Qremionun prezidenti Romildo Bolzan yaxın günlərdə Arturun Barselonaya keçidinin rəsmiləşəcəyini bildirib.
«Danışıqlar son mərhələyə qədəm qoyub. Sənədlər imzalanmasa da razılıqldə edilib.Fikrimcə bu həftənin sonuna qədər hər şey rəsmiləşməlidir», – deyə Bolzan qeyd edib.
Bir müddət əvvəl verilən məlumata görə Barsa yarımmüdafiəçi üçün 40 milyon avro ödəyəcək. Onun Kataloniya paytaxtına gələn qışda gələcəyi gözlənilir.