Gunxeber.com xəbər verir ki, bu sözləri müğənni özü Nərimanov rayon Məhkəməsində baş tutan məhkəmə prosesində bildirib.
O, işdən uzaqlaşdırılmasının səbəbini izah etməyib.
Qeyd edək ki, Mətanət İsgəndərlinin “Aznews.az” saytının Baş redaktoru Elçin Zahiroğluna qarşı xüsusi ittiham qaydasında iddiası üzrə məhkəmə prosesi keçirilib. Müğənni özü haqda narkotik istifadəçisi olması ilə bağlı yayımlanan informasiyaya görə baş redaktorun həbsini istəyir.
M.İsgəndərli 16 sentyabr 2006-cı ildə Azərbaycanın Əməkdar artisti adına layiq görülüb.