Diplomat Magazine: Azərbaycan qadınları müsəlman ölkələrinə və bütün dünyaya örnəkdir

08:17 / 08.03.2018

Niderlandın nüfuzlu “Diplomat Magazine” jurnalında Azərbaycan qadınlarına həsr olunmuş məqalə çap olunub.

Dominikanlı siyasi analitik, beynəlxalq məsələlər üzrə məsləhətçi Covanni Visente Romeronun müəllifi olduğu “Azərbaycan qadınları müsəlman ölkələrinə və bütün dünyaya örnəkdir” adlı məqalədə bildirilir: “Bu yaxınlarda Azərbaycanın paytaxtı Bakıda ölkədə ilk dəfə olaraq qadınlar üçün “Global Startup Weekend Women” tədbiri keçirilib. Burada ölkənin sürətlə inkişaf edən startap-ekosisteminin 50 aparıcı qadın sahibkarı iştirak edib. İnsan resursları və iş axtarışı sahəsində “TalentPort” startapını təqdim edən iki qadın yarışmanın qalibi olub və Azərbaycanı Parisdə qadınlar üçün “Global Startup” Həftəsində təmsil edib”.

O qeyd edir ki, “TalentPort”u tələbələrə və fiziki imkanları məhdud olan insanlara bacarıqlarının yaxşılaşdırılması üçün müvəqqəti iş yerləri təqdim etmək və şirkətləri etibarlı və səmərəli əmək mənbəyi ilə təmin etmək məqsədi daşıyan ilk korporativ sosial məsuliyyətli Azərbaycan şirkəti kimi təsvir etmək olar: “Bu şirkət qadın liderlərin Azərbaycanın müasir cəmiyyətinə qadınların hüquq və imkanlarının genişləndirilməsi sahəsində zəngin təcrübəyə malik dəyərli töhfəsinin bariz nümunəsidir”.

Müəllif Azərbaycanda insan kapitalının inkişafına yanaşmanın qonşu ölkələrdən fərqli olmasının səbəbi barədə sual verir: “Azərbaycan Rusiya və İran arasında yerləşən, əhalisinin əksəriyyəti müsəlman olan kiçik bir ölkədir və öz müsəlman qonşularından heç nə ilə fərqlənmir. Lakin 1918-1920-ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyətinin mütərəqqi hökuməti qadınların liberal və dünyəvi cəmiyyətin tamhüquqlu üzvü olması üçün hər cür şərait yaratmışdı”.

C.V.Romero qeyd edir ki, hətta polyak-amerikan tarixçisi Tadeuş Svetoxovski özünün “Rusiya Azərbaycanı” (1905-1920) kitabında yazırdı ki, azlıqların və siyasi qrupların proporsional nümayəndəliyini, həmçinin ümumi seçki hüququnu nəzərdə tutan Azərbaycan Xalq Cümhuriyyəti Milli Şurasının Müəssislər Məclisi haqqında Qanunu faktiki olaraq Azərbaycanı dünyada qadınlara siyasi hüquqlar verən ilk müsəlman ölkəsi etdi: “Azərbaycan qadınları hüquq məsələsində ABŞ və Avropanın bir çox inkişaf etmiş ölkələrindəki həmcinslərindən irəlidə idilər”.

“Həqiqətən, azad insanlar ölkəsi və cəsurların vətəni ABŞ Konstitusiyasına amerikalı qadınlara səs hüququ verən 19-cu düzəlişi yalnız 1920-ci ildə qəbul edib. Azərbaycanda qadınlar 1918-ci ildən tərəqqi simvolu olublar. Bu ənənə XXI əsrdə də davam edir. 2000-ci ilin martında Prezident Heydər Əliyev "Azərbaycan Respublikasında dövlət qadın siyasətinin həyata keçirilməsi haqqında" fərman imzalayıb və bu sənəd çərçivəsində bərabərlik prinsipləri əsasında hökumətdə qadınların proporsional təmsilçiliyinin təmin edilməsi, həmçinin qadınların biznesdə və iqtisadiyyatda öz layiqli yerlərini tutmasına şəraitin yaradılması və mütəmadi olaraq qadınların cəmiyyətdə inkişafının yoxlanılması tapşırılıb”, - müəllif yazır.

Qeyd olunur ki, yeni fərman Azərbaycanda qadınları yeni yüksəkliklərə aparan yolu möhkəmləndirdi. Hazırda Azərbaycanda Nazirlər Kabinetinin üzvləri arasında qadın da var. Bundan başqa, Azərbaycan parlamentinin – Milli Məclisin 125 deputatının 16 faizini qadınlar təşkil edir. BMT Komitəsinin qadınlara qarşı ayrı-seçkiliyin ləğv edilməsi üzrə Azərbaycana dair hesabatına əsasən qadınlar arasında yoxsulluğun səviyyəsi əvvəlki illərdəki 49 faizdən 2014-cü ildə 5,9 faizə enib ki, bu da öz növbəsində, ölkənin qadınların bərabərhüquqlu şəkildə iştirak etdiyi ümumi iqtisadi inkişafı ilə, həmçinin ölkə qadınları üçün mənfəətlə əlaqələndiriləcək statistikadır.

Məqalədə deyilir ki, Azərbaycan cəmiyyətində təhsilə qiymət verirlər, belə ki, qadınların 90 faizi orta məktəbi bitirir. 2000-ci ildə "Azərbaycan Respublikasında dövlət qadın siyasətinin həyata keçirilməsi haqqında" fərmanın imzalamasından etibarən 2015-ci ildə Azərbaycan sahibkarlarının 18 faizini zərif cinsin nümayəndələri təşkil edib. Bundan başqa, Azərbaycan qadınları – təqribən 1000 qadın kişilərlə birlikdə Silahlı Qüvvələrdə xidmət edir. Qadınlar üçün imkanların genişləndirilməsi siyasəti Azərbaycandakı azlıqlara da şamil olunur. Məsələn, Azərbaycan Ali Məhkəməsinin hakimi vəzifəsində çalışan qadınlardan birinin - Tatyana Aleksandrovna Qoldmanın yəhudi icmasının nümayəndəsi olması dövlət rəhbərliyinin etnik azlıqlara və qadınlara göstərdiyi xüsusi diqqətin bariz nümunəsidir.

Bildirilir ki, Azərbaycanın birinci xanımı Mehriban Əliyeva müasir Azərbaycan qadınının ilham mənbəyidir. Birinci xanım, həmçinin YUNESKO və İSESKO-nun xoşməramlı səfiridir, onun xeyriyyəçilik fəaliyyəti isə Azərbaycanın hüdudlarını aşıb. Mehriban Əliyevanın 2004-cü ildən, yəni təsis olunduğu vaxtdan rəhbərlik etdiyi Heydər Əliyev Fondu mədəni və iqtisadi inkişafın möhkəmlənməsinə, xüsusən, gənc qadınların rolunun artırılmasına mühüm töhfə verib.

Heydər Əliyev Fondunun səyləri nəticəsində Azərbaycanda və digər ölkələrdə, o cümlədən, Misir, Rumıniya, Rusiya, Niderland, Pakistan və Gürcüstanda yeni xəstəxanalar, muzeylər, məktəblər inşa olunub. Birinci xanım Mehriban Əliyeva 2017-ci ildə ölkənin Birinci vitse-prezidenti təyin edilməsi ilə Azərbaycan tarixində ən yüksək vəzifəli qadın oldu.

Müəllif yazır ki, Azərbaycan nümunəsi qadınlara münasibətdə stereotipləri necə aradan qaldırmağı, bərabərliyi necə təmin etməyi və ən başlıcası, dünyada bərabəriyi necə bərqərar etməyi nümayiş etdirir. Qadınlar hakimiyyətin yüksək mövqelərində öz töhfələrini verirlər, çünki dövlət siyasəti və siyasi diskussiyanın inkişafı üçün zəruri olan bilik və təcrübəyə sahibdirlər. Qadınlar siyasi sistemdən irəli gələn qərarların reprezentativliyini yaxşılaşdırır, Yer kürəsində daha da kök salmış bir çox münaqişələri həll edir və bəşəriyyəti gələcəyə aparırlar. Azərbaycanın gələcəyi ayrılmaz hissəsini qadın səsi təşkil edən səslər xoru ilə yazılıb.


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM