Məktəb direktoru və direktor müavini tərəfindən məktəbli formasının üzərindən jilet geyinmədiyinə görə döyüldüyü iddia edilən 9-cu sinif şagirdinin işi prokurorluğa göndərilib.
28 fevral tarixində Sabunçu rayonunun Maştağa qəsəbəsində yerləşən 22 nömrəli tam orta məktəbin direktoru Azər Ələkbərov məktəbin 9-cu sinif şagirdi Rauf Orucovu jilet geyinmədiyi üçün döyməsini Sabunçu rayon 14-cü Polis Bölməsi əməkdaşları araşdırıb. Şagirdin məktəbə polis nəzarəti altında gedib-gəlməsi hələ də davam edir.
Sabunçu rayonu 14-cü Polis Bölməsinin tədqiqatçısı Əşrəf Əlizadə bildirib ki, 9-cu sinif şagirdi Rauf Oruclunun döyülmə faktı uşaqların bildirdiyinə əsasən, təsdiqini tapıb. Faktla bağlı ekspertiza təyin edilib. Ə.Əlizadənin sözlərinə görə, ekspertizanın nəticəsi var və nəticələr aidiyyəti üzrə prokurorluğa göndərilib.
Tədqiqatçı əlavə edib ki, məsələ yetkinlik yaşına çatmayanlarla bağlı olduğuna görə prokurorluqda araşdırılır və bu barədə əlavə məlumat vermək ixtiyarı yoxdur.
Məsələ ilə bağlı məlumat verən döyülən şagirdin atası Nahid Orucovun sözlərinə görə, oğlu hələ də məktəbə polis nəzarəti ilə gedib gəlir. Ata iddia edib ki, oğlu heç bir nizam-intizam qaydalarını pozmayıb:
“Mənim oğlum məktəbli forması kimi jilet geyinmədiyinə görə döyülüb. Bunu məktəbin uşaqları da təsdiqləyib. Polis əməkdaşları da oğlumu nəzarət altında saxlayır, onların köməyi ilə məktəbə gedib-gəlir. Polis oğlumu məktəbin direktoru və onun müavinindən qoruyur. Məktəb uşaqları da təsdiq ediblər ki, direktor oğlumu jilet geyinmədiyinə görə döyüb”.
Direktor tərəfindən döyüldüyü deyilən şagird R.Orucovun atası bildirib ki, problemi ilə əlaqədar Təhsil Nazirliyinə müraciət edib. Lakin hələlik heç bir cavab almayıb.
Sözügedən məktəbdən isə bildirilib ki, polis bölməsində bu məsələ ilə bağlı heç bir araşdırma aparılmayıb və ekspertiza olmayıb. Məktəb rəhbərliyinin açıqlamasına əsasən, 22 saylı məktəbin rəhbərliyi Sabunçu rayonu 14-cü Polis Bölməsinin rəisi ilə əlaqə saxlayıb və tədqiqatçı Əşrəf Əlizadə tərəfindən belə məlumatın verilmədiyi bildirilib:
“14-cü Polis Bölməsində bu məsələ ilə bağlı heç bir araşdırma aparılmayıb və ekspertiza olmayıb. Odur ki, bu kimi yanlış məlumatların yayılması məsələnin əsil mahiyyətinin təhrif olunması və təhsil müəssisəsinin nüfuzuna xələl gətirmək məqsədlərinə xidmət edir”. (Əşrəf Əlizadənin səs yazısı var – red.)
Məktəb rəhbərliyi bildirib ki, məktəb haqqında bu kimi böhtan xarakterli məlumat yayılarsa, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1 maddəsi ilə müvafiq qaydada müraciət olunacaq.
Bakı Şəhər Təhsil İdarəsindən isə mövzu il əlaqədar bildirilib ki, məktəb rəhbərliyi və müəllimlər tərəfindən həm şagird, həm də valideynlə dəfələrlə söhbət aparılmasına baxmayaraq, məsələ öz həllini tapmayıb:
“22 nömrəli tam orta məktəbdən verilmiş məlumatda qeyd olunur ki, məktəbin IX sinif şagirdinin davranışı ilə bağlı müvafiq problemlər müşahidə olunduğu, məktəbdaxili nizam-intizam qaydalarına əməl etmədiyi, dərsləri müntəzəm pozduğu, müəllimlərə və sinif yoldaşlarına qarşı kobud davrandığı və məktəbli geyimi formasına riayət etmədiyi üçün məktəb rəhbərliyi və sinif rəhbəri tərəfindən dəfələrlə tənbeh olunub.
Həmin şagirdin digər şagirdlərə qarşı zorakılıq hərəkətlərinə və məktəbin inventarını - ehtiyat qapısını yararsız hala saldığına görə Sabunçu rayon Polis İdarəsinin 14-cü Polis Bölməsinin Yeniyetmələrlə iş şöbəsinə də şifahi müraciət olunub. İnspektor məktəbdə valideyn ilə söhbət aparan zaman valideyn övladının psixoloji durumunda problem olduğunu bildirib.
Həmin şagird coğrafiya dərsi zamanı mobil telefonda musiqi səsləndirərək müəllimin intizam tələblərinə də əməl etməyib. Bu barədə valideynə məlumat verilsə də, valideyn məktəbə gəlib övladına qarşı tərbiyəvi tədbirlər həyata keçirmək əvəzinə yanlış məlumatlar yayır”.
İdarədən bildirilib ki, məsələ ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən müvafiq araşdırma aparılır. Problemin həllində məktəblilərin psixoloji zərər görməməsi əsas amil kimi diqqət mərkəzində saxlanılır.
Təhsil İdarəsi KİV nümayəndələrindən azyaşlıların mənafeyinin qorunması baxımından məsələnin həssaslığını nəzərə almağı xahiş edib.//Axar.az
Strategiya.az
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM