mühəndis qurğularını belə ustalıqla tuta bilir. Müxtəlif tərəflərdən Ankaranı dayandırmağa çalışanlara Rəcəb Tayyib Ərdoğanın cavabı birdir: "Son terrorçu qalana qədər gedəcəyik"!
Azərbaycan Prezidenti İlham Əliyev də işğal olunmuş torpaqların azad ediləcəyini qətiyyətlə ifadə etməkdədir və tarixi torpaqlarımızın da unudulmadığı mesajını verir. Bax, bunlar həm də sarkisyanlara mesajdır! Onlara xəbərdarlıqdır ki, əgər danışıqlarla zəbt etdiyiniz Azərbaycan torpaqlarını tərk etməsəniz, hərbi yolla məsələni həll edəcəyik.
Beləliklə, S.Sarkisyanın Münxen Konfransındakı çıxışı və müzakirələrdə verilən suallara cavabı primitiv, bəsit məntiqdən başqa bir şey deyil. Onun orada boşboğazlıq etdiyini zaman da göstərəcək. Ancaq indidən bir sıra erməni ekspertləri Serj Sarkisyanın Münxen "imtahanından kəsildiyini" yazır (bax: məs., В Мюнхене Серж Саркисян не ответил на главный вопрос / "Lragir.am", 18 fevral 2018). Ümumiyyətlə isə S.Sarkisyan həyat imtahanından kəsilmiş adamdır!
Newtimes.az
Strategiya.az
Bakıda yeni dələduz peyda oldu: bu qadın görün nələr edib – VİDEO
TƏHLÜKƏ: Şagirdlər qapısı açıq avtobusdan sallanaraq gedir - VİDEO
Cahangir Hacıyevin arvadınadan 21 milyon dollarlıq xəbər - VİDEO
Bakıda DƏHŞƏT: Sahibsiz itlər azyaşlılara hücum çəkdi - VİDEO
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM