ABŞ-ın nüfuzlu radiosunda Azərbaycandan danışıldı

10:32 / 17.03.2018

ABŞ-da məşhur və geniş auditoriyaya malik olan ConBatçelor Şou radio verilişi canlı yayımda Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanovdan müsahibə alıb.


Azərbaycanın ABŞ-dakı Səfirliyindən  verilən məlumata görə, müsahibə zamanı müxbir Xəzər dənizi regionunda güclü dövlət olan Azərbaycanın hazırda münaqişədən əziyyət çəkdiyini bildirib, İran və Rusiya ilə həmsərhəd olan Azərbaycanı ABŞ üçün regionda mövcud olan xəzinə kimi qiymətləndirib. O, Azərbaycanın dost və tolerant ölkə olduğunu qeyd edib. Azərbaycanın Buş, Obama administrasiyası ilə yaxşı münasibətlərinin qurulduğunu və hazırda Tramp administrasiyası ilə davam etdirilidiyini Amerika dinləyicilərinə xatırladan müxbir Azərbaycanın demokratik müsəlman dövləti olduğunu vurğulayıb. Son günlərdə nüfuzlu "Washington Times” qəzetində Azərbacyanın 11 sentyabr terror hadisələrindən sonra ABŞ-a yardım edən ilk ölkə olmasına dair məqaləyə toxunan aparıcı həmin məqalənin müəllifi Ceyms Laysonsun dəyərli təhlilini Yaxın Şərqdəki dolaşıq vəziyyət fonunda Azərbaycanın bu gərginlikdən kənarda qalmasına işarə edərək təqdir edib.

Aparıcı Obama administrasiyasından Tramp administrasiyasına keçid dövründə Azərbaycanla ABŞ münasibətlərinin cari vəziyyətinə dair səfir Süleymanova sual verib.

Azərbaycanın ABŞ-la strateji tərəfdaşlığa sadiqliyini vurğulayan məqalədə doğurdan da maraqlı məqamlara toxunulduğunu bildirən səfir Süleymanov Azərbaycanın 11 sentyabr terror hadisəsinin törədilməsindən bir neçə saat sonra ABŞ-a terrorçuluqla mübarizədə şərtsiz yardımını təklif etdiyini vurğulayıb. Baş verən çoxsaylı hadisələr fonunda bu günə qədər yaranmış və gələcəkdə də inkişaf etdirilməsinə ehtiyac olan strateji tərəfdaşlığın vacibliyini diqqətə çatdııb. Ümumilikdə ABŞ-la və hazırda Tramp administrasiyası ilə münasibətləri müsbət qiymətləndirən diplomat bu münasibətlərin daha da inkişaf etdiriləcəyinə ümidini ifadə etmiş və iki ölkə arasında bir çox sahələr üzərində iş getdiyini qeyd edib. Azərbaycanın Dağlıq Qarabağ regionunda yaradılmış separatçı rejimin "başçısının” qeyri-qanuni yolla əldə edilmiş viza vasitəsilə son günlərdə Vaşinqtona gəlməsi və onun Konqresin inzibati binasında erməni lobbisinin təşkil etdiyi tədbirdə iştirakına toxunan səfir Süleymanov bu məqamın ABŞ-ın strateji maraqlarını sarsıtdığını bildirib. Diplomat iki ölkə arasında olan strateji tərəfdaşlığın vacibliyinin adekvat qiymətləndirilməsinə ümidini ifadə edib.

Azərbaycanın strateji əhəmiyyətini vurğulayan müxbir 2017-ci ildə Azərbaycana səfəri zamanı İpək Yolu layihəsinin dəmir yolu versiyası barədə bir çox məlumatlar eşitdiyinə toxunub. Azərbaycanda dəmir yollarının mövcudluğu, Şimal-Cənub marşrutunun olduğunu və perspektivdə Şərq-Qərb marşrutunun olacağını qeyd edən jurnalist İpək Yolu layihəsinin bundan sonrakı inkişaf dinamikasını sorğu edib.

Səfir Süleymanov İpək Yolunun ayrılmaz hissəsi olan Bakı-Tbilis-Qars dəmir yolu layihəsinin regional və qlobal əhəmiyyətini qeyd edərək, onun 2017-ci ilin 30 oktyabr tarixində açılışının keçirildiyini qeyd edib. ATƏT çərçivəsində təsis edilmiş İpək Yolu qrupunun bir neçə gün öncə Bakıda görüşünün keçirilməsini xatırladan diplomat sözügedən görüşdə Azərbaycanın tranzit rolunun yalnız bölgə üçün deyil, qlobal əhəmiyyəti və təsirinin müzakirə olunduğunu bildirib. Səfir bunun Asiya və Avropa arasında çox vacib bağlantı olduğunu diqqətə çatdırıb, İpək Yolunun tarixi və mədəni köklərə bağlılığı ilə yanaşı, bu layihənin Azərbaycan, Gürcüstan, Qazaxıstan, Türkiyə və digər dövlətlər arasında strateji əməkdaşlıq münasibətlərinə əsaslandığını qeyd edib. O, bölgədə bu tipli inteqrasiya layihələrinin vacibliyini və ABŞ-ın bu layihələri dəstəkləməsinin əhəmiyyətini vurğulayıb.

Daha sonra, müxbir Cənubi Qafqazın Xəzər dənizi ilə Qara dəniz arasında körpü roluna istinad edərək, bu bölgədə dəyişikliklər üçün maliyyə resurslarının vacibliyinə və müəyyən əleyhdarların olduğuna işarə edərək dəmir yolu layihələrinin gerçəkləşməsində hər bir tərəfin maraqlı olub-olmadığı barədə sual ünvanladı. Səfir suala cavab olaraq bildirmişdir ki, maliyyə resurslarının əhəmiyyətli olmasına baxmayaraq, inkişaf edən və çiçəklənən bölgə üçün əməkdaşlıq olduqca vacibdir.

Müsahibənin tam versiyasını https://audioboom.com/posts/6727102-the-silk-road-promise-of-baku-and-the-south-caucasus-what-is-to-be-done-elinsuleymanov-azerbaijan-ambassador-to-the-us internet səhifəsindən əldə etmək olar.

Qeyd edək ki, Con Batçelor Şou gündəlik həyatda aktual olan beynəlxalq hərbi, siyasi və iqtisadi mövzulara həsr olunur, ABŞ-da federal ABC Radio Şəbəkəsinə daxil müxtəlif ştat və şəhərlərdə geniş çeşidli radio kanallar tərəfindən həm canlı, həm də audio yazısı geniş yayımlanır. Həftənin hər günü yayımlanan bu şou ABŞ-da milyonlarla dinləyici auditoriyasına malikdir.


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM