Vətənpərvərlik hissini itirmək dəhşətli milli faciədir. Trend-in məlumatına görə, bunu Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi - şöbə müdiri Əli Həsənov "Facebook" səhifəsində yazıb.
Ə.Həsənov qeyd edib: "Bu il Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 ili tamam olur. Cümhuriyyətimizin yubileyi dövlət səviyyəsində qeyd ediləcək, il ərzində həm Cümhuriyyət, həm Cümhuriyyət dövrü təsis edilmiş ayrı-ayrı qurumlar, həm də Cümhuriyyətimizin qurucuları ilə bağlı silsilə tədbirlər keçiriləcək.
Müsəlman Şərqində respublika üsuli-idarəsinə söykənən ilk demokratik dövlətin, dini, irqi, sosial fərqlərə baxmadan öz müqəddəratını vahid siyasi etnos kimi təyin edən, müasirliyə açıq, dünyəviliyə, liberalizmə sadiq bir icmanın tarix səhnəsinə daxil olması keçmişimizin qürurverici dövrüdür. Müsəlman Şərqi və Şərqi Avropada qadınlara ilk dəfə bərabər hüquqları tanıyan, Şərqdə ilk əlifba və dil islahatı aparan, seçki sistemini liberallaşdıran, ilk yeni teatr və müasir musiqi ənənəsi yaradan və digər ilklərə imza atmış ölkə və etnos olmağımızla necə fəxr etməyək?! Amma Cümhuriyyət sadəcə hüquqi varislik deyil, biz Cümhuriyyətimizin, onun qurucularının mənəvi irsinə varisliyi də bacarmalıyıq. Yalnız dövlətimiz o zaman təsis edilmiş rəsmi qurumların davamçıları deyil, insanlarımız da o böyük irsin, Cümhuriyyət qurucularının mənəvi keyfiyyətlərinin daşıyıcıları olmalıdır".
Prezidentin köməkçisi əlavə edib ki, qurucu ata-babalarımızın həm Cümhuriyyətin mövcud olduğu 23 ay müddətində sərgilədiyi fəaliyyət, həm də Cümhuriyyətin süqutundan sonra mühacirət dövründəki Vətənə, milli dövlətçilik ideallarına sədaqətli xidmət nümunələri mənimsənilməsi vacib olan nümunəvi irsdir:
"Məsələn, Əlimərdan bəy Topçubaşov Azərbaycan Cümhuriyyətinin süqutundan keçən illər ərzində çəkdiyi məşəqqətlərə, düçar olduğu çətinliklərə, düşdüyü maddi sıxıntılara baxmayaraq, cəmi 23 ay yaşamış AXC-yə sədaqətini ömrünün sonunadək qoruyub saxlamışdır. Hərçənd şirnikləndirici təkliflər yetərincə idi. Hələ XX əsrin əvvəllərində qonşu ölkələrdən biri ona hüquqi təhsilinə uyğun olaraq ən yüksək post-nazir postu da təklifi etmişdi.
Bu və ya digər səbəblərdən Vətəndən uzaq düşmüş çoxsaylı həmvətənlərimizin əksəriyyəti keçmiş illərdə və günümüzdə bəhs olunan müsbət ənənəni yaşatsa da, təəssüf ki, heç də hamı haqqında eyni fikirləri söyləmək mümkün deyil. Bəzən bu və ya digər yüksək postu tutmaq müqabilində deyil, sadəcə “komfortlu iaşə obyektindən istifadə imkanı” qazandığına görə milli ideallarımıza xəyanət yolu tutan və milli maraqlarımıza qarşı çıxanlar da tapılır".
Ə.Həsənov sual edir: "Daha komfortlu iaşə obyektlərindən istifadəni reklam etmək, bu və ya digər kuluarlarda, kulislərdə görünmək, doğrudanmı, insanları Qərb dəyərlərinin, liberalizmin, müasirliyin simvoluna çevirir? Özünü Qərb dəyərlərinin daşıyıcı olduğuna inandırmaq milli idealları, dəyərləri, dövlətçiliyi, milli savaşı inkar etməyə əsas verirmi? Komfortlu iaşə obyektlərinin üzərinə şüarlar yazıb, şəkil yapışdırmaq, sosial şəbəkələrin verdiyi imkanlardan sui-istifadə insanı azadlıq mücahidinə çevirirmi?
Yaxın Şərq coğrafiyasında son 10 ildə yaşananlara nəzər salın. Guya hakimiyyətə qarşı mübarizə adı ilə səfərbər olunub antimilli, ekstremist düşərgədə yer alan, əllərində silah doğma vətənlərinin yerlə-yeksan edilməsində həlledici qüvvə kimi istifadə olunan vətəndaşlardan xəbəriniz yoxmu məgər?"
O qeyd edib ki, hazırlandıqları xüsusi düşərgələrdəki komfortlu iaşə obyektlərinə aldanan belə şəxslər öz doğma yurdlarını xarabazarlığa çevirir, doğmalarına komfortsuz həyatı belə dar edirlər. Bütün bu dəhşətləri görmək və müvafiq nəticə çıxarmaq üçün heç də alim, siyasətçi olmağa ehtiyac yoxdur:
"Qərbdə formalaşdırılaraq inkişaf perspektivi olan və Avropanın durğun cəmiyyətinə dinamika nümunəsi göstərən müsəlman ölkələrinə qarşı son illərdə istifadə edilən neçə-necə məkrli ssenariləri, çirkin planları, dəhşətli vətəndaş müharibələrini görmürsünüzmü?!"
Ə.Həsənov bildirib ki, Azərbaycan dövləti öz təhlükəsizliyini bərqərar edərək, coğrafiyamızın sabitlik adasına çevrilib: "İndi bu sabitliyin qəsdinə duranlara, ölkəmizə qarşı istənilən formada mübarizə aparmağa hazırlaşanlara, hətta əllərinə silah alaraq ölkəmizi dağıtmağa belə hazır olanlara üzümü tutaraq sual edirəm: onlarla, yüzlərlə qohum-əqrəbanız sabah Yaxın Şərq və Şimali Afrika ölkələrinin qaçqınlarının nümunəsində sizin məskunlaşdığınız o dövlətlərə üz tutsalar, özünüzü necə hiss edəcəksiniz? Yaxud da “PYD”, “İŞİD” və sairə adlarla silahlandırılaraq qruplaşdırılan dəstələrin sırasında öz ölkənizin sərhədlərini adlayaraq doğulduğunuz, yaşadığınız yurdu yerlə-yeksan etmək missiyası sizə həvalə ediləndə özünüzü necə hiss edəcəksiniz?
Neçə illərdir Avropada yaşayırsınız və yaşadığınız ölkələrdə əxz etməyə çoxsaylı müsbət nümunələr var: vətənpərvərlik nümunəsi, vətəni və xalqı sevmək və təmsil etmək nümunəsi, dinc siyasi mübarizə nümunəsi, həqiqi ictimai fəallıq və s. Amma siz daim tərif və təlqin etdiyiniz bu mədəni Avropada gör nə nümayiş etdirirsiniz? - Opponentlərin ünvanına söyüş və təhqirlər yağdırmaq, dövlət simvollarını aşağılamaq, siyasi rəqibləri mənəvi və fiziki təhqirlərə məruz qoymaq, mənəviyyatsız söyüş və çağırışlar etmək. Nə olardı, heç olmasa aralarında yaşadığınız bu avropalılardan siyasi mübarizə mədəniyyəti öyrənəydiniz. Onların necə siyasi debat apardıqlarını, bir-biri ilə siyasət və opponentlik dilində necə hörmət və izzətlə davrandıqlarını nümunə kimi əxz edəydiniz. Belə bir deyim var: “İnsanlar təkcə bildikləri danışıq dilində deyil, eyni zamanda malik olduqları mədəni-mənəvi keyfiyyətlərinin dili ilə danışırlar”.
Tələbəlik illərindən xatirimdə qalan bir hadisəni danışmaq istəyirəm. Cimmi Karter 1980-ci illərin prezident seçkilərində aktyor Ronald Reyqana məğlub olmuşdu və bir müddət sonra Moskvaya gəlmişdi. O zaman rus jurnalistindən birinin ona ünvanladığı opponenti və ABŞ-ın seçki sistemi haqqındakı yönəldici sualına bilirsinizmi o hansı cavabı vermişdi. O söyləmişdi ki, “mən rəqibimlə öz siyasi mübarizəmi ABŞ-da aparıram, xaricdəsə amerikalıyam və ABŞ-ın maraqlarını təmsil edirəm”.
Ə.Həsənov vurğulayıb ki, bu gün İlham Əliyevin təmsil etdiyi hakimiyyətə qarşı opponentlik edənlər öz mübarizələrini sərbəst formada Azərbaycanda - yerli informasiya resurslarında, sanksiyalaşdırılmış aksiyalarda, parlament tribunalarında aparırlar: "O mübarizənin sərtliyi heç də iaşə müxalifətçiliyindən daha aşağı tonda deyil. Amma buna görə kimsə təqib olunmur, 25 illik müxalifət yenə də öz ampluasındadır və yoluna davam edir. Təəssüf ki, xaricdə yaşayan bəzi azərbaycanlılar bu gün bizim mili davanın sıra əsgərləri deyil, düşmənlərimizin sırasında və ön cərgəsində dayanıblar. Onların Azərbaycan dövlətinə qarşı aksiyaları belə sinxrondur - eynilə bu gün ABŞ-da iaşə müxalifəti və separatçı qurumun planlaşdırdığı aksiyalar kimi. Vətənpərvərlik duyğusunu, Vətən əxlaqını itirmək böyük faciədir. Bu, sadəcə bir fərdin və onun mənsub olduğu ailənin problemi deyil, belələri anti-Azərbaycan dairələrin əlində alətə çevrildikləri üçün bütün xalqımızın problemidir. Bu problemin çözümü ilə ilk növbədə ailələr və xaricdə yaşayan, Vətən əxlaqını qoruyan, Cümhuriyyətin qurucularının mühacir irsinin mənəvi varisi deyə biləcəyimiz diaspor nümayəndələrimiz məşğul olmalıdır".
Strategiya.az
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM