Bakıda “KamAZ”ın “avtoş”-luğu - Şok video

16:26 / 02.07.2014

Çətinliklə saxlanılan sürücü həbs olunub

Bakıda görünməmiş sürücü harınlığı qeydə alınıb. Belə ki, iyunun 29-da axşam saatlarında 1983-cü il təvəllüdlü, Lənkəran rayon sakini Elbrus Ağayar oğlu Fətullayev idarə etdiyi 42 BX 372 dövlət nömrə nişanlı “KamAZ” markalı yük avtomobililə paytaxtın Dövlət Bayrağı Meydanı ərazisindən başlayaraq şəhər istiqamətində, Neftçilər prospektində hərəkətdə olarkən “yük avtomobillərinin hərəkəti qadağandır” nişanının təsir zonasına daxil olub. Sürücü tikinti materiallarının daşınması qaydasını pozub. O, tikinti materiallarının daşınması üçün xüsusi örtükdən də düzgün istifadə etməyib. Yollardakı müşahidə kameraları vasitəsilə nəzarətə götürülən həmin avtomobilin saxlanılması üçün yol polisləri tərəfindən əmr verilsə də, sürücü bu əmrə tabe olmayıb. Bu azmış kimi “KamAZ”ı onu müşayiət edən yol patrulu avtomobilinin üstünə sürərək onu əks istiqamətli hərəkət zolağına çıxmağa məcbur edib. Özü isə işıqforun qırmızı işığında da dayanmadan hərəkətini davam etdirib.


Belə olduğu təqdirdə harınlamış sürücünü ram etmək üçün əməliyyata əlavə qüvvələr cəlb olunub. Artıq Azadlıq meydanında onu yol polisinin 3 avtomobili və 1 motosikli təqib etməyə başlayıb. Hərtərəfli əhatə olunan “KamAZ”ın sürücüsü vəziyyətdən çıxa bilmədiyini gördükdə avtomobili Bakı Beynəlxalq Dəniz Ticarət Limanı yaxınlığında qarşıda dayanmış sərnişin avtobusunun üstünə sürüb. “KamAz” yalnız avtobusla toqquşandan sonra məcburi dayanıb. Hadisə zamanı avtobusda olan bir neçə sərnişin xəsarət alıb.

Məsələ ilə bağlı Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovnik-leytenantı Vaqif Əsədov bildirib ki, sürücü Elbrus Ağayar oğlu Fətullayev əvvəllər də dəfələrlə yol polisi əməkdaşlarının saxlama işarəsinə əhəmiyyət verməyib. Hətta avtomobili polis əməkdaşlarının üzərinə sürərək onların həyatı üçün təhlükə yaradaraq qaçıb gizlənməyə müvəffəq olub. Ona görə də onun barəsində axtarış elan olunub: “Normadan artıq yük daşıyan sürücüyə inzibati protokol yazılması üçün dəfələrlə saxlama əmri verilib. Lakin sürücü avtomobili yol polisinin üzərinə sürərək qaçıb gizlənməyə nail olduğu üçün barəsində axtarış elan edilmişdi. İyunun 29-da isə “KamAZ” markalı avtomobilin Bayıl dairəsindən başlayaraq şəhərin mərkəzi küçələri istiqamətində hərəkət etməsini görən yol polisləri ona saxlama işarəsi verib”.

Kadrlardan da göründüyü kimi, sürücü əmrə tabe olmayıb və hərəkətini davam etdirib. Sürücü “Azneft meydanı”nda avtopatrul işçisinin saxlama işarəsinə əhəmiyyət verməyib. Onun hərəkətinə qəza yaradıb, daha sonra onu qarşı hərəkət zolağına çıxmağa məcbur edib. Tabe olmadığını bariz şəkildə sübut etməyə çalışıb. Belə olduğu təqdirdə onun təqibinə digər yol patrulu avtomobilləri də cəlb edilib. Həmin avtomobilin dayanması üçün yolda süni olaraq sıxlığın yaradılması üçün məcburi tədbirlər görülüb. Sürücü Neftçilər prospektində avtomobillə ilanvari hərəkətlər edərək yol polisini qorxutmağa çalışıb. Lakin buna nail olmadıqda kifayət qədər ara məsafəsinin olmasına baxmayaraq, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı yaxınlığında dayanmış sərnişin avtomobusunu bilərəkdən arxadan vurub. Hətta qəza törətdikdən sonra da o, polisin avtomobildən enməsi əmrini yerinə yetirməyib. Polis özü qapını açaraq şortik-maykada olan sürücünü endirməyə müvəffəq olub. Saxlanılan zaman sürücünün sərxoş vəziyyət olmadığı da ortaya çıxıb. Hələlik sürücü Səbayıl rayon Məhkəməsinin qərarı ilə İnzibati Xətalar Məcəlləsinin 310-cu (Polis işçisinin və ya hərbi qulluqçunun qanuni tələbinə qəsdən tabe olmama) maddəsi ilə 30 sutka həbs edilib. Lakin ona qarşı əlavə ittihamlar da irəli sürüləcək./trend/


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM