Klaudio Bravo daha Çilli millisində çıxış etməyəcək.
Təcrübəli qolkiper millinin təlim-məşq toplanışına dəvət almasından narazıdır.
Bravo bildirib ki, onu yığmaya istəyinə qarşı olaraq dəvət ediblər. Halbuki o, qarşıdakı toplanışda iştirak etmirdi. İstəyinin nəzərə alınmamasına görə, Bravo millinin formasını geyməkdən imtina edib.
Qeyd edək ki, 34 yaşlı qapıçı ilə Çili Futbol Federasiyası arasında problem olduğu deyilir. Belə ki, federasiya rəhbərliyi Bravoya toplanış zamanı şəxsi məşqçisi ilə çalışmağa imkan verməyib.