Müasir dünyada qadınların sosial-siyasi sahədə fəaliyyətinə, onların hüquqlarının qorunmasına və ictimai fəallıqlarının yüksəldilməsinə ciddi diqqət yetirilir. Eyni zamanda, hər bir cəmiyyətin həyatında qadınların tarixən özünəməxsus yeri olub. Azərbaycanda qadınların yeri və rolu həmişə böyük olub. Cəmiyyətin tərbiyəsində onların əvəzedilməz yeri vardır. Azərbaycanlı qadınlar sülh yaradıb, qan davalarını dayandırıblar, bütün cəmiyyətdə mehribançılığın bərqərar olmasına ciddi töhfələr veriblər. Müasir mərhələdə isə Azərbaycan qadınları dövlətin idarə edilməsində keyfiyyətcə yeni səviyyədə iştirak edir, siyasi, elmi, təhsil, iqtisadi, mədəni və başqa sahələrdə daha aktiv fəaliyyət göstərirlər. Bu mənada Azərbaycanın Birinci xanımı və Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva bütün qadınlar üçün örnəkdir. Mehriban xanımın həyat fəaliyyəti üzərində geniş dayanmağa böyük ehtiyac duyuruq.
Xoşməramlı səfir: sülh və humanizm naminə
Azərbaycan cəmiyyətində qadınların həmişə öz yeri olub. Azərbaycanlılar üçün qadın hər şeydən öncə ana, həyat yoldaşı və bacıdır. Azərbaycan qadınlarının Vətəni kişilərlə birgə çiyin-çiyinə qorumasının da saysız-hesabsız nümunələri var. Bununla yanaşı, tariximizdə qadınların dövlət işlərində, siyasətdə və diplomatiyada da böyük nümunələr yaratdığı məlumdur. Müstəqillik dönəmində qadınlar cəmiyyətin bütün sahələrində fəal çalışırlar. Mehriban xanım Əliyeva isə fəaliyyəti ilə sözün həqiqi mənasında bütün dünya qadınları üçün örnək ola bilər.
Təsadüfi deyil ki, Prezident İlham Əliyevin 21 fevral 2017-ci il tarixli sərəncamı ilə Mehriban xanım Əliyevanın Azərbaycan Respublikasının Birinci vitse-prezidenti vəzifəsinə təyin edilməsi cəmiyyət tərəfindən böyük razılıqla qarşılandı. Uzun illərdir ki, çoxşaxəli fəaliyyəti ilə Mehriban xanım müstəqil dövlətin və xalqın inkişafına böyük töhfələr verib. Azərbaycanın Birinci xanımının fəaliyyətini beynəlxalq təşkilatlar da yüksək dəyərləndirirlər.
Faktlarda bunu aydın görə bilərik. Belə ki, Mehriban xanım 2004-cü ildə UNESCO-nun, ondan cəmi iki il sonra ISESCO-nun xoşməramlı səfiri adına layiq görüldü. 2007-ci ildə "Qızıl ürək" beynəlxalq mükafatını alıb. Həmin ildə Dünya Səhiyyə Təşkilatının İhsan Doğramacı adına Ailə Sağlamlığı Fondunun mükafatına layiq görülüb. 2009-cu ildə "XXI əsrin böyük qadını" laureatı olub. 2010-cu ildə Fransanın "Şərəf legionu" ordeninə və UNESCO-nun "Qızıl Motsart" medalına layiq görülüb. Mehriban xanım müxtəlif din mənsublarına xoş münasibət və qayğı göstərməklə də beynəlxalq aləmin diqqətini çəkib. Bu səbəbdəndir ki, Mehriban xanıma "Əsrlərin xeyriyyəçiləri" Beynəlxalq Fondunun "Yaqut Xaç" ordeni verilib, Rus Pravoslav Kilsəsi onu II dərəcəli Müqəddəs Mələksima Knyaginya Olqa ordeni ilə təltif edib.
Təbii ki, bir azərbaycanlı qadının həm ölkə daxilində, həm də beynəlxalq aləmdə yüksək qiymətləndirilməsi çox sevindiricidir. Mehriban xanım Əliyeva ilə bağlı isə daha önəmlisi, onun dövlət, millət və bəşəriyyət əhəmiyyətli proqramlar həyata keçirməsidir. Konkret desək, Azərbaycanın Birinci xanımı dünya miqyasında qiymətləndirilən fəaliyyət göstərməkdədir.
Mehriban xanımın həyat yoluna nəzər saldıqda, daim mədəniyyət, xeyriyyə, qayğı, yardım etmə kimi humanist fəaliyyətdə olduğuna tam əmin oluruq. Uzun illərdir ki, Heydər Əliyev Fondunun Prezidenti kimi, vətənpərvərliyə, humanizmə, mərhəmətə, şəfqətliyə əsaslanan proqramları ilə böyük maraq doğurub. Fond Azərbaycanla yanaşı, regionda, Rusiya Federasiyasında, Asiya ölkələrində, Avropada çox humanist məzmunlu mədəniyyət layihələri reallaşdırmaqla böyük rəğbət qazanıb.
Bu xüsusda Heydər Əliyev Fondunun Gürcüstanda kilsələrə təmənnasız yardım etməsini vurğulamamaq mümkün deyil. Fondun birbaşa dəstəyi ilə Parisdəki Luvr muzeyində İslam incəsənəti bölməsinin yaradılmasını ayrıca qeyd etmək lazımdır. Versal sarayında isə Mehriban xanım tarixi incəsənət abidələrinin bərpası işlərini təşkil edib. Bunlardan başqa, İkinci Dünya müharibəsi nəticəsində dağıdılmış Berlin qalasının və Vatikan arxivində saxlanılan nadir əlyazmaların da bərpasını Azərbaycanın Birinci xanımının rəhbərlik etdiyi Fond həyata keçirib. Vatikanda yerləşən qədim heykəllərin bərpası barədə italyanlar indi də razılıq hissi ilə danışırlar. Roma şəhərində yerləşən Kapitoli Muzeyində "Filosoflar zalı"nı bərpa edən Heydər Əliyev Fondu bu sahədə ən böyük nailiyyətlərə belə imza ata bildiyini sübut edib.
Milli dəyərlərin keşiyində: dünya mədəniyyətinə inteqrasiya
Azərbaycanın Birinci xanımı ilk növbədə milli maraqların keşiyində duran xadimdir. Məhz Mehriban xanımın birbaşa təşəbbüsü ilə ənənəvi milli musiqinin, ədəbiyyat və poeziyanın inkişafı ilə bağlı olduqca mühüm proqramlar həyata keçirilir. Azərbaycan muğam sənətinin dünyada tanınması istiqamətində də böyük işlər görülüb. Mehriban xanım Bakıda analoqu olmayan Muğam Mərkəzi inşa etdirib. Muğamın dünyada tanıdılması üçün böyük layihələr həyata keçirib. Dünyanın müxtəlif ölkələrindən dəvət olunan tanınmış musiqiçilərin iştirakı ilə təşkil edilən musiqi festivalları və gecələri, ümumiyyətlə, mədəniyyətin sosial əhəmiyyətinin yüksəldilməsində əhəmiyyətli yer tutan tədbirlərdəndir.
Mehriban xanım Əliyeva Azərbaycan mədəniyyəti, elmi və incəsənətinin bütün sahələrinə qayğı göstərir. Onun təşkilatçılığı ilə ölkənin tanınmış alimləri və incəsənət xadimlərinin təbliği istiqamətində əvəzedilməz proqramlar reallaşır. Bu sırada "Kitabi-Dədə Qorqud" dastanının 1300 illiyinin beynəlxalq miqyasda qeyd olunmasını, UNESCO-nun "Dünya irs siyahısı"na İçərişəhərin Şirvanşahlar Saray Kompleksi ilə birgə daxil edilməsini ayrıca qeyd etmək gərəkdir. O cümlədən Nəsrəddin Tusinin anadan olmasının 800 illik yubileyinin keçirilməsini vurğulamaq lazımdır. Mehriban xanım məşhur şərqşünas alim Mirzə Kazımbəyin də 200 illik yubileyini keçirib. Bunlardan başqa, tanınmış rəssam Səttar Bəhlulzadənin, məşhur yazıçı və pedaqoq Mir Cəlal Paşayevin, akademiklər Yusif Məmmədəliyev və Musa Əliyevin 100 illik yubileylərinin keçirilməsinin də müəllifi məhz Mehriban xanım Əliyevadır.
Təbii ki, bütün bunlar həm də Azərbaycan mədəniyyətinin təbliğinə əvəzsiz töhfələr verir. Eyni zamanda, dünya mədəniyyətinin bir hissəsi olan milli mədəniyyətimizin digər mədəniyyətlərlə qarşılıqlı əlaqəsinə daha geniş imkanlar açır və Azərbaycan mədəniyyətinə qəsd etmək istəyənlərin əl-qolunu bağlayır. Sirr deyil ki, bədnam qonşularımız daim Azərbaycan mədəniyyət nümunələrini öz adlarına çıxarmağa çalışıblar. Deməli, Mehriban xanım milli mədəniyyətin təbliğatçısı olmaqla yanaşı, həm də onun fəal qoruyucusudur.
Yuxarıda vurğulananlardan aydın olur ki, Mehriban xanım Əliyevanın fəaliyyətinin digər mühüm aspekti mədəniyyətlər arasında əlaqələrin inkişaf etdirilməsidir. Heydər Əliyev Fondu konkret olaraq musiqi təhsili və müxtəlif mədəniyyətlər arasında əlaqələrin inkişaf etdirilməsi ilə bağlı mühüm proqramlar reallaşdırır. Bununla da Mehriban xanım dünya mədəniyyətinin inkişafında, sivilizasiyalararası dialoqun möhkəmlənməsində böyük rol oynamış olur.
Doğrudan da, faktlar göstərir ki, milli mədəniyyətin inkişafına, başqa xalqların mədəniyyətinin qorunmasına və mədəniyyətlərarası əlaqələrin inkişafına böyük töhfələr verən Mehriban xanım həm də yüksək səviyyədə sivilizasiyalar və dinlərarası dialoqun reallaşması üçün böyük əmək sərf edir. Azərbaycanın Birinci xanımı sülh və tolerantlığın yayılması, bütün dünyada humanist dəyərlərin bərqərar olması üçün müntəzəm tədbirlər həyata keçirir.
Hələ 2005-ci ildə Parisdə UNESCO-nun 60 illiyinə həsr edilmiş "Sivilizasiyalararası dialoq" həftəsi çərçivəsində çıxış edən Mehriban xanım Azərbaycanın qlobal mədəni dialoqa töhfəsini verməyə hazır olduğunu ayrıca ifadə etmiş, Azərbaycanın Şərqlə Qərbin qovşağında yerləşən ölkə kimi bunun üçün geniş imkanlara malik olduğunu vurğulamışdı. Həmin sözlər Azərbaycanın Birinci xanımının keçirdiyi yüksək səviyyəli beynəlxalq tədbirlərdə öz ifadəsini tapmışdır.
2008-ci il iyunun 10-11-də Bakıda "Mədəniyyətlərarası dialoqda qadınların rolunun genişləndirilməsi" mövzusunda böyük tədbir keçirildi. 2009-cu ildə isə Bakı İslam mədəniyyətinin paytaxtı elan edildi. 2011-ci il aprelin 7-8-də Bakıda Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu yüksək səviyyədə təşkil edildi. Bütövlükdə mədəniyyətlərarası dialoqa həsr edilmiş bir neçə möhtəşəm beynəlxalq tədbirə Azərbaycan paytaxtı ev sahibliyi edib.
Mehriban Əliyevanın idmanın inkişafına verdiyi töhfələr hamıya məlumdur. Azərbaycanın Birinci xanımı 2002-ci ildən Azərbaycan Gimnastika Federasiyasının Prezidentidir. 2003-2004-cü illərdə ölkə beynəlxalq gimnastika yarışlarına ev sahibliyi edib. 2015-ci ildə isə Mehriban xanım Azərbaycanda birinci Avropa Oyunlarının və bədii gimnastika üzrə beynəlxalq kubok yarışının uğurla keçməsində böyük rol oynayıb. O, "Eurovision" mahnı müsabiqəsi və IV İslam Həmrəyliyi Oyunları kimi mötəbər yarışların yüksək səviyyədə keçirilməsi işinə də bilavasitə rəhbərlik edib.
Elm, təhsil, səhiyyə və idman: Mehriban xanımın yüksək qayğısı
Yeri gəlmişkən onu da demək zəruridir ki, Mehriban xanımın idmana böyük diqqət yetirməsi təsadüfi deyil. Azərbaycan gənclərinin hərtərəfli inkişafı üçün çalışan Mehriban xanım gənc nəslin intellektual və fiziki inkişafı istiqamətində mühüm işlər görür. İndi hər bir Azərbaycan vətəndaşı tez-tez eşidir ki, Mehriban xanım təhsil, elm, incəsənət sahələrində müntəzəm olaraq proqramlar reallaşdırır. Yeni məktəblər inşa etdirir, təlim-tədris prosesinə lazımi şərait yaratmağa böyük dəstək verir. Bu aspektdə Heydər Əliyev Fondunun təşəbbüsü ilə həyata keçirilən "Yeniləşən Azərbaycana yeni məktəb" layihəsini ayrıca vurğulamaq lazımdır. Bu layihə çərçivəsində 2005-ci ildə 132 məktəb tikilib. 2006-cı ildə bu rəqəm 100 olub. Onların hamısı müasir tədris avadanlıqları ilə təchiz olunub.
Heydər Əliyev Fondunun "Təhsilə dəstək" layihəsi də həyata keçirdiyi işlərlə diqqəti çəkib. Bu layihə çərçivəsində qaçqın, məcburi köçkün ailələrindən olan birinci sinif şagirdlərinə çanta və məktəb ləvazimatı hədiyyə edilir, Qax, Zaqatala, Balakən rayonlarında tədrisin gürcü dilində aparıldığı məktəblərə yeni dərslik və tədris ləvazimatları göndərilir. Bu bağlılıqda Gürcüstanda yaşayan azərbaycanlı birinci sinif şagirdləri üçün də dərsliklərin və ləvazimatların çatdırılmasının xüsusi əhəmiyyəti olduğunu vurğulamalıyıq.
Azərbaycanın Birinci xanımı təhsil sahəsində beynəlxalq əməkdaşlığa ciddi diqqət yetirməkdədir. Belə ki, UNESCO-nun diqqətinin ölkənin təhsil problemlərinə cəlb olunması istiqamətində çox faydalı addımlar atılır. Məsələn, "Təhsil hamı üçün" proqramı reallaşdırılır ki, onun da çərçivəsində texniki-peşə sahəsində əməkdaşlıq, inklüziv təhsil layihəsi, ali məktəblərdə UNESCO kafedralarının yaradılması və digər sahələr üzrə çox əhəmiyyətli tədbirlər həyata keçirilir. Bunlar təhsilin məzmunca yeniləşdirilməsinə və məktəblərdə informasiya texnologiyalarının geniş tətbiqinə ciddi töhfələr verir. Deyilənlərlə yanaşı, məhz Mehriban xanımın zəhməti sayəsində UNESCO Azərbaycanda məcburi köçkün və qaçqın ailələrində yaşayan uşaqların təhsil problemləri ilə bağlı müxtəlif layihələr hazırlayıb. Bu layihələrə təşkilatın baş direktoru rəhbərlik edir.
Mehriban xanım Əliyevanın həyat fəaliyyətini təhlil edən tədqiqatçılar bir məqamı xüsusi vurğulayırlar: Mehriban xanım təbiətən böyük humanist şəxsiyyətdir! Bu keyfiyyətin cilalanmasında və inkişafında Azərbaycanın Birinci xanımının böyüdüyü ailənin rolu çox böyük olmuşdur. Heç də təsadüfi deyildir ki, Mehriban xanım 4 dəfə – 2007, 2009, 2013 və 2016-cı illərdə amnistiya təşəbbüsü ilə çıxış edib. Bu, Mehriban xanımın insan hüquq və azadlıqlarına necə həssaslıqla yanaşdığının təsdiqidir. Azərbaycan parlamentarizmi tarixində ilk dəfə olaraq Milli Məclisin deputatı tərəfindən irəli sürülən bu təşəbbüs geniş ictimai dəstək qazanıb. Çünki amnistiya aktı qanunverici tərəfindən ifadə olunan humanizm və mərhəmət hissinin mücəssəməsidir.
Azərbaycanın Birinci xanımı gənclərin fiziki və mənəvi sağlamlığı, milli-genetik ruhunun qorunması aspektində də çox səmərəli layihələr həyata keçirib. Onların sırasında sosialyönümlü layihələr ayrıca yer tutur. Bu bağlılıqda səhiyyə sahəsinə yardımların göstərilməsi önəm daşıyır. Mehriban xanım bu sahənin infrastrukturunun yeniləşdirilməsi və vətəndaşlara göstərilən tibbi xidmətin səviyyəsinin yüksəldilməsi üçün əhəmiyyətli addımlar atır. O, xüsusilə tibbi yardıma böyük ehtiyacı olan aztəminatlı vətəndaşlara yüksək diqqətlə və həssaslıqla yanaşır. Belə ki, "Diabetli uşaqlara ən yüksək qayğı" və "Talassemiyasız həyat naminə" layihələri cəmiyyətdə böyük rəğbətlə qarşılanıb. Mehriban xanım bu xəstəliklərdən əziyyət çəkən körpələrin və uşaqların şəfa tapmasına imkan yaradıb. İndi Talassemiya Mərkəzi minlərlə insanın ümid yerinə çevrilib.
Azərbaycanın Birinci xanımının humanistliyinə bir sıra xarici ölkələrə göstərdiyi yardımlar da dəlalət edir. ABŞ, Türkiyə, Rumıniya, Rusiya və başqa ölkələrdə Heydər Əliyev Fondu öz filialları vasitəsi ilə təbii fəlakətlərdən (zəlzələdən, torpaq sürüşmələrindən, yanğınlardan) ziyan çəkən insanlara yardımlar etməkdədir. Məsələn, 2012-ci il iyunun 14-də – Beynəlxalq Donorlar Günündə Pakistanın Həmzə Xeyriyyə Fonduna Heydər Əliyev Fondunun adından laboratoriya ilə təchiz olunmuş bir təcili tibbi yardım avtomobili verilib. Həmzə Xeyriyyə Fondu talassemiya, hemofiliya və qan xərçəngindən əziyyət çəkən xəstələrin müalicəsi ilə məşğul olan bir neçə xəstəxananı özündə birləşdirir. Bunlarla yanaşı, Mehriban xanım Pakistanda zəlzələ nəticəsində tamamilə dağılmış qızlar məktəbinin yenidən inşasına öz töhfəsini verib.
Bunlardan başqa, təbii fəlakətlərdən əziyyət çəkmiş Rumıniyaya və Haitiyə Azərbaycanın Birinci xanımının təşəbbüsü ilə yardımlar göstərilib. Azərbaycanın terrordan çox əziyyət çəkdiyini nəzərə alaraq, Heydər Əliyev Fondu 2011-ci ilin sentyabr ayında Fransa Terror Qurbanları Assosiasiyasına maliyyə yardımı edib. Həmin yardım Parisdə terror qurbanlarının 7-ci beynəlxalq konfransının təşkili üçün ayrılıb.
Birinci vitse-prezident: daha fəal mövqe
Bütün bunlar Mehriban xanım Əliyevanın bir insan, şəxsiyyət və dövlət xadimi kimi necə yüksək keyfiyyətlərə malik olduğunu sübut edir. Deyilənlərlə yanaşı, Azərbaycan üçün həyati əhəmiyyətli hadisələr sırasında Mehriban xanımın Birinci vitse-prezident təyin edilməsi də xüsusi yer tutur. Bu təyinat, həm Mehriban xanımın şəxsi həyat fəaliyyətində, həm də Azərbaycan dövlətçiliyinin inkişafında ciddi bir hadisədir. Məlumdur ki, vitse-prezidentlik institutu dünyanın bir sıra inkişaf etmiş ölkələrində mövcuddur. Azərbaycanda bu idarəetmə institutunun məhz indi tətbiq edilməsi əsasını Ulu öndər Heydər Əliyevin qoyduğu müstəqil dövlətçilik kursunun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi əlamətidir. Şübhə yoxdur ki, vitse-prezidentlik institutu ölkəmizdə dövlət idarəçiliyini yeni səviyyəyə yüksəltməyə xidmət edəcəkdir. Dövlət başçısının bütün sahələrdə həyata keçirdiyi strateji əhəmiyyətli islahatların daha çevik və yüksək səmərəliliklə həyata keçəcəyinə böyük əminlik vardır. Azərbaycan xalqı bilir ki, dövlətimizin inkişafı etibarlı əllərdədir. Mehriban xanım Əliyeva da artıq Birinci vitse-prezident kimi bu istiqamətdə böyük işlər görür.
Mehriban xanımın Birinci vitse-prezident olması Azərbaycanda qadınların idarəetmədə geniş təmsil olunmalarının konkret göstəricilərindən biridir. Bütün dünya görür ki, ölkənin uğurla idarə edilməsində yüksək intellekt və ədalət nümunəsi olan azərbaycanlı qadın son dərəcə fəal iştirak edir. Bu sahədə Azərbaycanın Birinci xanımı bir nümunə kimi qəbul edilə bilər.
Birinci vitse-prezident kimi, Mehriban xanım siyasi idarəetməyə daha çox bağlı olan şəxsə çevrilib. Şübhəsiz ki, bu günə qədər Mehriban xanımın topladığı təcrübə, həyata keçirdiyi böyük layihələr onun artıq idarəetmədə də çox yüksək hazırlıqlı olduğunu göstərir. Bu bağlılıqda çox əhəmiyyətli bir məqamı da qeyd etməliyik. Məsələ ondan ibarətdir ki, Mehriban xanım Əliyeva Azərbaycanın "ağıllı güc"ünü təmsil edən şəxsiyyətlərdəndir. İndi dünyanın yüksək inkişaf etmiş dövlətləri üçün "ağıllı güc" faktoru aparıcı rol oynayır. Mehriban xanım da bütün fəaliyyəti boyu elm, mədəniyyət, incəsənət, humanizm, xeyriyyəçilik, şəfqətlilik kimi sahələrdə çox aktivlik göstərib. Azərbaycanın Birinci xanımı həm elmi dərəcəyə malikdir, həm də öz fəaliyyətində rasionallığı başlıca prinsiplərdən biri kimi tətbiq edir.
Məhz bütün bu kimi keyfiyyətlərə görə, Mehriban xanımın Azərbaycanın dünyada yüksək və qədim mədəniyyətə, müasir demokratik və ədalətli idarəetmə metoduna malik müstəqil dövlət kimi tanınmasında böyük xidmətləri vardır. Tam əminik ki, Birinci vitse-prezident kimi Mehriban xanım Əliyeva bundan sonra da var gücü ilə Azərbaycanın müstəqil dövlətçiliyi, millətin sosial-mədəni inkişafı, milli dəyərlərin qorunub saxlanması və inkişaf etdirilməsi naminə çalışacaqdır.
Newtimes.az
Strategiya.az
Bakıda yeni dələduz peyda oldu: bu qadın görün nələr edib – VİDEO
TƏHLÜKƏ: Şagirdlər qapısı açıq avtobusdan sallanaraq gedir - VİDEO
Cahangir Hacıyevin arvadınadan 21 milyon dollarlıq xəbər - VİDEO
Bakıda DƏHŞƏT: Sahibsiz itlər azyaşlılara hücum çəkdi - VİDEO
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM