14-15 yaşlı yeniyetmələrdən ibarət seçmə komandanın üzvlərindən son Avropa çempionatının mükafatçıları Polina Hurenko (-47 kq) və Mədinə Sadıqova (-48 kq), eləcə də Elmir Aşurov (-55 kq) ötən həftəsonu müxtəlif yarışlarda fəxri kürsüyə qalxıblar.
Azərbaycan Milli Karate Federasiyasından verilən məlumata görə, P.Hurenko Bratislavada 38-ci Slovakiya Qran Prisinin qızıl medalına sahib olub. M.Sadıqova və E.Aşurov isə İstanbulda 31-ci “Boğaziçi” Beynəlxalq Karate Turnirinin bürünc medallarını qazanıb.
Karateçilərimiz bu ilin ikinci yarısı Argentinanın paytaxtı Buenos-Ayresdə Yeniyetmələrin Olimpiya Oyunlarına lisenziya xalları uğrunda yarışlara hazırlıqları davam etdirəcək. Mayda Bolqarıstanda Yeniyetmələr liqasında lisenziya xalları qazanmaq üçün idmançılarmızın daha bir yarışa qatılmaları nəzərdə tutulub.