"Vəzifəli insanların qızları mənə təklif ediblər ki..."

07:54 / 03.07.2014

Strategiya.az mövqe.az-a istinadən Qaraqan ləqəbi ilə tanınan Elxan Zeynalovun müsahibəsini sizə təqdim edir.

 - Daha çox qəmli mahnılar ifa edirsiniz. Səbəb?

- Pozitiv enerjili bir–iki mahnım var. Ancaq əksəri qəmli mahnılardır. Uzun əsrlər bundan öncə də dünyada iki incəsənət növü mövcud olub: şairlər, təlxəklər. Təlxəklərin işi oyun çıxarıb insanları əyləndirmək idisə, şairlərin işi qəmli şeirlər yazmaq idi. Mən də yəqin şairlər kateqoriyasına aidəm və mənə belə daha rahatdır.

- Qaraqan bu gün kifayət qədər sevilir. Bu sevgini qazanmaq üçün nəsə edirsiniz?
- Ümumiyyətlə heç nə etmirəm. Məqsəd sevilmək deyil. Məqsəd yazmaqdır və bu yazı kimisə sevindirirsə çox yaxşı. Belə deyim ki, taleyin qəribə bir ironiyası var ki, Allah elə şeyləri insanlara verir ki, əslində bu həmin insana lazım deyil. Bu sevgi də mənə heç bir halda lazım deyildi. Bəlkə də bu sevgiyə digər bir insanın daha çox ehtiyacı var idi. İnsanlar var ki, bilərəkdən elə geyinirlər ki, baxılsınlar, diqqət cəlb etsinlər. Amma Allah onlara istədiyini vermir. Mənə isə verildi. Hərdən özüm də düşünürəm ki, bu niyə mənə verildi. Mən bu sevgiyə müsbət bir şey kimi baxmıram.

- Bəs bu məşhurluq sizə hər hansı bir mənada maneçilik törədirmi?
- Hərdən rahat gəzə bilməyəndə əsəbləşirəm ki, niyə məni tanıyırlar.

- Neçə yaşınız var?
- 27.

- Məşhur olduğunuz dönəmdən bu günə kimi tam səmimi desək məşhurluqdan baş giccəllənmə oldumu ?
- Tam səmimi deyirəm bir qram da olmadı. Mənim mahnılarımdan huşunu itirən qadınlardan istifadə elədim, nə "super yazmısan, brat” deyən varlı qaqaşlardan istifadə elədim. Bu şan-şöhrət mənə heç nə vermədi. Necə idimsə, eləcə də qalmışam. Və bunu məni uşaqlıqdan tanıyan insanlar yaxşı bilir. İnsanı o şey dəyişə bilər ki, həmin şey insana təsir edə bilsin. Hansısa alkoqolameyilli insana alkoqol dükanı versək, bu onun həyatını tam dəyişəcək. O içəcək, sonra isə dükanı dağıdıb tökəcək. Amma alkoqol dükanını bir dindara versələr, bu ona təsir etməyəcək, heç bir mənada da həyatını dəyişməyəcək. Çünki dindar içki qəbul etmir. Əgər şöhrəti alkoqol kimi qəbul etsək, mən şöhrət içkisini içmədiyim üçün başım da giccəllənməyib.

- Qaraqana ən qeyri-adi təklif nə olub?
- Qeyri-adi təkliflər olub. Vəzifəli insanların qızları və yaxud imkanlı insanlar, partiya başçıları, TV və ya radio rəhbərləri mənə təklif ediblər ki, gəl bizimlə işlə. Sən insanlara təsir edə bilirsən. Ancaq qəbul etməmişəm.

- Məsələn, intim münasibət təklif edən xanımlara cavabınız nə olur?
- Mənə intim münasibət təklif edən xanımlar olub. Onları da başa düşürəm. Amma … (gülür-red)

- Guya onlarla görüşmürsüz ?
- Belə deyək də.. Var qablar gündəlik istifadə edirik, mütamadi şəkildə və var plasmas qablar. Hansı ki bir dəfə istifadə edib, tullayırsan. Mən bir dəfəlik qab deyiləm heç kim üçün. Və xoşlamıram qısa müddətlik istifadə olunmağı… Elə münasibətdə özümü plasmas qab hiss edə bilərəm. Mənlik deyil elə münasibətlər. Mən hesab etmirəm ki, əgər elə təklifə hə desəm mən fanatdan yox, fanatım məndən istifadə edəcək. Bu necə hansısa qızın qüruruna toxunarsa, mənim də qüruruma toxunur. Ona görə elə şeyləri sevmirəm.

- Evlənmək barədə nə düşünürsünüz?
- Evlilik barədə heç düşünmürəm. "Evlənmək vaxtıdır” deyirlər. Amma mənim üçün belə bir anlayış yoxdu. İnsan 40, 50 yaşlarında və yaxud da heç evlənməyə də bilər. Sadəcə kimləsə yaşaya da bilərsən. İki insanın xoşbəxtliyi üçün 300 nəfər yeyib-içib, hoppanıb-düşməsə də olar.

- Mentalitet Qaraqan üçün nə deməkdir?
- (düşünür-red) Heç bir xüsusi anlam kəsb etmir, inanın. Bəlkə xüsusi nələrisə var, amma məncə yoxdur.

- Bu gün Qaraqanın məqsədi nədir?
- Vacib məqsədlərimdən biri odur ki, insanı meymunlardan ayıran əsas cəhətləri insanlarda inkişaf etdirməkdir. Normal insanlar əgər hələ də primitiv vəziyyətdə qalırlarsa, həm özləri, həm cəmiyyət üçün təhlükəlidirlər. Gənclərdə, insanlarda beyin qırışlarını inkişaf etdirmək məqsədlərimdən biridir.

- Gənclər arasındakı münasibəti yazıçı olaraq Qaraqan necə qiymətləndirir?
- Xarici ölkədə olan zaman da mən özüm üçün araşdırdım. Və belə nəticəyə gəldim ki, Azərbaycan gənclərinin heç bir problemi yoxdur. Necə bir yazıların altda olan şərhi oxuyub, həmin insana nifrət ediriksə, bir balaca ingilis dilini bilən şəxs də onlarda olan şərhləri oxuyur və eyni vəziyyətlə rastlaşır. Hər bir ölkədə dahilərlə yanaşı avam kütlə də var.

- "İkinci addım”ı yazmaq üçün xarici ölkəyə yollandınız. Burada yazmağa sizə nə mane olurdu?
- "İkini addım”ın səfərlərini etdim, qurtardım. Müəyyən məbədlər, dini qurumlar, gizli təşkilatların olduğu yerə getdim və eyni zamanda da informasiya topladım. Bir çox kitablarımı Bakıdan kənarda yazıram. Bakıdan çıxan zaman sanki enerji bunkerindən çıxırsan. Bakıda neqativ çox sıxır. Başqa yerdə olanda daha rahat düşünürsən. Bütün yazıçılarda var bu psixolojı durum.

- "Исповедь одного извращенца ” kitabınızı oxuyan zaman düzü təəccübləndim.. O kitabı yazıb bitirdikdən sonra insanlar sizi qınaq obyektinə tutmadı ki?
- Sırf o kitabdan sonra yaxşı təkliflər gəldi, tənqidlər yox.. (gülür-red) Tənqidi önəmsəmirəm. Heç önəmsəmirəm.

- Ədəbi mühitə necə gəldiniz?
- Rəşad Məcidin köməkliyi ilə. O hekayələrimi bəyənmişdi, deyirdi kitab yaz. Yazıçılar birliyində oldum, böyük yazıçılarımızı gördüm, təsirləndim. Kiçik bir şeydən də təsirlənən insanam. Yazıçılar birliyinin o mənada mənə köməyi oldu. Amma bunu başlıq üçün demirəm. Çünki ondan başqa mənə heç bir köməyi dəymədi ki, tərifləyim. Mənəvi cəhətdən amma köməyi çox oldu.

- Qaraqan həmişə baş rolda özü olur?
- Hə.

- "Etiraf otağına” daxil olsanız ilk etirafınız nə olar?
- İnsan hər gün özü-özünə nələrisə etiraf etməlidir. Mən beləyəm. Ona görə də rahatam. Mənfi və müsbət cəhətlərimlə.

- Ən mənfi cəhətiniz nədir?
- Özünə qapalı olmağım. O insanları sevirəm ki, hamı ilə ünsiyyətə girə bilirlər.

- Milyonçu olmaq belə asandır?
- Əslində hə. Bizim bütün xoşbəxtlik hisslərimiz fermentlərin buraxılışı ilə baş verir. Məsələn, sənin pulundan asılı olmayaraq Havay adasında, bəyaz yaxtada 7 qadın və saksafon çalanla uzanmısansa, orada sənin keçirdiyin endorfin hissi ilə balaca bir uşağın Sulutəpədə velisopedlə düşdüyü anda keçirdiyi endorfin hissi eynidir. Sən dünyanı dağıtsan da həyatdan daha çox həzz ala bilmərsən. Bunu narkomanlar edə bilər. Ona görə düşünürəm ki, hər bir insan milyonçu ola bilər. Sadəcə milyonçu olmaq üçün arzuları dəyişmək lazımdır. Əgər mən bu gün bir milyonluq avtomobil istəmirəmsə, deməli mən həmin bir milyonu qazanmıram.

- "Salam Allah”, ya tanrı ? Bəziləri deyir ki, tanrı yunanlarda, Allah bizdədir. Siz bilərəkdən belə mübaliğəyə yol vermisiniz.
- Bu sadəcə radikal dindarların fikri ola bilər. Bir varlığın ki, mindən artıq adı var, ona tanrı deyəndə nə olar ki ?

- Namaz qılırsınız?
- İbadət edirəm. Amma bəlkə də başqa cür edirəm.

- İslam dininə qulluq edirsiniz?
- Din sözünün mənası yol deməkdi. Hərənin də Allaha doğru öz yolu var.

- Başa düşmədim. Hərənin öz yolu var, təbii. Bəs sizin yolunuz, dininiz hansıdır?
- Mən belə sual verərdim ki, onların qulluq etdiyi din İslamdır ki ?

- Namaz qılırlar, oruc tuturlar, fitrə, zəkat verirlər, Həccə gedirlər və belə halda özlərini müsəlman hesab edirlər. Bəs siz ?
- Hərə bir cür zənn edir. İslam sözünün tərcüməsi Allaha təslim olmaq deməkdir. Mən də elə zənn edirəm ki, İslamdır.


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM