“Foreign Policy News”: Azərbaycan qadınları müsəlman ölkələrinə və bütün dünyaya örnəkdir

23:32 / 07.03.2018

Amerikanın “Foreign Policy News” xəbər portalında siyasi icmalçı Covanni Visente Romeronun “Azərbaycan qadınları müsəlman ölkələrinə və bütün dünyaya örnəkdir” sərlövhəli məqaləsi dərc edilib.

Müəllif yazır ki, bu yaxınlarda Bakıda startapların sürətlə inkişaf edən iqtisadi sisteminin aparıcı təşkilatlarından 50 sahibkarın iştirakı ilə qadınlar arasında Startup yarışı keçirilib. “TalentPort” startapından bu müsabiqənin qalibi olmuş iki qadın Azərbaycanı Parisdə keçiriləcək böyük finalda təmsil edəcək.

Məqalədə qeyd edilir ki, Azərbaycanın ilk korporativ sosial məsuliyyətli şirkəti “TalentPort”un fəaliyyəti tələbə və əlillərin bacarıqlarının yaxşılaşdırılması və onların etibarlı, iqtisadi cəhətdən səmərəli iş mənbəyi əldə etməsi üçün müvəqqəti iş yerlərinin açılmasına yönəlib. Bu şirkət qadın liderlərin müasir Azərbaycan cəmiyyətinə qiymətli töhfəsinin bariz nümunəsidir.

Romero qeyd edir ki, 1918-1920-ci illərdə fəaliyyət göstərmiş Azərbaycan Xalq Cümhuriyyətinin mütərəqqi hökuməti qadınların liberal və dünyəvi cəmiyyətin tamhüquqlu üzvü olması üçün hər cür şərait yaratmışdı. Tanınmış polyak-amerikan tarixçisi Tadeuş Svetoxovski “Rusiya Azərbaycanı (1905-1920)” kitabında yazırdı ki, Azərbaycan Xalq Cümhuriyyəti Milli Şurasının qəbul etdiyi Müəssislər Məclisi haqqında Qanun etnik azlıqların və siyasi qrupların proporsional təmsilçiliyini və ümumi seçki hüququnu nəzərə almaqla, faktiki olaraq Azərbaycanı müsəlman dünyasında qadınlara siyasi hüquqlar verən ilk dövlətə çevirdi.

Ekspert yazır ki, beləliklə, Azərbaycan qadınları Avropanın bir çox inkişaf etmiş ölkələrində və Amerika Birləşmiş Ştatlarında olan həmcinslərindən daha əvvəl seçki hüququ əldə etdilər. Məsələn, ABŞ yalnız 1920-ci ildə - ölkə Konstitusiyasına 19-cu düzəlişi qəbul etməklə qadınlara analoji hüququ verdi.

1918-ci ildən etibarən zərif cinsin nümayəndələri Azərbaycanda tərəqqi simvolu olub və bu ənənə indi də davam edir. Romero qeyd edir ki, 2000-ci ilin martında Azərbaycan Prezidenti Heydər Əliyev “Azərbaycan Respublikasında dövlət qadın siyasətinin həyata keçirilməsi haqqında” Fərman imzalayıb. Bu sənəddə qadınların hökumətdə proporsional şəkildə, həmçinin bərabərlik əsasında biznes və iqtisadiyyatda iştirakının təmin edilməsi tapşırılıb.

Romero vurğulayır ki, yeni qanun Azərbaycan cəmiyyətində qadınların rolunun artırılması sahəsində tərəqqini təmin etdi. Hazırda Nazirlər Kabinetinin üzvləri arasında zərif cinsin nümayəndəsi də var, 125 deputatdan ibarət olan parlamentin isə 16 faizini qadınlar təşkil edir. Qadınlara qarşı ayrı-seçkiliyin ləğvi üzrə BMT Komitəsinin hesabatına görə, 2014-cü ildə qadınlar arasında işsizliyin səviyyəsi əvvəlki illərdəki 49 faizdən 5,9 faizə düşüb. 2015-ci ilin əvvəlində Azərbaycanda sahibkarların 18 faizini qadınlar təşkil edib. Azərbaycan qadınları ölkənin Silahlı Qüvvələrində də xidmət edirlər. Qadınlar üçün imkanların genişləndirilməsi siyasəti Azərbaycandakı azlıqlara da şamil olunur. Məsələn, Azərbaycan Ali Məhkəməsində vəzifə tutan qadınlardan birinin - Tatyana Qoldman Aleksandrın yəhudi icmasının nümayəndəsi olması dövlət rəhbərliyinin etnik azlıqlara göstərdiyi xüsusi diqqətin bariz nümunəsidir.

Azərbaycanda qadınların uğurlarından bəhs edən Romero istisna etmir ki, ölkədəki zərif cinsin nümayəndələri üçün ilham mənbəyi birinci xanım Mehriban Əliyevanın nümunəsidir. UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri olan Mehriban xanım Əliyeva 2004-cü ildə təsis edilmiş Heydər Əliyev Fondunun prezidenti kimi cəmiyyətdə mədəni və iqtisadi inkişafa, xüsusən gənc qadınların rolunun artırılmasına böyük töhfə verib. Fondun səyləri nəticəsində Azərbaycanda və digər ölkələrdə, o cümlədən Misir, Rumıniya, Rusiya, Niderland, Pakistan və Gürcüstanda yeni xəstəxanalar, muzeylər və məktəb binaları tikilib. 2017-ci ildə Mehriban xanım Əliyeva Azərbaycanın Birinci vitse-prezidenti vəzifəsinə təyin edilib.

Müəllif məqalənin sonunda yazır ki, Azərbaycanda qadınların statusu və nailiyyətləri zərif cinsin nümayəndələri haqqında mənfi stereotipləri dağıtmağın və cəmiyyətdə, həmçinin bütün dünyada bərabərliyin necə bərqərar olmasının mümkünlüyünü göstərir. Qadınlar qlobal qərarların qəbul edilməsində təmsilçiliyin yaxşılaşdırılması, o cümlədən planetimizdə bir çox münaqişələrin nizamlanması prosesinə töhfə verirlər.

 

Yusif Babanlı


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM