Azərbaycan Respublikasının Birinci Vitse-Prezidenti xanım Mehriban Əliyevaya müraciət

11:52 / 07.03.2018

   Azərbaycan Respublikasının Birinci  Vitse-Prezidenti xanım Mehriban Əliyevaya  Bakı şəhərində fəaliyyət göstərən “Mur-Ay”  MMC,  “Şərur” MTK və  Bakı şəhəri İcra  Hakimiyyəti  tərəfindən aldadılaraq maddi və    mənəvi  zərərçəkmişlər tərəfindən  

İMDAD ƏRİZƏSİ  

Çox hörmətli Birinci Xanımımız və Birinci Vitse-Prezidentimiz! Biz müxtəlif tarixlərdə rəsmi müqavilələrlə “Mur-Ay” MMC-dən mənzillər və qeyriyaşayış sahələri aldıq. 2011-ci ildə “Mur-Ay” MMC-nin vəzifəli şəxsləri dələduzluq edərək 317 mənzil və qeyri-yaşayış sahələrini 1000-dən çox vətəndaşa sataraq onlara küllü miqdarda ziyan vurduqları üçün cinayət işi başlanmış və onlar həbs edilmişlər.   “Mur-Ay” MMC-nin vətəndaşlara yaratdığı ciddi problem və bu problemdən doğan gərginlik hörmətli Prezidentimiz İlham Əliyev cənablarının diqqətini cəlb etmiş və problemin həll edilməsi üçün aidiyyatı dövlət qurumlarına, o cümlədən Bakı şəhər İcra Hakimiyyətinə müvafiq göstəriş vermişdir. Bu göstəriş əsasında Bakı şəhər İcra Hakimiyyəti başda olmaqla 17 dövlət qurum və təşkilatları bu problemin həllinə cəlb olunaraq birgə müqavilə (razılaşma) imzalamışlar (bağlanmış müqavilə, ona aid sənəd-sərəncam və öhtəliklər qoşma olaraq göndərilir). Problemin həlli Bakı şəhər İcra Hakimiyyətinin sərəncamı ilə “Şərur” MTK-ya həvalə edilmiş və uyğun olaraq “Mur-Ay” MMC-nin bütün əmlakları “Şərur” MTK-nın balansına keçirilmiş, əlavə olaraq “Şərur” MTK-ya 4 hektardan artıq torpaq sahəsı və maliyə yardımı ayırmışdır. Aidiyyatı dövlət orqanları da müqaviləyə uyğun olaraq Şərur” MTK-ya üzərlərinə düşən bütün digər yardımları etmişlər. “Şərur” MTK həmin müqavilə üzrə öhdəliyinin bir qismini icra edərək 900-dək zərərçəkənə mənzil vermiş, biz 15 nəfər zərər çəkənə isə mənzil verməkdən imtina etmişdir. Məcbur olub 2016-ci il sentyabr ayında iddia ərizəsi ilə Səbail rayon məhkəməsinə müraciət etdik. 2 ay sonra Səbail rayon məhkəməsi hüquqi ünvan bizə aid deyil (guya Bakı şəhər İcra Hakimiyyəti Səbail rayonunda yerləşmir) - bəhanəsi ilə sənədlərimizi geri qaytardı və biz bu qərardan apellyasiya məhkəməsinə müraciət etdik. Nəhayət 6 ay süründürüldükdən sonra 2016-ci il yanvar ayında ərizəmiz Yasamal rayon Məhkəməsinin hakimi Ayaz Məmmədovun icraatına verildi.  

Mərhəmətli Mehriban xanım!   

Hakim Ayaz Məmmədovun tam 11 ay sürən “özünəməxsus araşdırması”, illərdi kirayələrdə böyük məhrumiyyətlərə məhkum olunmuş biz zərərçəkmişləri qəti olaraq belə qənaətə gətirdi ki, Sizin və ya ümummilli liderimiz Heydər Əliyevin əvəzolunmaz kursunu layiqincə davam etdirən hörmətli Prezidentimiz İlham Əliyev cənablarının müdaxiləsi olmadan, pulunu ödədiyimiz mənzillərimizi heç vaxt ala bilməyəcəyik. Dəyərli vaxtınızı çox almamaq üçün hakim Ayaz Məmmədovun cavabdehlər “Şərur” MTK-nın rəhbəri İsfəndiyar Axundov və Bakı şəhər İcra Hakimiyyəti ilə bağlı apardığı araşdırma hərəkətlərindən bir neçəsini nəzərinizə çatdırmaq istədik:                                                                                              -Hakim Ayaz Məmmədov bu işlə əlaqədar birbaşa cavabdeh olan Bakı şəhər İcra Hakimiyyətindən bir nəfər belə nümayəndənin iştirakını təmin edə bilmədi və ya etmədi. 

 -İkinci cavabdeh “Şərur” MTK-nın nümayəndəsi Şahbaz Məmmədovu isə dəfələrlə etdiyi çağırışların nəticəsi olaraq cəmi 2 dəfə məhkəmə zalına gətirə bildi ki, birinci gəlişində zəruri sənədlərin məhkəməyə hansı səbəbdən təqdim etmədiklərini  soruşduqda – Şahbaz Məmmədov növbəti prosesə təqdim edəcəyi vədini verdi, ikinci gəlişində isə İsfəndiyar Axundovun sənədlərin məhkəməyə verilməsinə icazə vermədiyini bildirdi. Bundan sonra Ayaz Məmmədov bütün prosesləri heç bir cavabdeh olmadan keçirdi.?

-23 iyun 2017- il tarıxdə keçirdiyi baxış zamanı isə hakim Ayaz Məmmədov məhkəmə zalında açıqca  bildirdi ki, “Şərur” MTK-nın sahibi İsfəndiyar Axundov ona deyib ki, mən heç kimə mənzil verməyəcəyəm, o vaxt imzaladığım müqavilə isə elə-belə boş bir kağız parçası idı. Qaldı 900-dək nəfəri mənzillə təmin etməyimə o vaxt “MUR-AY”MMC işinin mahiyyətini tam anlamamışdım və ona görə öz hümanistliyimdən o insanlara mənzil vermişəm. Biz isə hakim  Ayaz Məmmədova heç cürə  dərdimizi anlada bilmədik ki, 900-dək vətəndaşın mülkü hüquqlarının bərpa olması  İsfəndiyar Axundovun humanizmi  sayəsində yox, hörmətli Prezidentimiz İlham Əliyev Cənablarının göstərişi sayəsində olmuşdur. Cavabdehlərin bu işə heç bir əhəmiyyət vermədiyini məhkəmənin isə laqeydliyini gördükdən sonra Sizin ünvanınıza PA-na müraciət etdik, oradan bizi Yasamal rayon məhkəməsinin sədri Ələddin Cəfərovun qəbuluna göndərdilər. Sədrin qəbulunda olduq və o, birbaşa Ayaz Məmmədova yubatmadan qanunauyğun qərar qəbul etməsi göstərişini  verdi. Bundan sonra  Ayaz Məmmədov bizim hüquqlarımızı müdafiə edirmiş kimi vədləri ilə icraatı dayandıraraq zəruri sənədlərin “Şərur” MTK-dan məcburi qaydada götürülməsi barədə İş№2(004)-3142/2017 saylı 25 iyul 2017-сi il tarixli Qərardad çıxardı və yolumuzu Binəqədi Rayon İcra Şöbəsinə saldı. 4 ay məqsədli səkildə uzadılan bu oyuna qoşulan icra məmuru Tural Süleymanov  da çox “ciddi” cəhdlər göstərərək sonda zəruri  sənədlərin əslini deyil, “Şərur” MTK-nın rəhbəri İsfəndiyar Axundov və hakim Ayaz Məmmədovu qane edən “qaydaya salınmış” surətlərini məhkəməyə təqdim etdi. Bu məqsədyönlü  uzadılmalarla keçirilən vaxt ərzində qanunauyğun qərar qəbul edilməsində israr edən Yasamal məhkəməsinin sədri Ələddin Cəfərovun iş yeri dəyişdirildi və hakim Ayaz Məmmədov sanki Azərbaycan Respublikasının adından yox, tapşırıqları çox şiddətli olmuş sərvət və məqam sahiblərinin adından elə bir qətnamə qəbul etdi ki, bu qətnamə ilə bütün qanunlar ayaqlar altına alınmış, bizim haqqımız isə kobudcasına pozulmuşdur. Hakimin qanunlara qarşı laqeydliyi o həddə çatıbdır ki, zalda rədd qərarının səbəbini (Ali məhkəmənin bir naməlum qərarına)!?  istinad edərək elan etdiyi halda, bizə təqdim etdiyi qətnamədə bu barədə bir cümlə belə yazmamışdır.                                                                                                            

 Çox hörmətli Mehriban Xanim,  Ərizəmizi və başdan sona qanunlarla daban-dabana zidd olan bu qətnamənin surətini  SİZə - tək respublikamızda deyil, respublikamızın hüdudlarından kənarda da ədalətin sımvoluna çevrilmiş çox sevimli Birinci Vitse-Prezidentimizə göndərməkdə istəyimiz hansı qanunsuzluqlarla üzləşərək 6 ildən çox müddətdir dözülməz vəziyyətə salındığımızı bildirməkdir. Sizdən çox xahiş edirik, təvəqqə edirik ki, mərhəmətinizi bizim üstümüzdən əskik etməyin, bizim sözügedən (hazırda Bakı Apellyasiya Məhkəməsində baxılacaq) mülki ərizəmizi öz nəzarətinizə götürərək haqqımızın müdafiə olunmasına yardım edin. Biz  yalnız SİZə güvənirik. İnanırıq ki, öz mərhəmətiniz və ədalətiniz sayəsində bizə görə Cənab Prezidentimizin verdiyi göstərişin tam həlli üçün köməyinizi əsirgəməyəcəksiniz. Qadir Allahdan Prezidentimizə, Sizə və dəyərli ailə üzvlərinizə möhkəm can sağlığı, qüdrət və xoşbəxtlik arzulayırıq.  Allahdan  Ulu Öndərimiz Heydər Əliyevə rəhmət diləyirik.   Hörmətlə,

1. Əsədov Əli Musa oğlu----------------------

2. Əhmədov Sübhan Süleyman oğlu---------

3. Cəfərov Mafisəd İltizam oğlu--------------

4. Abbasov İlqar Vəlican oğlu----------------

5. Əliyev Zəfər Əlisahib oğlu------------------

6. Məmmədli Müzəffər Əli oğlu---------------

7. Şirinbəyova Maral Muxtarpaşa qızı--------

8. Abasova Seyranə Şərəfxan qızı-------------

9. İsgəndərov Vidadi Təhlət oğlu--------------

10. Aslanova Nailə Vasif qızı------------------

11. Abasov Mahir Ruşan oğlu------------------

12. Talıbova Zibeydə Dadaş qızı---------------

13. Əliyev Qulamhüseyn Əlihüseyn oğlu-----

14. Abıyev Anar İsrəfil oğlu---------------------

15. Səfərov Alim Ərəstun oğlu------------------

                                                                               

 

                                                                                   05 mart 2018 il

 

 Qarşı tərəflərin də mövqeyini işıqlandırmağa hazırıq.


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM