Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu və "Kaspi" qəzetinin 8 mart Beynəlxalq Qadınlar Günü münasibəti ilə xanım jurnalistlər arasında "Azərbaycanın maarifçi qadınları" mövzusunda keçirdiyi fərdi jurnalist yazıları müsabiqəsinin qalibləri mükafatlandırılıb.
Fonddan verilən məlumata görə, mükafatlandırılma mərasimində "Kaspi" Mətbuat və Təhsil Mərkəzinin rəhbəri, "Kaspi" qəzetininin təsisçisi, Milli Televiziya və Radio Şurasının sədr müavini Sona Vəliyeva, Bilik Fondunun icraçı direktoru Oktay Səmədov, Mətbuat Şurasının sədri, Fəxri mədəniyyət işçisi Əflatun Amaşov, Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun İcraçı direktoru, Əməkdar mədəniyyət işçisi Vüqar Səfərli, Əməkdar jurnalist, şairə, publisist Telli Pənahqızı, "APA Holdinq"in rəhbəri Vüsalə Mahirqızı iştirak ediblər.
Bilik Fondunun icraçı direktoru O.Səmədov əsrlər boyu Azərbaycan qadınının cəmiyyətimizin mənəvi dəyərlərinin formalaşmasında və inkişafında rolundan bəhs edərək bütün xanımları Beynəlxalq Qadınlar Günü münasibəti ilə təbrik edib. İlk dəfə xanım jurnalistlər arasında keçirilən müsabiqədən bəhs edən icraçı direktor bildirib ki, ötən il dekabrın 8-də elan olunan müsabiqəyə fevralın 8-də yekun vurulub. Bu müddət ərzində Təşkilat Komitəsinə 26 yazı daxil olub. Yazılarda Azərbaycanın tanınmış maarifçi xanımlarının həyat yolu və fəaliyyəti geniş işıqlandırılıb. Yazıların hamısı ilə tanış olduğunu diqqətə çatdıran O.Səmədov vurğulayıb ki, müsabiqənin nəticəsi olaraq dərc olunan toplu gələcək araşdırmalar üçün mənbə rolunu oynayacaq.
O.Səmədov maraqlı təklif də səsləndirib. İcraçı direktor nəşr olunan toplunun bölgələrdə təqdimat mərasimlərinin keçirilməsinin vacibliyinə toxunaraq, Fondun tarixdə böyük işlərə imza atan xanımlar haqqında cəmiyyətə ətraflı bilgilər verməyə hazır olduğunu söyləyib. O.Səmədov həmçinin toplunun müxtəlif dillərə tərcümə olunması ehtiyacına da toxunub.
"Kaspi" qəzetinin təsisçisi S.Vəliyeva müsabiqədə iştirak edən xanım jurnalistlərə minnətdarlığını bildirərək qeyd edib ki, onların yazıları həm keçmiş, həm indi, həm də gələcək nəsillər arasında maarifləndirmə körpüsüdür.
Müsabiqəyə qatılan hər bir xanım jurnalistin qalib olduğunu diqqətə çatdıran S.Vəliyeva əsas mükafatlara layiq görülənlərin bu qalibiyyəti bütün Azərbaycan xanımlarına həsr etdiyini deyib.
"Kaspi" qəzetinin təsisçisi müsabiqəyə daxil olan yazılardan ibarət toplunun Bilik Fondu tərəfindən nəşr olunduğunu xatırladıb.
Çıxış edənlər - Mətbuat Şurasının sədri Əflatun Amaşov, KİV DF-nin İcraçı direktoru Vüqar Səfərli, Əməkdar jurnalist Telli Pənahqızı, Azərbaycan-Türkiyə Evinin və Azəri Türk Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı, "APA Holdinq"in rəhbəri Vüsalə Mahirqızı, tanınmış jurnalist-publisist Flora Xəlilzadə Azərbaycan maarifçi xanımlarının cəmiyyətdəki danılmaz rolunun daha geniş işıqlandırılmasının vacibliyini vurğulayıblar. Bildirilib ki, belə müsabiqələrin mütəmadi keçirilməsi maarifçi qadınlarımızın fəaliyyətinə işıq saçar.
"Azərbaycanın maarifçi qadınları" toplusunda akademik Zərifə Əliyeva, şərqşünas alim Aida İmanquliyeva, Pəri Topçubaşova, Hənifə Məlikova, Şəfiqə Əfəndizadə, Sara Aşurbəyli, Sona Tağıyeva, Məryəm Bayraməlibəyova və digər tanınmış xanımlar barəsində maraqlı yazılar əksini tapıb.
Sonda müsabiqə qaliblərinin adları açıqlanıb.
Birinci yerə Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinin (AzTV) müxbiri Ülviyyə Heydərova, ikinci yerə, "Sputnik" saytının müxbiri İradə Cəlilova və Modern.az saytının müxbiri Gülşən Qasımova, 3-cü yerə "İqtisadiyyat" qəzetinin müxbiri Mətanət Hüseynova və "Xalq qəzeti"nin müxbiri Ülviyyə Niftəliyeva layiq görülüblər.
Qaliblərə pul mükafatı və hədiyyələr təqdim olunub.
Strategiya.az
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM